Ucuz təyyarə biletləri

Bu dərd təkcə "Qarabağ"ındırmı?

Tarix:  27.11.15 16:11           Yazar:  Amal Abuşov           Oxunub: 624 dəfə

Harri Keynin 78-ci dəqiqədə vurduğu qol məni iyulun 29-a qaytardı. Sizin də yadınızda olar. Məhz həmin gün “Qarabağ” Şotlandiyada “Seltik”lə qarşılaşırdı. Düz 82 dəqiqə inamla müdafiə olunan, ara-sıra rəqibin qapısına doğru da həmlələr edən təmsilçimiz künc bayrağın yanından havalanın topu Boyatanın başla qapıdan keçirməsindən sonra məyus olmuşdu. Boyatanın qolu bizim Çempionlar Liqasının qrupuna gedən yolumuzda keçilməsi mümkün olmayan əngələ çevrildi. “Köhlən atlar” qalan 8 dəqiqədə Boyatanın vurduğu qol cavab verə bilmədilər. Bakıya xeyli rahat gələn Şotlandiya çempionu Respublika stadionunun bərbad qazonu üzərində topu ora-bura dığırlatdı və özünə sərf edən sükutun pozulmasına imkan vermədi.

 

Elə dünən məğlub olduğumuz “Tottemhem”lə Londondakı oyunda da Son məhz künc zərbəsindən sonra topu Şehiçin qoruduğu qapıya göndərmiş, hesabı bərabərləşdirmişdi. Əlbəttə, dünyada kornerdən sonra qapısından qol buraxmayan komanda yoxdu. Ən ucaboy və etibarlı müdafiəçilərə malik komandalar belə bu cür standart vəziyyətlərdə çətinlik çəkir, azarkeşlərini həyəcanlandırırlar. Amma əyri oturub düz danışası olsaq, bizim “Qarabağ” kornerdən sonra qol buraxmağı “sevən” komandadı. Harri Keynin fərqləndiyi epizoda qədər London təmsilçisi düz 12 dəfə künc zərbəsi vurmaq hüququ qazanmışdılar. Nəhs rəqəm onlar üçün düşərli oldu. Belə çıxır ki, Poçettino “Qarabağ”ın zəif damarını tuta bilibmiş və yetirmələrinə xoşbəxtliyi künc zərbələrində axtarmağı tapşırıbmış. Londondan gələn qonaqlarımız əmin imişlər ki, gec-tez elə künc bayrağının yanından havalandırdıqları topu tora qovuşduracaq, Bakıdan qızıldan qiymətli 3 xalı aparamağı bacaracaqlar. Təəssüflər olsun ki, onların bu istəyini gözlərində qoymağı bacarmadıq. “Qarabağ” hər nə qədər hava toplarından sonra qapısı qarşısında böyük təhlükə yaşayırsa, bir o qədər də özü qazandığı standart zərbələrdən yararlana bilmir. Prinsipcə, bu iki məqam bir-birinə zəncir kimi bağlıdır. Hava toplarında hakimiyyət qazana bilməyən komanda istənilən halda “2-ci mərtəbədə” uduzmağa məhkumdu. Fərqi yoxdu, öz cərimə meydançasında, yaxud da rəqibin.  

 

Bu bəla təkcə “Qarabağ”ın yox, bütövlükdə Azərbaycan futbolunun əsas nöqsanlarından biridi. Qurban Qurbanov da hazırkı heyətlə ancaq bu qədərini edə biləcəklərini yaxşı başa düşür. Ağdam klubunun rəhbərliyini “pul kisəsi”nin ağzını bir az da geniş açın, ucaboy legionerlərlə müdafiə xəttinin etibarlılığını artırın” deyə çağırış etməyə dilim gəlmir. İndiki halıyla ölkə çempionatında ən yaxın izləyicisini 9 xal qabaqlayan “köhlən atlar” bir az da güclənsə, bizim Premyer-Liqanın aqibəti necə olacaq? Noyabr ayında çempionluğun taleyini həll edən komanda qalan 6 ayda hansı motivasiya ilə müydana çıxmalı, Qurban Qurbanov yetirmələrini mənasız qarşılaşmalara necə kökləməlidi? Hazırkı şərtlər Avroliqanın qrup mərhələsində iştirakın Azərbaycan klubları üçün maksimum hədd olduğunu diqtə etir. Daha artığına nail olmaq üçün, ümumilikdə ölkə futbolunun səviyyəsinin, çempionatdakı rəqabətin artması vacibdir!

