Ucuz təyyarə biletləri

Elxan Məmmədovun seçki təbliğatı

Tarix:  07.02.16 10:02           Yazar:  Amal Abuşov           Oxunub: 611 dəfə

AFFA-nın baş katibi Elxan Məmmədov xeyli dəyişib, mülayim və qayğıkeş obraza çevrilib. Təxminən 10 gün əvvəl idman mətbuatının nümayəndələriylə dəyirmi masalarda görüşən baş katib həftəsonu yolunu Sumqayıtdan salıb. Xalqın arasında olmağa, özünü canıyanan göstərməyə çalışır. “CBC Sport” da geniş reportajlar hazırlayır, “qayğıkeş rəhbər”in görüşlərini geniş ictimaiyyətə çatdırmaq üçün canfəşanlıq edir. İş o yerə gəlib çatıb ki, telekanalın şərhçilərin futbol yayımlarının gedişində meydanda baş verənləri unudur, cənab Məmmədovun görüşlərindən, orda səsləndirdiyi fikirlərdən danışırlar.

 

Səbəbsizdirmi? AFFA prezidenti Rövnəq Abdullayevi sonuncu dəfə nə vaxt həmin telekanalda göstəriblər, adını səsləndiriblər?

 

Cənab Məmmədovun “futbol ictimaiyyəti” ilə görüşlərə Sumqayıtdan başlaması da xeyli maraqlıdı. Problemlər içində çabalayan Lənkərandan, bir vaxtlar yetişdirdiyi istedadlarıyla öyünən, indi isə Oqtay Abdullayevin ümidinə qalan Tovuzdan, stadionunun tribunaları azarkeşlər üçün təhlükə saçan Gəncədən yox, məhz Sumqayıtdan. Məlum məsələdi ki, “Gənclik şəhəri” Elxan bəyin ən böyük futbol layihələrinin beşiyidir və yaxın dostu Kamran Quliyev orda asanlıqla kənar şəxslərin qatılmadığı toplantı təşkil edə bilərdi. İddiaları günü gündən böyüyən Məmmədovun mülayimliyinin zirvəsi də məhz Sumqayıtda yaşanıb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran baş katib “Qəbələ”ylə “Qarabağ”da yaradılmayan Müşahidə Şurasından danışıb. Və tarixdə ilk dəfə bu klubların inadkarlığına loyal münasibət sərgiləyib və onların qərarına hörmətlə yanaşdığını, klublara hansısa cəzanın verilməyəcəyini deyib: “Cəzalandırmaqla bağlı məsələ yoxdu. Tövsiyyə xarakterli qərar idi”.

 

AFFA İcraiyyə Komitəsinin 2013-cü ilin avqustunda qəbul etdiyi qərarda tövsiyyə ilə bağlı bircə kəlmə də yoxdu. Özünüz baxın: “Premyer Liqada çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonunadək başa çatdırılsın”. Açıq şəkildə yazılıb ki, qısa müddətdə bütün klublar göstərişə əməl etməlidilər. Düzdü, sonradan bu müddət bir neçə dəfə artırılıb, amma AFFA tərəfi heç vaxt güzəştli mövqe tutmayıb. Bu məsələdə Elxan Məmmədovun təşəbbüskar olduğu isə şübhəsizdi. Təsadüfi deyil ki, onun nəzarətində olan “Sumqayıt”da bu model çoxdan yaradılıb. Sonradan eyni idarəetmə sistemi tətbiq olunan “Neftçi”, “Kəpəz” və “Turan”a baş katiblə yaxınlığıyla tanınan “desant”lar göndərilib. AFFA prezidenti Rövnəq Abdullayev də ötən il qəti mövqeyini ifadə etmişdi: “Müşahidə Şurası yaratmayan klublar dövlətdən maddi dəstək görməyəcək”.

