Ucuz təyyarə biletləri

2014-cü il: idmanda uğura aparan yol... - Yazı

Tarix:  04.03.15 12:03           Yazar:  Rekord.az           Oxunub: 1834 dəfə

2014-cü il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Geridə qoyduğumuz “Muxtariyyət ili”ndə nazirlik muxtar respublikada idmanın inkişafı və kütləviliyi məqsədilə 100-dən artıq yarışlar, turnirlər təşkil etməklə uşaqları, yeniyetmələri və gəncləri bu sahəyə cəlb etməyi bacardı. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nazirlik nəinki ölkə miqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də idmançılarımızın uğur qazanmasında müstəsna rol oynadı. Təsadüfü deyil ki, ötən il idmançılarımız 20-dən artıq beynəlxalq yarışlarda iştirak etməklə muxtar respublika idmanını həmin ölkələrdə layiqincə təmsil etməyə müvəffəq olublar. İl ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionatlarında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatları və birinciliklərində kubok yarışlarında idmançılarımız qızıl, gümüş və bürünc medallar qazanmaqla Naxçıvanda idmana və idmançılara olan diqqət və qayğının yüksək dərəcədə olduğunu bir daha sübut etdilər. Müxtəlif idman növləri üzrə muxtar respublikada fəaliyyət göstərən federasiyalar idmanın inkişafı və idmançıların püxtələşməsi üçün təlim-məşq toplanışları da keçirib. Bu toplanışlarda isə Naxçıvanda uğur qazanan perspektivli gənclər iştirak edib.

    
Muxtar respublikada keçirilən beynəlxalq turnirlər
    
Ənənə halını alan və ümummilli lider Heydər Əliyevin  anadan  olmasının 91-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirdə 10-a yaxın ölkədən 8 komanda – 120 idmançı çıxış etdi. Naxçıvan güləşçilərinin də mübarizə apardığı beynəlxalq turnirdə komandamız beşinci yerə layiq görüldü. Gənclər və İdman Naziriliyi ilə Şahmat Federasiyanın birgə təşkil etdiyi və ənənəvi “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı ötən il də baş tutdu. 3-13 may tarixlərində Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş festivalda 8 ölkədən 22 nəfər grossmeyster, 15 usta, 6 FİDE ustası olmaqla, ümumilikdə, 292 şahmatçı mübarizə apardı. Qürurverici hal isə odur ki, 66 zəka sahibimizin də iştirak etdiyi festivalda  11 şahmatçımız mükafata layiq görüldü. 
Elə həmin ay Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi daha bir beynəlxalq turnirə ev sahibliyi etdi. Bu dəfə qolbol paralimpiya idman növü üzrə idmançılar  ümummilli  lider  Heydər Əliyevin anadan olmasının  91-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə bir araya gəldilər. 50-yə yaxın paralimpiyaçının iştirak etdiyi turnirdə Naxçıvan paralimpiyaçıları üçüncü yerə layiq görüldülər.
Daim ilklərlə yadda qalan muxtar respublika idmanı bu dəfə ağırlıqqaldırma üzrə veteranlar arasında “Dünya Kuboku” uğrunda mübarizə aparan idmançıları qəbul etdi. Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunan “Dünya Kuboku” uğrunda yarışda 23 ölkədən 170 idmançı qüvvəsini sınadı. Naxçıvanın ev sahibliyi etdiyi yarışda Azərbaycan yığma komandası ikinci yerə layiq görüldü.

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yarışlar 

Bu münasibətlə müxtəlif idman növləri üzrə beynəlxalq turnirlərə ev sahibliyi edən Naxçıvanda həm də yerli federasiyalar nazirliklə birgə müəyyən yarışlar, tədbirlər təşkil ediblər. İlk olaraq, 30 aprel – 2 may tarixlərində İlham Əliyev adına Olimpiya-İdman Kompleksi boksçuların yarışına səhnə oldu. Muxtar respublika birinciliyində 200-dən çox dəri əlcək sahibi rinqə çıxmaqla kimin güclü olduğuna aydınlıq gətirdilər. Ümummilli  lider  Heydər Əliyevin  anadan  olmasının  91-ci ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili  müəssisələrinin  tələbələri arasında 5 kilometr məsafəyə kross qaçışında isə 200-dən artıq idmançı iştirak etdi. İndividual idman növlərindən olan MMA qaydasız döyüş növü üzrə muxtar respublika turnirində 12 çəki dərəcəsində 80- nə yaxın idmançı qüvvəsini sınadı. 
Ulu öndərin anadan  olmasının  91-ci ildönümünə həsr olunmuş ali və orta istisas təhsil müəssisələrinin tələbələri arasında və federasiyanın klubları arasında Əlincə  qalasına yürüş və karate-do üzrə  Naxçıvan Muxtar Respublikası açıq  çempionatı ilin yadda qalan yarışlarından oldu. 
Kollektiv idman növlərindən olan voleybol və basketbol üzrə muxtar respublika birinciliklərində hər birində 8 komanda 96 voleybolçu və basketbolçu iştirak etməklə bu idman növlərinin geniş yayıldığını bir daha nümayiş etdirdilər.
    
