Ucuz təyyarə biletləri

“Qəbələ”nin havası

Tarix:  04.12.15 16:12           Yazar:  Amal Abuşov           Oxunub: 506 dəfə

Qəribə təsadüfdü. “Qəbələ” sonuncu dəfə inamlı qələbəyə sevinəndə leysan yağış bütün Azərbaycanı islatmaqdaydı. Söhbətin “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşmasından getdiyini anladınız. Düz iki ay bundan əvvəl baş tutan həmin oyunda meydan sahibləri 6:0 hesabıyla qələbə qazanmışdılar. Düşünürdük ki, Roman Qriqorçukun yetirmələri artıq formalarının zirvəsinə çatıblar və bundan sonra onları dayandırmaq çətin olacaq. Amma əksinə şahidlik etdik. “Qırmızı-qaralar” özləri həmin zirvədə uzun müddət dayanmağı bacarmadılar. Yavaş-yavaş həm turnir cədvəlinin yuxarısındakı yerlərini, həm də azarkeşlərin inamını itirməyə başladılar. 

 

“Xəzər Lənkəran”ın ardınca “Neftçi”ni Antonovun son dəqiqədə vurduğu qolla məğlub edən “qırmızı-qaralar” odu-budu, qələbəyə həsrət qalmışdılar. Qismət “Mil-Muğan”ın imiş. Ardıcıl 9 oyunda qələbə sevinci yaşaya bilməyən “Qəbələ” nin futbolçuları sanki bütün acıqlarını binəva imişlilərdən çıxmağa and içmişdilər. Maraqlısı odu ki, vurulan qollara müxtəlif futbolçular imza atdı. Orxan Məmmədov oyunu bir qədər də uzatsaydı, qol vurmaq növbəsi Andrey Popoviçə də çatacaqdı. “Xəzər Lənkəran”la oyundakı “qol yağışı” göydən ara vermədən yağan yağışın müşayiətilə gerçəkləşmişdi. Bu dəfə “Mil-Muğan”ın da dərdinə "göylər ağlayırdı". Amma buludların göz yaşları soyuq havada yerə düşənə qədər donurdu, qara çevrilirdi. 

 

Oyundan sonra keçirilən mətbuatin konfransında Roman İosifoviç komandanın başının üzərini alan “qara buludlar”ın məhz vurulan bu yeddi qolla dağılacağına, Premyer-Liqadakı qələbə həsrətinin də sona çatacağına inamını ifadə edib. Ukraynalı çalışdırıcıyla razıyam. Adətən belə çətin məqamlarda qazanılan istənilən qələbə futbolçuların toparlanmasına, komandanın psixoloji gərginlikdən xilas olmasına yardım edir. Düzdü, “Mil-Muğan” səviyyəcə “Qəbələ”ylə müqayisə olunacaq rəqib deyil, bu iki komandanın arasında yerlə-göy qədər fərq var. Amma heç kim inciməsin. Eyni məntiqlə “Qəbələ” AZAL-ı asanlıqla məğlub etməli, “Kəpəz”ə uduzmamalı, “Zirə”ylə “Rəvan”a xal verməmiliydi. Şərt o deyil ki, onlara da 6, ya da 7 qol vurmaq lazım idi. Söhbət qüvvələr nisbətinin və heyətdəki adların müqayisəsindən gedirsə, “Qəbələ” Premyer Liqada xal itirdiyi son 6 oyunun azı dördündə rahatlıqla qələbə qazanmalıydı. Hər nə qədər çox hörmətli Qriqorçuk qalib gələ bilmədikləri rəqiblərin hamısından üstün oynadıqlarını, yeganə problemlərinin son nöqtəni qoyanın tapılmamasının olduğunu desə belə. Ən azından ona görə ki, biz “Sumqayıt”la oyunda bunun belə olmadığına şahidlik etmişik.

 

Futbolda təsadüf bir dəfə, uzağı iki dəfə olar. Eyni oyun üslubu və nəticələr ardıcıl 7-8 oyunda davam edirsə, nələrinsə dəyişməsinə ehtiyac olduğu şübhə doğurmur. Nəyi dəyişməyin lazım olduğunu isə Roman İosifoviç özü daha yaxşı bilir. Ümid edək ki, “Mil-Muğan”la oyun “Qəbələ”ni eniş-yoxuşlardan çıxardı, komanda bundan sonra Mil düzü kimi düzənliklərlə irəliləyəcək. 

 

Xoşbəxtlikdən havalar da soyumağa başlayıb, bundan sonra tez-tez “Qəbələ”nin oyunlarını yağıntı müşahidə edəcək.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Qriqorçuk onu göndərməyə hazırlaşır?
Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
"Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
"Qarabağ" "Qəbələ"yə uduzdu
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək

Xəbər Lenti
23 Oktyabr 2017
17:24 Super Liqa klubu baş məşqçisini qovdu
17:00 "Qəbələ"də "Qarabağ" mükafatı
16:42 Rauf Əliyevdən Albaniyada növbəti qol - VİDEO
16:21 Millimizin üzvü Açıq Asiya Kubokunun qızıl medalını qazandı
16:00 Cavid Hüseynov: "Qol gücü yox, oyun nümayiş etdirmək lazımdır" - MÜSAHİBƏ
15:57 Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik keçirilib
15:40 Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu
15:21 “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü
15:00 Mirbağır İsayev milliyə legioner götürməkdən imtina edib
14:41 Liderlərin məğlubiyyətsizliyinə son
14:20 Premyer Liqada iki rekord
14:00 Samir Abasov onu niyə əvəzedici komandaya göndərib?
13:42 90 dəqiqə və 1 xal
13:21 Bir oyun canlı yayımda
13:00 "Viləş" Masallı rəhbərliyinə ağız açdı: Heç olmasa qazonu qaydaya salın
12:43 “Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək
12:21 Dadaşovun komandası 3 xalı 3 qolla qazandı
12:00 "Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
11:41 Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”
11:21 Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə
11:00 Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
10:31 İsrafilov oynadı, 3 qola üzüldü
10:00 AFFA-nın sabiq hakimi sədr postuna gətirildi
09:22 Hücumçumuz oynamasa da komandası qələbə qazandı
22 Oktyabr 2017
23:27 Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - II YAZI
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.