Ucuz təyyarə biletləri

GDÇ-2014 ikinci gün: ermənilər üzərində daha 2 qələbə, 2 qızıl və 1 gümüş medal - FOTO+VİDEO

Tarix:  06.08.14 15:08           Yazar:  Rekord.az           Oxunub: 539 dəfə


Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. "Rekord.az" xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Yunan-Roma güləşçilərimiz ilk günkü uğuru davam etdirib və ikinci günü 2 qızıl və 1 gümüş medalla başa vurub. 

55 kq çəkidə Murad Məmmədov mübarizəyə inamla başlayıb. Xorvatiyadan olan ilk rəqibini cəmi 10 saniyə ərzində tam üstünlüklə məğlub edən güləşçimiz Hindistan, Rusiya və İran idmançıları ilə görüşdən də qalib ayrılıb və finala yüksəlib. Bu görüşlərdə rəqiblərindən 30 xal alan Murad, cəmi 2 xal verməklə Dünya çempionluğu yolunda iddiasını ortaya qoyub. Finalda onu rəqibi Qırğızıstan güləşçisi olub. Qələbə qazanan güləşçimiz Dünya çempionatını qızıl medalla başa vurub. 

66 kq çəki dərəcəsində təmsilçimiz Ruhin Mikayılov ilk görüşdə Moldova güləşçisindən üstün olub. Ardınca Ermənistan təmsilçisi ilə qarşılaşan güləşçimiz gərgin keçən qarşılaşmanı öz xeyrinə tamamlayıb və 1/4 finala yüksəlib. Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu adını qazanmışdı. Yaponiya və Misir güləşçiləri üzərində ardıcıl iki qələbə ilə Ruhin Mikayılov finala vəsiqə qazanıb. Finalda güləşçimiz Gürcüstan idmançısı ilə görüşdən məğlub ayrılıb və Dünya çempionatının gümüş medalına sahib olub. 

84 kq-da mübarizə aparan İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Bolqarıstan və İsveç təmsilçilərini üstələyən güləşçimiz 1/4 finalda erməni güləşçi ilə qarşılaşıb. İslam cəmi 44 saniyə ərzində rəqibini tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Yunanıstan təmsilçisi ilə yarımfinal görüşünü də qələbə ilə başa vuran güləşçimiz finala yüksəlib. Bu görüşlərdə rəqiblərindən 23 xal alan İslam, cəmi 1 xal verib və inamlı təsir bağışlayıb. Finalda onun rəqibi Almaniya idmançısı olub. Gərgin keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən İslam qələbəni təmin edib və çempionatı qızıl medalla başa vurub. 

Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşçilərimiz 3 qızıl medal qazanıb. İki gün ərzində güləşçilərimiz qarşılaşdıqları erməni rəqiblərini məğlub etməkdə davam edir. Belə ki, 2 gün ərzində erməni rəqibləri ilə 4 dəfə qarşılaşan təmsilçilərimiz bütün görüşlərdən qalib ayrılıb. Bu gün 66 kq çəkidə Ruhin Mikayılov və 84 kq çəkidə İslam Abbasov erməni rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəlib. İlk yarış günündə İbrahim Nurullayev (50 kq) ilk görüşündə, Elman Muxtarov (60 kq) isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb.

 

55 kq 
1/16 final - Mihael Besenic (CRO) - Murad Məmmədov 0:10 (10 saniyə ərzində təmiz qələbə)
1/8 final - Murad Məmmədov - Kurşnat Kurade (İND) 8:1
1/4 final - Murad Məmmədov - Aslan Visaitov (RUS) 4:1
1/2 final - Bahruz Maleki (İRİ) - Murad Məmmədov 0:8
FİNAL - Rustam Teiişov (KGZ) - Murad Məmmədov 1:4

 

66 kq 
1/16 final - Ruhin Mikayılov - Daniel Kataraqa (MDA) 2*:2
1/8 final - Hrant Kalaçyan (ARM) - Ruhin Mikayılov 4:4*
1/4 final - Ruhin Mikayılov - Şoqo Takahaşi (JPN) 8:0
1/2 final - İbrahim Mohmud (EGY) - Ruhin Mikayılov 3:5
FINAL - Ruhin Mikayılov - Şmaqi Bolkvadze (GEO) 0:3

 

