Ucuz təyyarə biletləri

"Zirvə" yenidən Avropanın zirvəsindədir!

Tarix:  10.08.15 13:08           Yazar:             Oxunub: 354 dəfə

Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi başa çatdı. Rekord.az xəbər verir ki, yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış etdi.


Bu turnirdə Azərbaycan milli komandası da iştirak etdi. Yığmamızın heyət üzvlərinin böyük hissəsi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri idi. Bu da öz müsbət effektini qısa zamanda verdi.


Qızların yarışında cəmi bir idmançımız iştirak edirdi. “Lənkəran-Zirvə” təmsilçisi Səbinə Əzimova yaşı 15-ə qədər olan qızların 53 kq çəki dərəcəsindəki medal mübarizəsinə uğurla qoşuldu. O, birdən qaldırma hərəkətində 72 kq, təkanla qaldırma hərəkətində isə 91 kq başı üzərinə qaldırdı. Toplamda 167 kq (72+95) nəticə göstərən “Zirvəçi” qızımız həm yekun sıralamada, həm birdən, həm də təkanla qaldırmada bütün rəqiblərinin qabaqlayaraq qızıl medal əldə etdi.


Bu üç medalın əhəmiyyəti yarışın sonunda bilindi. Belə ki, Səbinə Əzimovanın bu nəticəsi ilə Azərbaycan milli komandası Avropa birinciliyinin medal sıralamasında 3-cü yeri tutdu. Yığmamız cəmi bir idmançı ilə Avstriya, Ermənistan, Macarıstan, Bolqarıstan və Polşa kimi ölkələri arxada qoymağı bacardı.


Səbinənin qələbəsini bununla da yekunlaşmır. Lənkəranlı atletimiz yaşı 15-ə qədər olan qızların xal sıralamasında Avropanın ən yaxşısı elan olunub. Belə ki, Sinkleyr cədvəli ilə 252.9 xal toplayan Əzimova bütün yarış iştirakçılarından güclü olduğunu sübut edib. İlk böyük beynəlxalq yarışında belə çıxış edən qızımızı yalnız alqışlamaq olar. Fantastik çıxışdır! “Zirvə” Beynəlxalq İdman Klubunun son illərdə yetişdirdiyi elit idmançılar sırasında artıq onun adı da var. Azərbaycanın lider klublarından birinin gördüyü iş, çəkilən əziyyətin bəhrəsi məhz budur. Ölkə idmanına xidmət edirik və belə uğurları gördükcə, daha da ruhlanır, işimizi daha həvəslə həyata keçiririk. “Zirvə”nin səsi ənənəvi olaraq zirvələrdən gəlir, bundan sonra da gələcək. Səbinə Əzimovanı və məşqçilərini bu gözəl qələbə münasibətilə bir daha təbrik edir, növbəti yarışlarda da fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmasını arzulayırıq.


Yaşı 15-ə qədər olan oğlanların mübarizəsində də komandamız uğur qazan bildi. Ümidvar Bayramlı və “Abşeron-Zirvə” təmsilçisi Almazxan Səfərovun aktivlərinə yazdıqları bürünc medallar, Azərbaycan yığmasını Avropanın ən yaxşıları sırasına çıxarıb. Belə ki, bu qrupda iştirak edən atletlərimiz və onların qazandıqları xallar sayəsində ölkəmiz komanda hesabında 3-cü yeri tutub. Polşa və Türkiyədən sonra bütün yığmalardan güclü olan Azərbaycan millisi 4-cü olan düşmən Ermənistanı burada da qabaqlayıb. Tarixən ağır atletikada uğurlar qazanan və böyük yarışlarda yeganə ümid yerləri olan ermənilərin bu növdəki hegemonluğuna Azərbaycan son qoymaqdadır. Xüsusilə də istedadlı gənc nəslin yetişməsi bu tendensiyanın davamlı olacağına işarədir.


Yaşı 17-yə qədər olan dimançıların yarışında da “Zirvə” BİK-nin nümayəndəsi vardı. “Yevlax-Zirvə” təmsilçisi Hüseyn İsmayılov 85 kq çəki dərəcəsində fərqləndi. O, bu çəkidə birdən qaldırma hərəkətində qızıl medala layiq görüldü. Toplamda isə 5-ci yerə çıxdı.


“Zirvə”nin ölkə xaricindəki filiallarının da uğurlu çıxışını qeyd etmək lazımdır. Yaşı 15-ə qədər olan qızların mübarizəsində 53 kq çəki dərəcəsində iştirak edən “Ankara-Zirvə” təmsilçisi Qamze Yayla bürünc medal qazanıb. O, 72 kq-la birdən qaldırmada 2-ci, 86 kq-la təkanla qaldırmada 3-cü, toplamda 158 kq (72+86) ilə yekun sıralamda 3-cü yeri tutmuşdu.


Yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 85 kq çəki dərəcəsində isə birdən-birə üç idmançımız körpücük üzərinə çıxdı. “Abşeron-Zirvə” atleti Hüseyn İsmayılov, “Terespol-Zirvə” atleti Mateuş Skulimovski və “Jidaçiv-Zirvə” atleti İqor Obuxov medal mübarizəsinə qoşuldular. Qazanılan nəticələr möhtəşəm idi. İsmayılov Hüseyn toplamda 300 kq (139+161) nəticə yekun sıralamada da 4-cü olsa da, birdən qaldırmada Avropanın ən yaxşısı oldu.


Polşalı atletimiz Mateuş Skulimovski birdən qaldırma hərəkətində 137 kq, təkanla qaldırma hərəkətində 164 kq nəticə göstərib və hər iki hərəkətdə bürünc medal qazandı. “Terespol-Zirvə” atleti toplamda 301 kq (137+164) nəticə ilə isə Avropa birinciliyində 2-ci yerə çıxdı.


