Ucuz təyyarə biletləri

“İşlər xarabdı, əybab”

Tarix:  06.01.16 17:01           Yazar:  Amal Abuşov           Oxunub: 813 dəfə

90-cı illərin sonunda, mobil telefonlar yeni-yeni yayılmağa başlayanda Bakının hər yerində maraqlı bir reklam sloqanına rast gəlinirdi: “Bir azdan hamı danışacaq”. Ramin Musayev borclu klublara transfer qadağası tətbiq ediləcəyini deyəndən sonra Azərbaycan futbolunda da oxşar mənzərədi. Sükut pozulub, özü də əməlli-başlı. Hər kəs özünün haqlı olduğunu isbatlamağa, günahı özündən uzaqlaşdırmağa çalışır.


Bu səs-küydə eşitdiyim ən diqqətçəkən açıqlama isə çempionatın yayım hüququna sahiblənən “CBC Sport”un vəd etdiyi vəsaitin hələ bircə qəpiyini də klublara ödəməməsidir. Mövsümün yarısı geridə qalıb, amma klublar göz dikdikləri 70 min manatın həsrətindədilər. Telekanal rəhbərliyi rəqabətsiz udduqları tenderdən sonra pulun hissə-hissə veriləcəyini, bu addımın hansısa klubun mövsümü başa vurmadan artıq qazanc əldə edə bilməməsi üçün atıldığını iddia edirdi. Məlum məsələdi ki, bu ideya kanalın “xaç atası” tərəfindən ortaya atılmışdı. Elə həmin məntiqlə, mövsümü tam yarıladığımızdan klublar haqq etdikləri 35 minə çoxdan qovuşmalıydılar. Digər tərəfdən, devalvasiyadan öncə alınan pulun dəyəriylə sonrakı pulun “çəkisi” arasında düz 50 faiz fərq var. Deməli, zamanında pulunu ala bilməyən klublar oturduqları yerdə 50 faizdən çox zərərə düşüblər. İndi PFL klubları sıxma-boğmaya salan kimi, “CBC Sport”un onlara borclu olduğunu dilə gətirdilər.


Hamı danışanda ortaya bu cür mənzərələr çıxır. Görün, hələ bu cür vəziyyət bir az çox davam etsə, nə qədər maraqlı və qalmaqallı açıqlamaya şahidlik edərik. Əlbəttə, ilk gündən peşəkarlıq prinsiplərindən danışan, Azərbaycan teleməkanına və futboluna yeniliklər gətirdiyini iddia edən “CBC Sport” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur. Amma məsələnin bir digər tərəfi də var - xoruz yox idi, səhər açılmırdı? İllərdi Azərbaycan klubları teleyayım hüququna görə gəlir əldə etmirdi. Onda cərimələri və legionerlərin transferinə görə tələb olunan rüsumları necə ödəyirdilər? Bəli, həmin vaxt indiki kimi kasıbçılıq deyildi. Klublar sponsorların ayırdıqları büdcədən geninə-boluna istifadə edirdilər. Belədə, PFL-ə ödənməli olan məbləğ də “semiçka pulu”ydu.


İndi vəziyyət qəlizləşib. Neftimiz və manatımız qiymətdən düşüb. Daha vacib dövlət layihələri pulsuzluqdan yarımçıq qalıb. Futbola ayrılacaq vəsait artıq əvvəlki qədər deyil. Məsələni də qəlizləşdirən budur. Hər bir tərəfin özünə görə haqlı olduğu məqamlar var. Çempionatın təşkilinə cavabdeh olan PFL məhz klublardan gələn pulun hesabına özünü maliyyələşdirir. Əməkdaşlarının maaş və ezamiyyət pullarından tutmuş hakimlərin qonorarlarına qədər bir çox ödənişlər məhz həmin vəsaitdən formalaşırdı. Pul yoxdusa, iş də yoxdu. İnsan cəmiyyətinin yazılmamış ən vacib qanunlarından da biri budu. Bu gün PFL-in tələb etdiyi cəriməni ödəyə bilməyən hansısa klub sabah aylardı qonorar üzünə həsrət qalan hakimi asanlıqla yoldan çıxara biləcək. Onda Premyer-Liqada da aləm bir-birinə dəyəcək. Digər tərəfdən də klubların kasıbladığı, bəzilərinin heç futbolçularına maaş vermək iqtidarında olmadığı göz önünədi. Hamı “pul-pul” deyir, amma pul tapılmır. Bir sözlə, işlər çox xarabdı!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Klublarımızın qış transferləri - YENİLƏNİR
Cəmi 5 saniyə keçmişdi...
Antalyanı Masazıra dəyişdilər
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ

Xəbər Lenti
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.