Ucuz təyyarə biletləri

Fərqli motivasiyanın fəsadları

Tarix:  06.10.15 13:10           Yazar:  Amal Abuşov           Oxunub: 453 dəfə

Ölkə çempionatının son turlarında baş tutan bəzi qarşılaşmalarda izlədiyimiz mübarizə ruhu və qeydə alınan nəticələr diqqət çəkməyə bilməz. “Böyük oyun”da “Xəzər Lənkəran”ın gənc futbolçularının sərgilədiyi əzmkarlıq hər birimizin yadındadı. Skarlatakenin qırmızı vərəqəylə meydandan qovulmasından sonra azlıqda qalan yerli gənclər hakimin final fitinə qədər “döyüşdülər”. Çəkilən zəhmətin qarşılığı oyununun nəticəsində də əksini tapdı. Bu fikirlə hər kəs razıydı ki, “Böyük oyun”da qazanılan bir xal Yunis Hüseynov və onun etimad göstərdiyi gənclər üçün əla nəticəydi.

 

Oxşar ssenariyə “Qarabağ” – “Neftçi” qarşılaşmasında da şahidlik etdik. Bu dəfə “Neftçi”nin oynadığı rol fərqli idi. “Xalq komandası” tarixinin ən yaxşı günlərini yaşayan, Avropa Liqasının qrup mərhələsində də boy göstərməyi bacaran “Qarabağ” qarşısında fırtına kimi əsirdi. Ramosun baxımlı qoluyla qonaq komanda son dəqiqələrə qədər hesabda öndə olan tərəf idi. Təkcə nəticə baxımından yox, sərgilənən cəsarətli oyuna görə də “Neftçi” “Azərsun Arena”nın açılışına təsadüf edən oyunu izləyənlərin alqış və tərifləri sözlərini haqq etmişdi.

 

Həmin qarşılaşmalar arasında paralellər aparmağım təsadüfi deyil. Təqvimə əsasən bu iki komanda daha sonra elitanın debutantı “Zirə”ni sınağa çəkdi. Nəticələr isə yenə oxşar oldu. “Xəzər Lənkəran” “Fırtınalar meydanı”na ilk dəfə qonaq gələn Adil Şükürovun komandasını Bakıya əvəzsiz qənimətlə - 3 xalla yola saldı. Rəşad Abdullayevin son dəqiqələrdə vurduğu qol həllediciydi. Növbəti turda “Zirə”nin gücünü “Neftçi” hiss etdi və “gözü çıxmış qardaşı”nın taleyini “ağ-qaralar” da yaşadı. Samir Əliyevin yetirmələri də Anar Nəzirovu məyus etməyi bacarmadılar. Üstəlik, meydan sahibləri “Neftçi”nin qapısına 2 qol vurdular. Azərbaycanın iki iddialı komandası debutantla qarşılaşmalardan xalsız və qolsuz ayrılıblar. Heç bir halda Adil Şükürovun formalaşdırdığı mübariz komandanın əziyyətini yerə vurmaq, “Zirə”nin qazandığı fantastik uğurlarla kölgə salmaq niyyətim yoxdu. Sözümün canı başqadı. Yazımın əvvəlində vurğuladığım kimi, “Neftçi” “Qarabağ”la oyuna yüksək motivasiya ilə çıxmış, “ağ-qaralar” 90 dəqiqə ərzində yorulmaq bilmədən topa və meydana ağalıq etmək üçün mübarizə aparmışdılar. Eyni davranışı “Böyük oyun”da “Xəzər Lənkəran”ın gəncləri sərgiləmişdilər. Özünüz üçün qısaca müqayisə edin. “Ağ-yaşıllar”ın “Qəbələ” və “Zirə”ylə oyunlarda sərgilədikləri sönük, təslimçi ruhlu oyunla “Bakcell Arena”dakı görüntü eyni idimi? Yaxud da, Zirə Olimpiya Kompleksində aciz qalan futbolçular “Qarabağ”la oyundakı döyüşkən cəngavərlərlərin zəif kölgəsinə bənzəmirdilərmi? Deməli, çox hörmətli Yunis Hüseynovla Samir Əliyev son yenilgilərə səbəb axtararkən bu məqamı mütləq nəzərə almalıdılar. Ayrı-ayrı rəqiblərə qarşı fərqli motivasiyalarla meydana çıxan futbolçuların psixoloji durumlarını qaydaya salmaq vacibdi. Onlara başa salmaq lazımdı ki, “Zirə”ylə də oyundakı qələbəylə “Qarabağ”ı məğlub etməyin xal baxımında heç bir fərqi yoxdu, hər ikisinə görə komandaya 3 xal verilir. Bunu bir dəfəlik futbolçulara qəbul etdirin ki, sonradan itirdiyiniz xallara, acı məğlubiyyətlərə görə daha çox heyfsilənməyəsiz.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın sabiq kapitanı işsiz qaldı
"Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimovla görüşmək üçün hazırda İstanbuldadı
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
Xames Rodrigesin pornoulduz sevgilisi - FOTOLAR
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
Vinçesteri "Kəpəz"ə icra başçısı transfer edib?
Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
Sumqayıt stadionundan yeni xəbər var
"Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?

Xəbər Lenti
17 Fevral 2018
23:49 Amil Yunanov: "Bombardir olanda özünə daha çox inam olur" - MÜSAHİBƏ
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
14:00 "İnter Arena"nın qazonu dəyişdirilməyəcək
13:32 16-cı turun oyun cədvəli açıqlandı
13:00 Sumqayıt stadionundan yeni xəbər var
12:22 90 dəqiqə və 1 xal
11:30 Millimizin üzvü ehtiyatda qaldı
11:00 "Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
10:30 “Qarabağ”ın bir legioneri sıraya döndü, digəri…
00:30 “Neftçi”nin “Sumqayıt”la 23-cü dueli
16 Fevral 2018
23:56 “Sumqayıt”dan azarkeşlərinə müraciət
23:30 “Neftçi”nin 6 futbolçusu milli komandamızda
22:30 “Transfer pəncərəsi” bağlandı
22:04 Məmmədova pley-offa qələbə ilə başladı
21:55 Lider də çətinlik çəkmədi
21:46 Yığmamızın üzvü Rusiyada 1/4 finalın ilk oyununda uduzdu
21:04 “Kəpəz” Bakı hazırlığını başa vurdu
20:30 Növbəti anti-dopinq seminarı keçirildi
19:42 "Şüvəlan" - "Binə" 1:0 - VİDEO
19:16 Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı
18:47 Yığmamız Sofiyaya 7 boksçu ilə yollanır
18:00 Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
17:48 Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
17:20 Liderdən Zaqatalada çətin qələbə, “Mil-Muğan”dan darmadağın
17:00 Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
16:41 Azərbaycan - Belarus matçının hakimləri açıqlandı
16:31 "Oyunçularla ciddi söhbətimiz olacaq"
16:21 “Qarabağ” UEFA reytinqində gerilədi
16:11 "Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
16:10 "Abşeron" növbəti qələbəsini qazandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.