Beynəlxalq Tələbə Gənclər Həftəsi və kollektiv idman növləri

2014-cü il “10-17 noyabr – Beynəlxalq tələbə gənclər həftəsi”nə həsr olunmuş  ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında keçirilən bir sıra yarışlarda ötən ilin uğurlu idman həftələrindən oldu. Bu müddət ərzində Naxçıvan Dövlət Universitetinin idman kompleksində qız tələbələri arasında badminton üzrə turnir, ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol turniri, Naxçıvan Şahmat Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında şahmat yarışı, Naxçıvan şəhərinin Uzunoba Su Anbarının ətrafında ali və orta ixtisas təhsili  müəssisələrinin tələbələri arasında velosiped yarışı üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və bir sıra yarışlar təşkil edildi.
Geridə qoyduğumuz il daha bir məqamla yaddaşlara həkk olundu. 2014-cü ildə individual idman növləri ilə yanaşı, muxtar respublikada kollektiv idman növlərinin geniş yayılması və bu idman növləri üzrə daha çox turnirlərin, yarışların təşkil edilməsi diqqətdən yayınmadı. Basketbol Federasiyası yoldaşlıq görüşləri ilə başladı ki, bu ənənə hər ay davam etdirildi. Üstəlik, fevral və noyabr aylarında federasiya nazirliklə birgə muxtar respublika birinciliyi təşkil etdi və bu birinciliklərdə, ümumilikdə, 250-yə yaxın idmançı qalib uğrunda mübarizə apardılar. Həmçinin, Voleybol Federasiyası da il ərzində 10-dan çox yoldaşlıq görüşü və yarışlar təşkil etməklə, bu sahənin inkişafına öz tövhəsini vermiş oldu. 2014-cü ildə Atıçılıq Federasiyası da Gənclər və İdman nazirliyinin tədbirlər planına əsasən, bu növün inkişafı, kütləviliyi üçün müəyyən işlər görüb. Federasiya fevral ayında məktəblilər arasında peyntbol üzrə Naxçıvan şəhər birinciliyi, aprel ayında vətənin müdafiəsinə haziram  poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəbləri arasında muxtar respublika üzrə zona birinciliyi və sentyabrda yenidən muxtar respublika birinciliyi təşkil edib ki, bu yarışlarda 200-dən çox idmançı qüvvəsini sınayıb. Paralimpiya federasiyası isə aprel ayında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş vətəndaşların iştirakı ilə peyntbol üzrə muxtar respublika birinciliyi  keçirməklə, fiziki məhdud insanlara diqqət və qayğının hər zaman nəzərdə olduğunu nümayiş etdiriblər. Həmçinin il ərzində İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş fiziki imkanları məhdud vətəndaşlar arasında futzal üzrə muxtar respublika  birinciliyi,  20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate-do üzrə Naxçıvan, Babək  və Şahbuz rayon komandaları arasında yoldaşlıq görüşü və Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında 3 kilometr məsafəyə kross qaçışı keçirilib. Ümumilikdə, 2014-cü ildə keçirilən kollektiv idman növlərində 2000-ə yaxın idmançı iştirak edib. 
              