 

Öz pulları özlərinə bəs edən, özgəsinin nəzarətinə keçmək istəməyən klublar sonadək bu məsələdə dirəniş göstərdilər. Onsuz da bu mürtəce qərarın tətbiqi ilk gündən real görünmürdü. Belə olan halda İK yenidən toplanmalı və öz qərarını ləğv etməlidi. Baş katibin İK-nin qərarına şərh vermək, 3 il sonra ona “tövsiyyə xarakterli” donu geyindirmək səlahiyyəti yoxdu. Onun məhz indiki məqamda bunu etməsi xeyli şübhəlidir. Olmaya, baş katib “Qarabağ”la “Qəbələ”yə barışıq əlini uzadır, “Görürsüz, mən sizə dəstək verirəm. Rövnəq Abdullayev sizi cəzalandırmaq istəyirdi, buna imkan vermədim” ismarıcını yollayır? Belə davranış hər hansı bir seçkini udmağa çalışan namizədin təbliğat kampaniyasını xatırlatmırmı? Sualın cavabını hər kəs özünə versə, yetərlidi.

Şərhlər
Dr.-ZADE
Futbolda biznesin bir sahesidir.Futbolumuzun ugur qazanmasi ucun onu idareciliyinede futbol mutexessisleri gelmelidir.Iqtisadi muhit ele olmalidir ki,sabiq futbolcular bizneslerini futbolda qura bilsinler.klubu alan sahibkara ziyan vurmadan onada,ozunede,butovlukde butun kluba qazanc getirmeyi bacarsin,olke budcesine vergi odeye bilsin.Iqtisadiyyetdeki korrupsiya futboluda mehv edir.Talan isteyi ile alisib-yanan, futbol anlayisi olmayan adamlar sari sarmasiq alagi kimi futbolada ele aliblar.Bu muhitde ise hecvaxt secki olmur,teyinat olur.belede ise Elxan Memmedovun secki tebligati aparmasi meselesi inandirici deyil.Evvelce secki muhiti,sonra secki olmalidir
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
"Zaqatala" baş məşqçisini istefaya göndərdi
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
AFFA-dan AZAL-a "yaşıl işıq": bank zəmanətini gətir, Premyer Liqada qal

Xəbər Lenti
24 Aprel 2017
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
18:00 Paşayev üçün 90 dəqiqə və 3 xal - VİDEO
17:30 Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu" mükafatına layiq görüldü
17:00 Millimizin forvardı üçün biabırçı məğlubiyyət
15:30 "Qəbələ" "Gent"ə qalib gəldi - VİDEO
14:30  Cəfərov yenə ehtiyatda qaldı
14:00 "Dedim "məni qovacaqlar", uşaqlar güldülər..." - VİDEO
13:30 "Göyəzən" - "Mil-Muğan" 3:7 - VİDEO
13:00 Reynaldo "Neftçi"nin hədəfində!
12:30 "Energetik" - "Bakılı" 1:1 - VİDEO
12:00 AFFA "Zaqatala" ilə bağlı qərar verməyə tələsmir
11:30 "Ağsu" - "Zaqatala" 4:0 - VİDEO
11:00 "Qarabağ" - "Sumqayıt" matçına necə canlı baxmaq olar?
01:25 İngiltərə Premyer Liqasında 33-cü tur start götürdü
22 Aprel 2017
23:00 "Qəbələ" Danimarka klubunu məğlub etdi
22:40 Eddi İsrafilov oynamadı, "Kadis" yenə xal itirdi
22:22 Pavel Elyanov ardıcıl ikinci qələbəni qazandı
22:00 Uesli So Maykl Adamsla heç-heçədən danışdı
21:41 Veselin Topalov: "Barışıq barədə düşünmürəm"
21:20 Karyakin: "Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam"
21:00 Nağıyev oynadı, "Dnepr" qalib gəldi
20:36 Elxan Məmmədov Avropa çempionudur! - VİDEO
20:00 Erat oynadı, "Duysburq" qalib gəldi
19:30 “Qəbələ” xal itirdi, lider dəyişdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.