Ucuz təyyarə biletləri

Prosineçki xoş gəlir

Tarix:  20.10.15 14:10           Yazar:  Amal Abuşov           Oxunub: 677 dəfə

Sabah Robert Prosineçki bir həftəlik ayrılıqdan sonra Bakıya gələcək. Eşitdiyimə görə, millimizin baş məşqçisi “Qəbələ” – “Borussiya” matçıyla yanaşı, 9-cu turun iki qarşılaşmasını da stadiondan izləyəcək. Daha sonra onun Məşqçilər Komitəsinin iclasında iştirak edəcəyi, Yaşar Vahabzadənin U-21-dəki gələcək taleyi ilə bağlı dinləmələrdə öz fikirlərini dilə gətirəcəyi deyilir.

 

Lap yaxşı. Xorvat mütəxəssisin bütün planlarını alqışlayıram. Yəqin ki, ondan sonra da Prosineçki gündəlik qayğılarına və istirahətinə vaxt ayıracaq, ara-sıra Premyer Liqa oyunlarında stadionlara baş çəkəcək, Moldova ilə yoldaşlıq oyununu yola vermək üçün özünü birbalaca əziyyətə salacaq. Beləcə. həyat öz axarıyla davam edəcək. Cənab Prosineçki məndən inciməsin, idman jurnalisti kimi sahib olduğum haqq və hüquqlardan istifadə edərək, ona bəzi təkliflərimi ünvanlamaq istəyirəm.


AFFA Məşqçilər Komitəsinin üzvlərinin Prosineçkidən hesabat istəməyə səlahiyyət və cəsarətləri çatmır. Ona görə də xorvatiyalı mütəxəssis MK-nin tələbini gözləmədən özü AFFA rəhbərliyi, idman mətbuatı və azarkeşlər üçün tutarlı, eyni zamanda məntiqi izahatlara söykənən peşəkar hesabat hazırlasa, yaxşı olar. Bu hesabat ona görə vacibdi ki, Norveç və Xorvatiya ilə başabaş oynadığını iddia etdiyimiz, Robbinin gəlişindən sonra inkişafda olduğunu düşündüyümüz millinin Bolqarıstan qarşısında niyə aciz qaldığının səbəblərini bilək. Baş məşqçi özü də Sofiyadakı mətbuat konfransında həmin qarşılaşmanın rəhbərliyi altında ən zəif oyunumuz olduğunu dilə gətirmişdi. Ümid edirəm ki, ötən müddət ərzində onun dərin təhlillər aparmağa, bizi məğlubuyyətdən daha çox narahat edən aciz görünümün səbəblərini tapmağa imkanı olub. Bu səbəbləri geniş şəkildə açıqlamaq, ictimai müzakirəyə çıxarmaqla azarkeşlərdə Prosineçkinin öz işinə ciddi yanaşdığına, səhvləri tapıb onları aradan qaldıracağına inam yaratmaq mümkündü. 

 

Digər vacib məqam Rəşad Sadıqovun millidəki gələcək taleyidi. Kapitan özü də etiraf edir ki, fiziki baxımdan həm millidə, həm də qarşısına ciddi həfədlər qoyan “Qarabağ”da oynamağa çətinlik çəkir. Bu səmimiyyətinə görə Rəşada ürəkdən minnətdaram. Əlbəttə, Sadıqov Azərbaycan futbolu üçün çox vacib fiqurdur. Millidə və klubunda lider rolunu uğurla üzərinə götürür, komanda yoldaşlarını öz xarizması ətrafında toparlamağı bacarır. Amma peşəkar futbolun da öz tələbləri var. Öz gücünü və enerjisini düzgün hesablayan Rəşadı daha artıq yükləməklə fakt qarşısında qoymaq yanlış qərar olar. Belədə, Prosineçki növbəti seçmə mərhələnin startına qədər “Rəşadsız milli” modeli üzərində düşünməlidir. Unutmayaq ki, AFFA rəhbərliyi hər açıqlamasında millimizin 2020-ci ildə keçirilən Avropa Çempionatının finalına iddialı olduğunu vurğulayır. İstəsək də, istəməsək də, həmin turnirə qədər millinin simasını dəyişməli, yeni adlar ortaya çıxarmalıyıq.


Və ən nəhayət, Prosineçki soyuq başla düşünməli, kütləvi surətdə “milliləşdirmə”ylə ciddi nəticələr qazanmayacağını anlamalıdır. Çalışdırıcı Ruslan və Məhəmməd Qurbanovları, eləcə də digər bu tip futbolçuları inadla müdafiə etməklə öz nüfuzunu zədələdiyinin, özü haqqında mənfi rəy yaratdığının da fərqində olmalıdır. 


Xoş gəlirsiz, cənab Prosineçki. Bizim təkliflərimizi qulaqardı etməyin, peşman olmazsız!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Kamran Ağayevə yaxın duran yoxdur
AZAL-ın kapitanı Türkiyəyə gedir
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!

Xəbər Lenti
28 May 2017
14:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
16:00 Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
15:45 CAR millisinin baş məşqçisi: "Ndlov başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"
15:22 Qatuzzo "Milan"a qayıtdı
15:15 Millimizin üzvü əməliyyat olundu
15:00 Kamran Ağayevə yaxın duran yoxdur
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.