İndividual idman növləri

Kollektiv idman növlərindən fərqli olaraq, müasir idmanda fərdi növlərə üstünlük verən idmançıların sayı daha çoxdur. Elə muxtar respublikada da individual növlərə maraq gündən-günə artmaqdadır. Bəs geridə qoyduğumuz ildə Naxçıvanda hansı fərdi idman növləri üzrə hansı yarışlar keçirilib? Qısa xülasə...
Güləş. Güləş federasiyası Gənclər və İdman nazirliyi ilə birgə il ərzində bir neçə yarış təşkil edib. 2014-cü ilin yanvar ayında UGİM-nin idman zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kiçikyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər turniri keçirilib. Belə bir turnir fevral ayında da təşkil olunub.  İyun ayında isə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş sərbəst güləş üzrə 1997-99-cu il təvəllüdlü yeniyetmələr arasında muxtar respublika turniri baş tutub. Həmçinin federasiya mart və iyul aylarında cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi də təşkil edib. Keçirilən bu yarışlarda 300-dən artıq pəhləvan qüvvəsini sınayıb.  
Boks. Federasiya nazirliyin tədbirlər planına əsasən, yanvar ayında 20 Yanvar şəhidlərinin xatirəsinə və 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər açıq birinciliyi təşkil edib. İyul ayında Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş Naxçıvan şəhər və Şahbuz rayon boksçuları arasında və sentyabrda “Zərərli vərdişlərə “yox” deyək həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında Kəngərli rayon və Naxçıvan şəhər boksçuları arasında yoldaşlıq görüşləri keçirilib. 14 noyabr 2014-cü il tarixdə İlham Əliyev  adına Olimpiya-İdman Kompleksində isə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş boks üzrə Naxçıvan şəhər açıq birinciliyi baş tutub. Muxtar respublikada keçirilən boks yarışlarında, ümumilikdə, 300-dən artıq dəri əlcək sahibi iştirak edib. 
Şahmat. Geridə qoyduğumuz ili Şahmat Federasiyası üçün uğurli il hesab edə bilərik. 12 ay ərzində federasiya nazirliklə birgə bir çox yarışlar təşkil etdi ki, onlar arasında Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş 16 yaşadək məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər açıq birinciliyini, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika komanda birinciliyini,  15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Şahmat Mərkəzinin daxili təsnifat turnirini və İsveçrə sistemi üzrə keçirilən mərkəzin açıq birinciliyini, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 8 yaşdan 12 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Naxçıvan şəhər açıq birinciliyini və  dekabr ayında təşkil olunan şahmat üzrə beynəlxalq reytinqli yarışı xüsusilə qeyd etməliyik. 
Şərq döyüşü sənəti. Bu federasiyanın cari ildə gördüyü işləri qənaətbəxş hesab etmək olar. Çünki federasiya nazirliklə birgə bu idman növlərinin inkişafı üçün daim turnirlər təşkil etdi və kütləviliyə nail olmaq üçün muxtar respublikanın bütün rayonlarında yarışlar keçirildi. Bu yarışlardan İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş MMA versiyası ilə qaydasız döyüş növü üzrə muxtar respublika birinciliyini, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Naxçıvan şəhər kikboksinqçiləri arasında birinciliyini, “Dinamo” İdman Cəmiyyətinin idman zalında “Zərəli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında taekvando üzrə Naxçıvan şəhər birinciliyini,  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə Naxçıvan şəhər açıq birinciliyini xüsusi qeyd etmək lazımdır. 
Karate-do. Federasiyası 2014-cü ildə bir çox yarışların keçirilməsinə imza atıb. Daha çox yadda qalan məqam isə iyulun 25-də Şərur rayonunda keçirilən seminar oldu. Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş karate-do üzrə texniki seminarda 150-dən artıq karateçi iştirak etdi. Bununla yanaşı, federasiya nazirliklə birgə Culfa rayonunun Bənəniyar kəndində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmə və gənclər arasında karate-do üzrə Culfa rayon birinciliyi, Şərur Olimpiya-İdman Kompleksində karate-do üzrə bütün yaş qruplarında Şərur rayon birinciliyi və  Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş karate-do üzrə texniki seminar keçirməklə bu idman növünün muxtar respublikanın bütün regionlarında inkişaf etdiyini bir daha göstərdi.
Digər növlər. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, demək olar ki, hər ay yarışlar, turnirlər təşkil etməklə gənclərin bu sahəyə axınını sürətləndirmiş oldu. Geridə qoyduğumuz ildə keçirilən paralimpiyaçılar arasında tennis, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yüngül atletika, Naxçıvan Atıcılıq Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə güllə atıcılığı, “15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş 2 kilometr məsafəyə kross qaçışı yarışları,  Naxçıvan Muxtar Respublika Stadionunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yürüşü,  Naxçıvan  Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli keçirilməsi məqsədilə yeniyetmələr, həmçinin qızlar arasında üzgüçülük yarışı 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika,  Culfa  rayonunun Əlincə kəndində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Əlincədən-İlandağa” devizi altında  keçirilən Əlincə kəndindən İlandağa qədər 8 kilometr məsafədə zirvəyə piyada yürüş və vətənin müdafiəsinə hazıram poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəbliləri arasında Naxçıvan Muxtar Respublika birincilikləri idmana olan marağı daha da artırdı.

