Ucuz təyyarə biletləri

Apreldə əkilən ağacın meyvəsi

Tarix:  10.11.15 16:11           Yazar:  Amal Abuşov           Oxunub: 614 dəfə

Taleyin qismətidi, “Rəvan” elitaya qayıdandan sonra ilk qələbəsini “Neftçi” üzərində qazandı. Bu həmin “Rəvan” idi ki, buna qədər bircə dəfə “Neftçi”yə qalib gəlmişdi və həmin oyundan dərhal sonra “xalq komandası”nda istefa ərizələri bir-birinin ardınca yazılmağa başlamışdı.

 

İndi dövran dəyişib. Sonuncu məğlubiyyətə təkcə bu səbəbdən taleyin qisməti kimi baxmıram. 78 yaşlı klubun sadiq azarkeşləri son vaxtlar Sadıq Sadıqovun “Neftçi”yə rəhbərlik etdiyi dönəmləri tez-tez xatırlayır. Həmin “Neftçi” Azərbaycan çempionatında rəqib tanıyırdımı? Hələ mən Avropa Liqasının qrup mərhələsinə qazanılan vəsiqəni, “pley-off”un astanasında “Partizan”la drammatik oyunu demirəm. Sadıq Sadıqovun rəhbərliyinin ilk ilindəcə qızıl medalları boynundan asan “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsində dəmirdən möhkəm Zaqreb “Dinamo”suna məğlubiyyəti az qala faciəyə çevirmişdi. Bakıdakı qolsuz heç-heçə belə coşan ehtirasları soyutmadı və baş məşqçi Arif Əsədov istefaya getməli oldu. İddiasını hikkəyə çevirən “Neftçi” qısa müddətdə gücləndi və Azərbaycan çempionatında qazandığı uğurların davamını avroliqada gətirdi. 

 

“Rəvan”a məğlubiyyətin səhərisi Sadıq Sadıqovun doğum günüydü. Əminəm ki, onun min bir əziyyətlə qurub-yaratdığı, yenidən həyat verdiyi komandanın belə aciz durumu yubiliyarın da ürəyini ağrıtdı, əhvalını korladı. Artıq o “Neftçi”dən əsər-əlamət yoxdu.

 

İndiki “Neftçi” əvvəlki komandanın heç zəif kölgəsini belə xatırlatmır. Diqqət yetirirəm, “təbliğat maşını” dayanmadan çalışır və birmənalı olaraq futbolçuların günahkar olduğunu ictimaiyyətə, azarkeşlərə sırımağa çalışırlar. Bu yaxınlarda klubun idman direktoru Vəli Qasımov müsahibələrinin birində belə bir fikir səsləndirmişdi: “Hakimlərin də günahı var, Samir Əliyevin də”. Əcəb təvazökar insanlarsınız, cənablar. Özünüzdən başqa hamını günahlandıra bilirsiz. Aydın məsələdi ki, “Neftçi”nin düşdüyü bataqlığın üfunətli suyundan quru çıxmaq istəyənlər hər cür vasitəyə əl atacaqlar. Bunun üçün karyerasının ən həssas dönəmini yaşayan çalışdırıcını da qurban vermək olar, dünənə qədər “yerli gənclər” adlandıraraq öyündükləri futbolçuları da. Bircə onların nüfuzları zədələnməsi, Müşahidə Şurası ideyasının iflasa uğradığı, şura üzvlərinin fərasətsizliyi ifşa olunmasın. “Neftçi”nin altı əcnəbi və bir “milliləşdirilimiş” futbolçuyla meydana çıxdığı oyundakı uğursuzluğuna səbəbkar kimi yerli gənclərin göstərilməsi heç bir ağıllı başınm məhsuluna bənzəmir. Qapısından 3 top buraxan 33 yaşlı Peskoviçi transfer edənlərdən başqa nə gözləyək?

 

Sanki bu tura qədər “Neftçi” bütün oyunlarda qalib gəlibmiş, indi “Rəvan”dan ilk yenilgisini aldı. Bu məğlubiyyət yeni rəhbərliyin aprel ayından bəri əkib-becərdiyi ağacın növbəti meyvəsidi. Nuş eləyin!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Qriqorçuk onu göndərməyə hazırlaşır?
Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
"Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
"Qarabağ" "Qəbələ"yə uduzdu
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək

Xəbər Lenti
23 Oktyabr 2017
17:24 Super Liqa klubu baş məşqçisini qovdu
17:00 "Qəbələ"də "Qarabağ" mükafatı
16:42 Rauf Əliyevdən Albaniyada növbəti qol - VİDEO
16:21 Millimizin üzvü Açıq Asiya Kubokunun qızıl medalını qazandı
16:00 Cavid Hüseynov: "Qol gücü yox, oyun nümayiş etdirmək lazımdır" - MÜSAHİBƏ
15:57 Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik keçirilib
15:40 Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu
15:21 “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü
15:00 Mirbağır İsayev milliyə legioner götürməkdən imtina edib
14:41 Liderlərin məğlubiyyətsizliyinə son
14:20 Premyer Liqada iki rekord
14:00 Samir Abasov onu niyə əvəzedici komandaya göndərib?
13:42 90 dəqiqə və 1 xal
13:21 Bir oyun canlı yayımda
13:00 "Viləş" Masallı rəhbərliyinə ağız açdı: Heç olmasa qazonu qaydaya salın
12:43 “Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək
12:21 Dadaşovun komandası 3 xalı 3 qolla qazandı
12:00 "Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
11:41 Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”
11:21 Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə
11:00 Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
10:31 İsrafilov oynadı, 3 qola üzüldü
10:00 AFFA-nın sabiq hakimi sədr postuna gətirildi
09:22 Hücumçumuz oynamasa da komandası qələbə qazandı
22 Oktyabr 2017
23:27 Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - II YAZI
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.