84 kq 
1/16 final - İslam Abbasov - Yoan Dimitrov (BUL) 8:0
1/8 final - Emil Sandahl (SWE) - İslam Abbasov 0:4
1/4 final - Varujhan Qriqoryan (ARM) - İslam Abbasov 0:8 (44 saniyə ərzində təmiz qələbə)
1/2 final - Dmitros Tserekidis (GRE) - İslam Abbasov 1:3
FİNAL - İslam Abbasov - Denis Kudla (GER) 5:3

 

120 kq
1/16 final - Əli Həsənov - Seunqçan Lee (KOR) 0:8

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 178 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
Yunis Hüseynovla işləmək istəmədi
Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
"Zirə"yə lazım deyil, qışda göndərilir
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
Hüseyn Məhəmmədov "Kəpəz"də?
"Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
Kərim Diniyevin "Kəpəz"dəki taleyi necə olacaq?
Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır

Xəbər Lenti
22 Noyabr 2017
02:52 "Real" və "Beşiktaş" 1/8 finalda, "Sevilya"dan möhtəşəm geridönüş
21 Noyabr 2017
23:56 “Qarabağ” “Çelsi” ilə matça hazırlığı başa vurdu - FOTOLAR
23:45 Bakı Olimpiya Stadionu “Qarabağ” - “Çelsi” matçına tam hazırdı - FOTO
22:30 "Binə" - "Sabah" 1:1 - VİDEO
21:55 "Şüvəlan" - "Turan Tovuz" 1:0 - VİDEO
21:45 "Qaradağ Lökbatan" - MOİK 2:1 - VİDEO
20:40 Əməkdar məşqçinin xatirəsinə turnir keçirilib
20:32 Bakı klubu avrokuboka qələbə ilə başladı
20:22 “Keşlə” - “Neftçi” matçının hakim təyinatları açıqlandı
20:00 Birinci Divizonda 11-ci turun oyun cədvəli açıqlandı
19:41 Millimizin toplanış üçün heyəti açıqlandı
19:32 Antonio Konte: “Qarabağ”la cavab matçında çox diqqətli olmalıyıq”
19:21 “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı
19:10 Tibo Kurtua: “Qarabağ”a erkən qol vurub, təzyiq altında saxlamalıyıq”
19:00 “Çelsi” Bakıda məşq etdi - FOTOLAR
18:40 Əliyar Ağayev “Beşiktaş”ın məğlubiyyətini qeydə aldı
18:21 Liderdən növbəti qələbə, çempion yenə uduzdu
18:00 Millidən göndərilən məşqçilər işsiz qaldı
17:41 Yunis Hüseynov “Kəpəz”i ilk məşqə çıxardı
17:20 “Kəpəz” Yunis Hüseynovu təqdim etdi
17:00 "Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
16:41 Millimiz Kosovoya məğlub oldu
16:21 9-cu turun oyun cədvəli açıqlandı
16:00 Millimizin üzvü reytinqdə 14-cüdü
15:46 Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda
15:22 Olimpiya Stadionundan azarkeşlərə müraciət
15:00 "Zirə"yə lazım deyil, qışda göndərilir
14:40 “Payız turniri” keçiriləcək
14:21 Monroz "Diqqət Mərkəzində" - VİDEO
14:05 Dino Ndlovu: “Təzyiq altında olan biz yox, “Çelsi”di”
14:00 Qurban Qurbanov: “Nə qədər desək ki, Avropa səviyyəsinə çatmışıq, yalan olar”
13:42 Tahir Gözəl: "Çelsi”yə ilk oyundakı böyükhesablı məğlubiyyəti kənara qoyaq"
13:21 “Qarabağ” – “Çelsi” matçında türkiyəli hakimlər
13:00 Tahir Süleymanov: "Futbol adamları bir-birlərini ittiham etməklə məşğuldur"
12:40 “Traktorsazi” darmadağın oldu
12:21 Vüqar qol vursa da, komandası elitaya yüksələ bilmədi
12:00 Kərim Diniyevin "Kəpəz"dəki taleyi necə olacaq?
11:40 Mövsümün əvvəlində qovulmuşdu, yenidən Super Liqa klubuna qayıtdı
11:29 Millimizin üzvü bu dəfə məyus oldu
11:21 Rauf Əliyev oynadı, “Kukesi” evdə uduzdu
11:00 Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
10:30 Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu
10:00 Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
09:32 Komandamızın taleyi gürcüstanlıya tapşırıldı
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.