 

Ölkə miqyaslı və beynəlxalq turnirlərdə qazanılan uğurlar
İdmançılarımız üçün 2014-cü il daha çox qazanılan uğurlarla yadda qaldı. İstər ölkə daxili keçirilən yarışlarda, istərsə də beynəlxalq turnirlərdə idmançılarımızın əldə etdikləri qələbələr muxtar respublikada idmanın inkişafı ilə yanaşı, eyni zamanda idmana göstərilən diqqət və qayğının da bariz nümunəsidir. 
İlk olaraq, ölkədaxili yarışlarda uğur qazanan idmançılarımız barədə. Ötən ilin yanvar ayında Bakı şəhərində keçirilən boks üzrə gənclər arasında Azərbaycan çempionatında, Hövsan Olimpiya-İdman Kompleksində VKC növləri üzrə Milli Karate Federasiyasının Azərbaycan çempionatında, Sabirabad rayonunda karate-do üzrə regionlar arasında Azərbaycan çempionatında, Hövsan Olimpiya-İdman Kompleksində MMA qaydasız döyüş idman növü və boks üzrə Azərbaycan çempionatında, mart ayında Bakı şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında açıq respublika seçim turnirində, həmçinin aprel ayında Balakən Olimpiya-İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələrin IX Respublika Oyunlarında qazanılan uğurlar fərdi idman növlərinin geniş vüsət almasından xəbər verir. Kollektiv idman növlərində də idmançılarımız yaddaqalan çıxışları ilə 2014-cü ilə uğurla yekun vurublar. 2014-cü il tarixlərində Bakı şəhərində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatı təşkil olunub və bu mübarizədə 57 komanda iştikar edib.  Naxçıvanın voleybol yığması ölkə çempionatında dördüncü olub. Mingəçevir şəhərində isə vətənin müdafiəsinə hazıram  poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda çıxış edən Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Beynəlxalq yarışlarda da idmançılarımız uğurlu çıxışları ilə bütün diqqətləri öz üzərlərinə cəlb ediblər. Geridə qoyduğumuz ildə naxçıvanlı idmançılar dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə mükafatlar qazanmaqla, idmana göstərilən diqqətin hədər yerə getmədiyini bir daha sübuta yetiriblər.

 

Elvin Məmmədov

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR

Xəbər Lenti
22 Fevral 2018
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
16:22 Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu
16:10 Kamran Quliyev: "Avroliqaya düşməmək "Neftçi" üçün uğursuzluq olacaq"
15:41 AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı
15:20 Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza
15:00 "Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
14:40 “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”
14:20 2 boksçumuz mübarizəni dayandırdı
14:00 "Şüvəlan" Premyer Liqaya qayıdır?
13:54 “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar
13:20 “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır
13:00 Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
12:44 İstedadlı solaxay, bəxtsiz məşqçi, dalaşqan insan - YAZI
12:22 Ağır yol qəzası keçirən üçqat Avropa çempionu idman qayıdır - MÜSAHİBƏ
12:00 "Sumqayıt" mövsümün sonuna kimi prezidentsiz qalacaq?
11:44 Ceyhun Sultanov "Neftçi"də!
11:40 “Bavariya” – “Beşiktaş” 5:0 - VİDEO
11:33 Mujek rəsmən "Neftçi"dən getdi, yeni klubu da məlumdu
11:22 "Çelsi" - "Barselona" 1:1 - VİDEO
11:00 "Şəmkir" 6 futbolçu ilə gücləndi
10:30 Millimizin sabiq üzvü üçün 76 dəqiqə
10:00 "Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
09:34 Növbəti tur təxirə salındı
01:53 "Bavariya"dan darmadağın, Londonda heç-heçə
20 Fevral 2018
23:32 Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu
23:08 Ölkə çempionatında ilk günün qalibləri - VİDEO
22:45 Koutinyonun evi qarət olundu
22:25 "Milan"ın sahibi müflis oldu
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.