Şərhlər
sevgifaciesiroman
Düzdü müəllim.Min dəfə deyirik ki,azarkeşlərin də təklifini qəbul etmək lazımdı.Transfer etmək və s.Amma bu onu göstərdi ki,Qarabağ başqa klublardan fərqli olaraq təmiz futbol oynayır uduzur udur.Saxtalıq etmir
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
"Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
"Bakı"ya yeni sponsor tapıldı?
AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
"Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
"Göyəzən" fəaliyyətini dayandırdı!
"Energetik" Regional Liqada oynamaq istəyir

Xəbər Lenti
20 Sentyabr 2017
22:11 Ndlovu yığmaya çağırıldı
21:59 Rövnəq Abdullayev: “Bu qərar ölkəmizin idman həyatında əlamətdar hadisədir”
20:59 Güləşçilərimizdən DÇ-nin ilk günündə 5 medal
19:46 Avropa Liqasının final matçı Bakıda keçiriləcək!
19:30 “Neftçi” Gənclər Liqasına qələbə ilə başladı
19:02 Emin Mahmudov: “Neftçi” yaxşı vəziyyətdə deyil” VİDEO
18:28 “Binə” “Qaradağ Lökbatan”a qalib gəldi
18:06 Azərbaycanın ev sahibi olduğu Avropa Çempionatı ilə bağlı iclas keçirilib
18:00 1 saat qaldı: Bakı, yoxsa Madrid?
17:49 AVRO-2017: Türkiyə millisinin heyəti
17:43 “Qarabağ” - “Roma” matçına yalnız 2 manatlıq biletlər qalıb
17:21 Samir Abasov Serbiya klubunun düşərgəsində
16:48 “Kəpəz”in stadionunda daha bir yenilik
16:44 Avropa Çempionatına sayılı günlər qalmış Rusiya millisinin baş məşqçisi niyə dəyişdirildi? - Rəsmi münasibət
16:30 AVRO-2017: Daha bir komanda yeni baş məşqçi ilə mübarizə aparacaq
16:21 Rövnəq Abdullayev: “Ümidvaram ki, UEFA da Neftçilər gününə hədiyyə edəcək”
16:15 AVRO-2017: Ukrayna yığması bu oyunçularla Bakıya gəlir
15:40 Millimiz Mərakeşə 7 taekvondoçu ilə yollanır
15:20 UEFA “Qarabağ” - “Roma” matçı ilə bağlı statistik məlumatları açıqladı
15:02 Nicat Muxtarov: "Peşmanam"
14:40 Nazir federasiya prezidenti təyin olunur
14:21 Messidən "Nou Kamp"da 300-cü qol
13:40 “Qəbələ”dən darmadağın
13:15 AFFA paytaxt klublarını cəzalandırdı
13:00 "Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
12:40 İvan Rakitiç: “Robert Prosineçki olmaq istəyirdim”
12:21 Super Liqa klubunda yeni baş məşqçi
12:00 Avropada ən yaxşı gənc futbolçu adına namizədlər - SİYAHI
11:30 60 illik yubileydə 6:6 hesablı heç-heçə
11:00 Aqil Nəbiyev: "AFFA neçə kluba baxa bilər?" - MÜSAHİBƏ
10:00 "Bakı"ya yeni sponsor tapıldı?
00:10 Eratlı “Duysburq” səfərdən 1 xalla döndü
19 Sentyabr 2017
23:26 Nazarovun komandası “Kayzerslautern”ə qalib gəldi
22:23 “Qarabağ” “Kəpəz”ə də uduzdu
22:04 AVRO-2017: Millimizin rəqibi heyətini açıqlayıb
21:41 Ziya oynadı, komandası Hollandiya Kubokunda mərhələ adladı
20:05 “Şüvəlan” “Xəzər”ə qalib gəldi
19:23 Millimiz yenə italyanlarla bacarmadı
18:48 Yığmamız Avropa birinciliyində iştirak edəcək
18:00 "Energetik" Regional Liqada oynamaq istəyir
17:45 Premyer Liqada 6-cı turun oyun cədvəli
17:30 6-cı turun oyun cədvəli bəlli oldu
17:15 PFL “Kəpəz” – “Səbail” matçının yerini dəyişdi
17:00 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
16:48 “Sumqayıt” – "Qarabağ" matçının vaxtı açıqlandı
16:22 Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
16:00 Çempionlar Liqasının finalı Bakıda olacaq?
15:54 Elxan Məmmədov: “Qərar sabah məlum olacaq”
15:48 “Kəpəz”in baş məşqçisi yeni məqsədini açıqladı
15:31 Millimizin 7 velosipedçisi dünya çempionatında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.