Ucuz təyyarə biletləri

Tarasovun başını daşa vurması

Tarix:  18.02.16 13:02           Yazar:  Amal Abuşov           Oxunub: 529 dəfə

Gözümüz ekrandaydı. “Fənərbaxça”nı sevən də, sevməyən də, Türkiyə futboluyla maraqlanan da, maraqlanmayan da həmin axşam “sarı bülbüllər”in qələbəsini arzulayırdı.

 

Son aylarda qarışan dünyamızda bizi ən çox narahat edən qardaş Türkiyə ilə Rusiyanın münasibətlərinin korlanmasıdı. Ruslar hər fürsətdəcə türkləri hədələyir, səmada vurulan təyyarənin qisasını yerdə alacaqlarını bildirirlər. Özü də təkcə açıq savaşla yox, iqtisadi təzyiqlərlə, boykotla, idman meydanlarında təxribat törətməklə. Anadolu insanı isə gərginliyin daha da artmamasını, iki qonşu ölkənin arasında qanlı savaş yaşanmamasını arzulayır. Əsgərin cavabını əsgər, iqtisadçının cavabını iqtisadçı, idmançının da cavabını elə idmançı verməlidi. Doğru olanı da budu. Məhz elə bu səbəbdən türk polisi və təhlükəsizlik qüvvələri “Fənərbaxça”nın Moskva “Lokomotiv”i ilə qarşılaşmasının qansız-qadasız ötüşməsi, siyasi meydandalkı gərginliyin futbol meydanına sıçramaması üçün əlindən gələni etdi. Xırda-para daşabasmaları nəzərə almasaq, onlar öz işlərinin öhdəsindən layiqincə gəldilər. Elə Vitor Pereyra və onun yetirmələri də türk polisindən geri qalmadı. Müdafiədə sayıq oynayan, ruslara Fabianonun qoruduğu qapının qarşısında real təhlükə yaratmağa imkan verməyən “Fənərbaxça” Souzanın hər hissədə vurduğu bir qolla həm Türkiyədə, həm də dünyanın dörd bir yanında onların qələbəsini arzulayanlara sonsuz sevinc bəxş etdi.

 

Məğlubiyyəti həzm edə bilməyən rusların hansısa təxribata əl atacağı əvvəlcədən gözlənilən idi. 90 dəqiqə ərzində Putinin şəkli əks olunmuş köynəyi formasının altında gəzdirən Dmitri Tarasov qol vurub, öz niyyətini həyata keçirə bilmədi. Məlum məsələdi ki, Tarasovun məqsədi qol vurduqdan sonra diqqətlərin üzərinə cəmləşməsindən, kameraların obyektivinin ona tuşlanmasından istifadə etmək, qaynayan münaqişə ocaqlarının az qala hər birinə öz əlini uzadan Putinin guya “Dünyanın ən nəzakətli prezidenti” olduğunu izləyənlərə sırımaq idi. Bununla da o, özünü Putinə sədaqətli qul obrazında göstərəcəkdi. Tarasova nə qol vurmaq qismət oldu, nə də öz sərsəm ideyasını gerçəkləşdirmək. Amma hakimin final fitindən sonra məyus halda formasını çıxaran 29 yaşlı futbolçu özünü ələ vermiş oldu. UEFA-nın top oyunundan siyasi məqsədlərə görə istifadəyə çalışanlara qarşı sərt mövqe tutduğu məlum məsələdi. Üstəlik, Tarasovun cəhdi bütün bəşəriyyət üçün çox həssas bir məqama təsadüf etdiyindən ağır fəsadlara səbəb ola biləcək təxribat əməli kimi qiymətləndiriləcək. Ən azından UEFA rəsmilərinin son iki gündə tutduqları qətiyyətli mövqe, ciddi araşdırmalara start verilməsi belə düşünməyə əsas verir. Martın 17-də açıqlanacağı deyilən qərara əsasən Tarasovun azı 10 oyunluq cəzalanacağı, futbolçusunun əməllərinə göz yuman klub rəhbərliyinə böyük məbləğdə cərimə kəsiləcəyi gözlənilir.

 

Təki olsun. Tarasov və onun kimi düşüncə sahibləri bu cür mənfur əməllərinin cəzasını mütləq çəkməlidi. Onlar anlamalıdılar ki, türkün torpağında bu cür çirkin hərəkətlər etməyin, insanların hissiyatıyla oynamağın bədəli ağır olur. “Tıklım-tıklım” dolu “Şükrü Saracoğlu”nun tribunalarındakı fanatlar meydançaya axışıb, Tarasovun dərsini elə orda verməyibsə, rusların tanrıya şükr etməsi lazımdı. Bundan sonra Tarasov başını belə taraz olmayan işlərə qoşmaz, ağır daşlara vurmaz!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Kamran Ağayevə yaxın duran yoxdur
AZAL-ın kapitanı Türkiyəyə gedir
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!

Xəbər Lenti
28 May 2017
14:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
16:00 Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
15:45 CAR millisinin baş məşqçisi: "Ndlov başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"
15:22 Qatuzzo "Milan"a qayıtdı
15:15 Millimizin üzvü əməliyyat olundu
15:00 Kamran Ağayevə yaxın duran yoxdur
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.