Ucuz təyyarə biletləri

90 mindən cəmi 11-i

Tarix:  02.03.16 14:03           Yazar:  Amal Abuşov           Oxunub: 582 dəfə

Fevralın sonlarında sevindirici xəbər aldıq. Bu xəbəri eşidən kimi, xalq küçələrə çıxdı. Novruz bayramında yandırılan tonqalların eynisini həyətlərdə alışdırıb, ətrafında rəqs etməyə başladıq. AFFA-nın böyük şövqlə və fəxarət hissiylə yaratdığı qeydiyyat sisteminə 90 mininci üzvün adı yazılıbmış. Həmin xoşbəxt Hacıqabul rayon 7 nömrəli orta məktəbin 6-cı sinif şagirdi Səbuhi Abuzərovdur. Hacıqabullu Səbuhi AFFA-nın təşkilatçılığı və “Coca-Cola”nın sponsorluğu ilə keçirilən “Məktəbli Kuboku” turnirində çıxış edirmiş. Bu vaxta qədər bir neçə dəfə belə yuvarlaq rəqəmlərin qeydə alınması şərəfinə təntənəli günlərin şahidi olmuşuq. AFFA-nın boz rəngli ofisinin qarşısından göyə fişənglər atılıb, xeyir-dualar səsləndirilib. Unutmusuzsa, birlikdə xatırlayaq: “Futbol ailəsi”nin 80 mininci üzvü Daşkəsən qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi Məhəmməd Şahlar oğlu Əsgərov idi. Buna qədər bərdəli Hasib Mustafazadənin 70 mininci, Gəncə məktəblisi Rəvanə Rzayevanın 60 mininci, rəsmi məlumatda adı qeyd olunmayan 12 yaşlı mingəçevirli məktəblinin 50 mininci olmasının sevincini birlikdə yaşamışdıq. 

 

Adamın yadına lap fırıldaqçı şirkətlərin keçirdikləri lotereya oyunları düşür. Həmin oyunlarda da mükafat qazananlar heç vaxt paytaxt sakini olmurlar. Hansısa ucqar rayonun dağ kəndində yaşayan ağsaqqalın və ya ağbirçəyin ekrana çıxarılıb, milyonlara sahib olan qalib kimi təqdim edilməsini çox görmüşük. Məsəli AFFA-dan uzaq olsun. Biz imanımızı yandırıb, futbol qurumunu yalançılıqda günahlandıra bilmərik. İndiyə qədər hər hansı əyri əməllərinə şahid olmamışıqsa, bundan sonra da olmarıq.


Bu yerdə hamımız bir ağızdan “Amin” deyək!


AFFA-nın analoqu olmayan uğurlarından qədirbilən xalqımız və idman mətbuatının əliqabarlı nümayəndələri xəbərdardı. Amma hərdən mənə elə gəlir ki, Robert Prosineçkiylə Təbriz Həsənov ya baş verənlərdən xəbər tutmayıblar, ya da Elxan Məmmədovun xeyir-duasıyla günü-gündən çiçəklənən qeydiyyat sisteminin paxıllığını çəkirlər. Bu sıraya AFFA-nın İntizam Komitəsində oturan qalstuklu cənabları da aid etmək olar. İK-nin elə bir iclası yoxdu ki, aşağı yaş qrupları üzrə keçirilən çempionatlarda hansısa komandanı yarışdan kənarlaşdırmasın, yaxud da əyalət təmsilçilərindən birinə görüş yerinə gəlmədiyinə görə texniki məğlubiyyət verilməsin. Belə çıxır ki, rayondakı məktəblilər adlarını qeydiyyat sisteminə saldırandan sonra topu və futbol meydanını unudurlar. Əks halda, adicə bir məktəbli çempionatını keçirmək niyə belə çətin tapşırığa çevrilirdi?