Qızıl medal isə daha “Zirvə” atleti, Ukrayna təmsilçisi İqor Obuxova qismət oldu. Bu ilin aprelində Perunun paytaxtı Limada yeniyetmələrin dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan gənc ağırlıqqaldıranımız bu dəfə də gözəl çıxış etdi. Maraqlıdır ki, Obuxov birdən qaldırma hərəkətində 136 kq-la yalnız 4-cü olmuşdu. Ancaq təkanla qaldırma hərəkətində 181 kq nəticə göstərərək həm bu hərəkətdə, həm də yekunda hamını qabaqlayıb. Toplam 317 kq (136+181) nəticə ilə İqor qızıl medala sahib çıxdı.


Iqor Obuxov bu nəticə ilə həm də Avropa birinciliyində yaşı 17-yə qədər olan idmançılar arasında ən yaxşıların sırasına daxil ola bilib. 381.7 xal toplayan “Jidaçiv-Zirvə” atleti turnirin 3-cü ən yaxşı idmançısı adına layiq görülüb. Onu təbrik edirik!


Peşəkar idmançılar tərəfindən təsis edilən, qarşısına ölkə idmanının inkişafına dəstək məqsədini qoyan “Zirvə” Beynəlxalq İdman Klubu, ümummilli lider, mərhum prezident Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana qayğı siyasətinin yanında olduğunu, atdığı addımlarla gələcəkdə də dəstəyini davam etdirəcəyini göstərir. (Zirvə İK)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“Şahdağ”ın I Diviziona buraxılmamasının əsl səbəbi məlum oldu - ÖZƏL!
"Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
"Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
Regional Liqa necə olmalıdı: “Rekord.az”dan AFFA-ya təklif!
AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
"Göyəzən" fəaliyyətini dayandırdı!
RƏZALƏT: "İnter" xanımları zorla stadiona gətirir

Xəbər Lenti
20 Sentyabr 2017
13:00 "Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
12:40 İvan Rakitiç: “Robert Prosineçki olmaq istəyirdim”
12:21 Super Liqa klubunda yeni baş məşqçi
12:00 Avropada ən yaxşı gənc futbolçu adına namizədlər - SİYAHI
11:30 60 illik yubileydə 6:6 hesablı heç-heçə
11:00 Aqil Nəbiyev: "AFFA neçə kluba baxa bilər?" - MÜSAHİBƏ
10:00 "Bakı"ya yeni sponsor tapıldı?
00:10 Eratlı “Duysburq” səfərdən 1 xalla döndü
19 Sentyabr 2017
23:26 Nazarovun komandası “Kayzerslautern”ə qalib gəldi
22:23 “Qarabağ” “Kəpəz”ə də uduzdu
22:04 AVRO-2017: Millimizin rəqibi heyətini açıqlayıb
21:41 Ziya oynadı, komandası Hollandiya Kubokunda mərhələ adladı
20:05 “Şüvəlan” “Xəzər”ə qalib gəldi
19:23 Millimiz yenə italyanlarla bacarmadı
18:48 Yığmamız Avropa birinciliyində iştirak edəcək
18:00 "Energetik" Regional Liqada oynamaq istəyir
17:45 Premyer Liqada 6-cı turun oyun cədvəli
17:30 6-cı turun oyun cədvəli bəlli oldu
17:15 PFL “Kəpəz” – “Səbail” matçının yerini dəyişdi
17:00 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
16:48 “Sumqayıt” – "Qarabağ" matçının vaxtı açıqlandı
16:22 Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
16:00 Çempionlar Liqasının finalı Bakıda olacaq?
15:54 Elxan Məmmədov: “Qərar sabah məlum olacaq”
15:48 “Kəpəz”in baş məşqçisi yeni məqsədini açıqladı
15:31 Millimizin 7 velosipedçisi dünya çempionatında
15:00 Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
14:12 Rauf Əliyev oynadı, “Kukesi” xal itirdi
14:05 “Qarabağ” - “Roma”: 45 000 bilet satılıb!
14:00 Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
13:45 Sloveniyada tarix yazan cüdoçularımız Bakıya döndülər VİDEO
13:22 “Qəbələ”dən ardıcıl 5-ci qələbə
13:00 "Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
12:34 Araz Abdullayev APOEL üzərində qələbəyə sevindi
12:22 “Binə”dən daha 2 transfer
12:12 “Qazprom”dan “Rekord.az”a təşəkkür məktubu gəldi!
12:00 Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
11:00 "Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
10:00 "Neftçi"nin prezidentini SOCAR-a çağırıb danladılar və dekabra kimi vaxt verdilər
18 Sentyabr 2017
23:30 "Sumqayıt"ın və "Xəzər Lənkəran"ın sabiq üzvü qəzaya düşdü
22:50 Ümudünya Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək
21:33 Azərbaycan millisi Nalçikə yollandı
20:23 “Roma” ilə matçı stadiondan izləməyə hazırlaşanların nəzərinə
20:00 Dibala Messi ilə müqayisə olunmaq istəmir: "O, bir əfsanədir"
19:30 Yığmamız Avropa birinciliyində mübarizəyə başlayır
19:25 Runi 2 il maşın sürə bilməyəcək
18:43 "Anderlext"in baş məşqçisi qovuldu
18:22 Azərbaycan - Çexiya matçı 50 manata
18:13 “Beşiktaş”ın futbolçuları milli komandamıza çağırıldı
18:00 "İnter" rəhbərliyi söz verdi: sabah maaş olmalıdır
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.