Ucuz təyyarə biletləri

Mən Qurban Qurbanov deyirəm!

Tarix:  17.10.14 12:10           Yazar:  Kənan Məstəliyev           Oxunub: 920 dəfə

Qurban Qurbanov! Millinin baş məşqçisi postuna yeganə namizədimin adı və soyadıdı. Bəli, çoxunuz da bunu istəyir. Düz də edir. Səbəbləri çoxdu, obyektiv və subyektivdi. Elə isti-isti bu mümkün təyinat haqda fikirlərimi yazacaq niyə məhz bu məşqçinin gəlişinin, daha önəmlisi isə onun tələblərinin yerinə yetirilməsinin vacib olduğunu qeyd edəcəm.

 

Mənim müstəqil Azərbaycan futbolundakı futbolçu kumirim olan Qurban Qurbanovun milliyə iki məqama görə gətirilməlidi: nəticə və xalq sevgisi. Ölkənin millisi onun ən sevimli komandasıdı. Ona başçılığı xalqın sevdiyi, inandığı, onun üçün istənilən stadionu doldurmağa hazır biri etməlidi. “Qarabağ”dakı fəaliyyəti ilə bu sevgini qazanan Qurbandan yaxşı namizəd yoxdu. Bir ara Böyükağa Hacıyev o səviyyəyə çatmaq üzər idi, o da son aylardakı ardıcıl qeyri-ciddi açıqlama və hərəkətləri ilə hər şeyi korladı.

 

Nəticə məsələsi də göz önündədi. Qurban “Qarabağ”ı Avroliqanın qrupunda qapazaltı olmayan bir komanda səviyyəsinə gətirib-çıxarıb, müəyyən tərz qazandırıb. Buna qədər isə mütəmadi pley-offa qədər irəliləyərək davamlı inkişaf etməyi bacaran birisi kimi imic qazanıb. 

 

Xarizması yüksəkdi, açıqlamalarında təmkinli, çəkingən olsa da, istənilən rəqibə sayğılı, hörmət görən bir mütəxəssisdi. Hələ də gəncdi, perspektivlidi, özünün millidə sübut etməyə hazır və bunu istəyən biridi. Ölkə futbolunu hamıdan yaxşı bilir, millinin əksər futbolçuları onun rəhbərliyi altında oynayır(b), onun nə istədiyini bilirlər. Bundan artıq nə istəyirik ki?

 

Ancaq təbii ki, işin başqa tərəfi də var. Qurban Qurbanov millinin baş məşqçisi gətirilirsə, ona müvafiq şərait yaradılmalı, tələbləri yerinə yetirilməlidi. O, sistem məşqçisidi. Hər hansı bir tərzi xeyli vaxt ərzində oturdur, mükəmmələ gətirəndən sonra ondan yararlanır. “Qarabağ” buna misaldı.

 

Qurbanov milliyə gəlsə, bütün yaş qrupları üzrə rəhbərlik ona verilməli, bütün bu qruplar onun seçdiyi sistem, taktika ilə oynamalıdı. “Barselona”da olduğu kimi. Yəni əsas milli təxminən “tiki-taka” tərzindəki 4-5-1-lə oynayırsa, U-21 3-5-2, U-19 4-4-2 sxemini seçməməlidi. Məhz bunun nəticəsidi ki, son illərdə aşağıdan gələn futbolçular əsas millidə özünə yer tapa bilmir. Varislik prinsipi işə düşməli, 15 yaşında U-15in şərəfini qoruyan futbolçu, istənilən vaxt əsas millidə müvafiq mövqedə oynamağa hazır olmalıdı. Xorvatiya millimizi tapdaladığı matçla paralel keçən Bolqarıstan-Norveç oyununda qonaqların heyətində 15 yaşlı uşağın debütünün sirri məhz budu.

 

Çox uzatmayaq. Berti Foqtsa göstərilən etimad, verilən dəstəyin yarısı belə Qurbana verilsə, nəticə olacaq. Buna şübhəm yoxdu. Bu ölkədə futbol da var, futbolçu da. Boş-boş danışıb bəhanə axtaran, başımıza gətirdiyi oyunlardan sonra Foqts kimi şərəfsizi hələ də müdafiə etməyə çalışanlara qulaq vermək lazım deyil. Onlar məğlub psixologiyası olanlardı. Hər açılan yeni gün, köhnədən daha yaxşıdı. Azarkeşlər azərbaycanlı məşqçinin arxasında durmalı, ona sona qədər dəstək verməlidi. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
Millimizin sabiq üzvü futbol məktəbi açdı
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
"Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
"Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"

Xəbər Lenti
26 Fevral 2018
00:05 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
25 Fevral 2018
23:45 "Kəpəz"in veteran futbolçusu tarixi vərəqlədi: “Taksi ilə gedib “Neftçi”ni udmuşduq” - MÜSAHİBƏ + FOTOLAR
22:44 Millimizdən “Böyük Dəbilqə”də daha bir medal
22:35 Vüqar Nadirovdan het-trik, "Səbail"dən "Qəbələ" üzərində qələbə
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.