Ucuz təyyarə biletləri

“Zirvə”nin 2-ci dünya çempionatı 11 ölkəni ağır atletika bayramına topladı!

Tarix:  30.12.15 16:12           Yazar:             Oxunub: 220 dəfə

Dekabrın 28-də Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci dünya çempionatı keçirildi. Rekord.az xəbər verir ki, Azərbaycanla birlikdə 11 ölkədən – Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İsrail, İran – gələn atletlər yüksəks səviyyədə təşkil olunan, bayram havasında keçən bir turnir izlədik.


Çempionatın keçirilməsində məqsəd "Zirvə"nin klubları arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunması idi. Dünya çempionatında yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirildi:


1. Kişilər


a) U-20 (yaşı 20-yə qədər olanlar)
b) 20+ (yaşı 20-dən yuxarı olanlar)

2. Qadınlar


a) U-17 (yaşı 17-yə qədər olanlar)
b) 17+ (yaşı 17-dən yuxarı olanlar)


Yarış şəxsi və komanda xarakteri daşıyırdı. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olundular. Komanda yarışlarında I-VI yerləri tutan klublar, həmçinin ilin yekunlarına görə ən yaxşılar təltif olundular.


Yarışlara ilk olaraq yaşı 17-yə qədər olan qızların çıxışları ilə start verildi.


Qızıl medal uğrunda maraqlı mübarizə getdi. Ukraynalı, bolqar və azərbaycanlı qızların yarışında həmyerlimiz Səbinə Əzimova qalib çıxdı. “Lənkəran-Zirvə” atleti toplamda 151 kq (68+83) nəticə ilə Sinkleyr cədvəlində 240.2 xal qazandı və bütün rəqiblərini üstələyərək qalib adına sahib çıxdı. O, artıq klubun ikiqat çempionudur.


Gümüş medal yarışların debütantı Yelizaveta Baranovaya qismət oldu. “Jidaçiv-Zirvə” atleti 202 kq (92+110) nəticə ilə 229.0 xalla ikinci yerə çıxdı. Bürünc medal isə yarışların son qalibi Qalya Şatovanın adına yazıldı. O, 156 kq (76+80) nəticə ilə aktivinə 227.0 sinkleyr xalı yazaraq fəxri kürsünün son pilləsinə qalxdı.


Daha sonra yaşı 17-dən çox olan qadınlar medal mübarizəsinə qoşulublar.


Təcrübəli atletlərin yarışı izləmək xoş oldu. Son yanaşmaya qədər gedən qızıl medal “döyüşü”ndə qalib adını Natalya Prişepa qazandı. “Kişinyov-Zirvə” atleti 232 kq (107+125) nəticə göstərərək 278.4 Sinkleyr xalı topladı və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gümüş medal “Abşeron-Zirvə” atleti, gənclər arasında Avropa çempionu Anastasiya İbrahimliyə qismət oldu. O, 220 kq (95+125) nəticə göstərdi və 272.8 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı. Bürünc medalı “Jidaçiv-Zirvə” atleti Anastasiya Qotfird əldə etdi. Goranboylu atleti Məhərrəməova Mərziyyəni yalnız 0.8 xal qabaqlayıb ukraynalı idmançı, 222 kq (105+117) nəticə və 244.9 xalla üçüncü pillədə qərarlaşdı.

Sonra yarışda estafeti kişilər alıblar. Onlar ilk olaraq yaşı 20-yə qədər olan atletlərin qalibi adını müəyyənləşdiriblər. Bu il gənclər arasında dünya çempionatının gümüş medalçısı olmuş Volodimir Hoza favorit adını təsdiqləyib. “Jidaçiv-Zirvə” atleti birdən nə birdən, nə də təkanla qaldırmada rəqib tanımayıb. Ukraynalı idmançı toplam 375 kq (170+205) nəticə ilə 421 Sinkleyr xalı qazanıb və qızıl medala sahib çıxıb. Gümüş medalı “Kişinyov-Zirvə”nin nümayəndəsi Krihan Daniel boynundan asıb. Moldovalı atlet toplam 302 kq (135+167) nəticə və 383.1 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı. Bürünc medala “Tbilisi-Zirvə” atleti Georgi Çxeidze sahib çıxdı. Gürcü idmançı toplam 348 kq (155+193) nəticə göstərdi və 375.4 Sinkleyr xalı ilə fəxri kürsüdə yer aldı.


Yarışda son olaraq böyüklər – yaşı 20-dən yuxarı olan atletlər çıxış ediblər. Turnirin ən böyük çəkilər baş üzərinə məhz bu qrupda qalxıb. Əsl titanların döyüşü izlənib. Həqiqi ağır mübarizə turnirin ən güclüsünü ortaya çıxardı. Ukrayna, Moldova və Azərbaycan “Zirvəçilər”inin rəqabəti alqışalayiq oldu. Onlardan “Kişinyov-Zirvə” atleti Əhməd Qoloqan Marin toplamda 355 kq (160+195) nəticə və 416.1 xalla hamını üstələyərək fəxri kürsünün layiq olduğun ən yüksək pilləsinə qalxdı. Gümüş medalı azərbaycanlı atlet Rövşən Fətullayev əldə etdi. Maraqlıdır ki, o da toplamda 355 kq (155+200) nəticə göstərdi. Ancaq şəxsi çəkisi moldovalıdan çox olduğundan ikinci yeri tuta bildi. Fətullayev 404.6 Sinkleyr xalı topladı. Bürünc medalı isə boynundan ukraynalı atlet asdı. “Jidaçiv-Zirvə” nümayəndəsi Vitali Oleviç toplam 332 kq (155+177) nəticə göstərdi və 390.4 xalla 3-cü yeri tutdu.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
"Zirə" bu stadionda oynayacaq - FOTOLAR
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
Şehiçin "kitabı" bağlandı
Klublarımızın yay transferləri - YENİLƏNİR
Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ

Xəbər Lenti
26 İyun 2017
15:30 Nazarovun komandası 24:0 hesablı qələbəyə sevindi
15:00 Eddi İsrafilov Prosineçkiyə lazım deyil?
14:30 "Qarabağ"ın ÇL hazırlığı davam edir - VİDEO
14:00 “İnter”in baş məşqçisi “Qarabağ”la bağlı məlumatları “Samtrediya”ya ötürür?
13:21 Kasilyas "Milan"a keçir?
13:00 “Fakel” erməni ilə müqavilə bağladı, Samirlə yox
12:40 Mario Balotelli "Nitsa" ilə müqavilə imzaladı
12:21 Bundesliqa klubunda yeni qapıçı
12:00 Şehiçin "kitabı" bağlandı
11:40 Çili - Avstraliya - 1:1 - VİDEO
11:20 Almaniya - Kamerun - 3:1 - VİDEO
11:00 Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
10:30 Komandasını elitaya çıxardı, karyerasını başa vurdu
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
20:57 Almaniya Kamerunu məğlub etdi, Çili Avstraliya ilə bərabərə qaldı
20:17 Azad Rəhimov: "Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik"
20:00 Dəniz Yılmaz "Göztəpə" ilə anlaşdı
19:00 Dabo Hollandiya klubu ilə müqavilə imzaladı
18:38 Yığmamız Avropa Liqasını bir xalla başa vurdu
17:41 "Zirə" - "Differdanj" matçına doğru - VİDEO
17:22 DÇ-nin ikinci günündə də uğur qazana bilmədik
17:00 "Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
16:40 Oliç də karyerasını başa vurdu
16:21 Ramil Şeydayev oynadı, komandası 6 qol vurdu
15:41 La Liqaya son vəsiqə də sahibini tapdı
15:20 AÇ-nin yarımfinalçıları bəlli oldu
15:00 Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ
14:41 "Real"ın sabiq qapıçısı "Udineze"də
14:20 "İnter" yeni yarımmüdafiəçi aldı
14:00 Futbol klublarımız niyə futzala diqqət ayırmır?
13:40 Stanislav Çerçesov Rusiya yığmasından "bərk yapışıb"
13:22 Marsel "Olimpik"i yeni hücumçu aldı
13:00 I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
11:42 Hücumçumuzun 10 xalı yetərli olması
11:21 Rusiya - Meksika - 1:2 - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 "Qarabağ" - ÇSKA 2:5 - VİDEO
00:20 “Zirə” Qabriel Mateylə müqavilə imzaladı
24 İyun 2017
23:00 Kamran AÇ-ni gümüş medalla başa vurdu
22:34 Makedoniya bu dəfə də millimizə şans vermədi
22:00 "Qarabağ" Bolqarıstan klubuna böyük hesabla uduzdu
21:30 "Qəbələ"nin daha üç rəqibi bəlli oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.