Bütün bunlar azmış kimi, ötən ilin sonlarında Robert Prosineçki daha uzağa getmişdi. Xorvatiyalı çalışdırıcı gənclərin və yeniyetmələrin oyununa yetərincə göz qoyduğunu, onların arasında millidə oynamağa layiq kimsəni görə bilmədiyini dilə gətirmişdi. Elə hazırda U-17 millimizin ətrafında aparılan siyasət Robbinin haqlı çıxacağından xəbər verir. Dünən Bakıda ukraynalı həmyaşıdlarına uduzan U-17-nin start heyətində 3 “milliləşdirilmiş” futbolçu var idi. Eyni sayda “əcnəbi” də Təbriz Həsənovun yanında əyləşmişdi. Əsas millini, lap U-21-i bir kənara qoyuram. 90 mininci üzvünü qeydiyyatdan keçirməsiylə öyünən bir ölkənin 17 yaşadək futbolçulardan ibarək komandasında 6 “milliləşdirilmiş” futbolçu çıxış edirsə, nəyə lazımdı sizin qeydiyyat sisteminiz? 90 min nəfərin içindən millimizdə oynamağa 11 “təmiz” azərbaycanlı balası tapa bilmirsizsə, rəqəmləri niyə şişirdirsiz? Yoxsa, sayı 100 minə çatdıranda bütün işlərimiz düzələcək? Kaş ki, ayıbınıza kor ola bilsəydiniz!

 

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 0 Şərh
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
"Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Qara Qarayevə Avropa klublarından təklif
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Şərurspor" rəsmən dağıldı!
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
“Turan Tovuz” yenə xal itirdi

Xəbər Lenti
28 Mart 2017
14:44 "Real"ın futbolçusundan jurnalistlərə hörmətsizlik
14:41 Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq
14:22 Aleksandr Səmədov: "Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir"
14:00 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:44 Arda Turan zədələndi
13:22 Qurban Qurbanov: "Futbolçuya görə assosiasiya yox, klubla əlaqə saxlayarlar"
13:00 "Zirə"nin sponsoru "İnter"i götürmək istəyir?
12:56 Kimsə Riadı dayandırsın!
12:44 Səlahət Ağayev məşqlərə başladı
12:22 Reynaldonun oynamamasının səbəbi bəlli oldu
12:00 Bu təşkilatçılıqla Çempionlar Liqasının finalı? - YAZI
11:30 Andre Şürrle: "Azərbaycanda çətinliklə üzləşdik"
11:21 Mövsümə belə yekun vuruldu - FOTOSESSİYA
11:00 "Neftçi" rəhbərliyi "Qarabağ" üzərindəki qələbəyə görə nə qədər mükafat vəd edib?
10:54 Çempion qələbəsini belə rəsmiləşdirdi - FOTOSESSİYA
10:20 Qara Qarayev:“Avropadan təklif var, getmək istəyirəm” -MÜSAHİBƏ
10:00 "Qarabağ" "Neftçi"nin iki futbolçusunu "qaralayıb"
09:16 Millimizin 34 yaşlı oyunçusu karyerasını başa vurdu
09:01 Azərbaycan çempionatının "ən"ləri - SİYAHI
27 Mart 2017
20:30 Hakimlərimiz beynəlxalq seminarda iştirak edib
20:16 Azərbaycan birinciliyi başa çatdı - çempion dəyişdi
20:00 Millimizin yeni baş məşqçi ilə ilk təlim-məşq toplanışı
19:44 Kamran Ağayev: "6-7 top vuracaqlar" deyənlər hardadı?"
19:22 Tomas Müller: "Meydanda dominantlıq etdik"
19:00 Maksim Medvedev: “Yeni yemək növləri icad etmək istəyirəm”
18:44 Norveçin baş məşqçisi: "Şimali İrlandiya və Azərbaycanı məğlub etməliyik"
18:22 "İnter" kubok matçına belə hazırlaşır - FOTOLAR
18:00 Çexiyanın baş məşqçisi: "Qrupda vəziyyət gərgindi"
17:40 "Zaqatala" və "Səbail" qalib gəldi, "Qaradağ Lökbatan" uduzdu
17:22 Mats Hummels: "Azərbaycan pis təsir bağışlamadı"
17:00 Maykl Onil: "Azərbaycanı məğlub edib xal fərqini artırmaq istəyirik"
16:45 Üç yığmada 358 dəqiqə
16:22 "Bakılı" - MOİK - 1:3 - VİDEO
16:00 Qara Qarayevə Avropa klublarından təklif
15:40 "Turan Tovuz" - "Mil-Muğan" 1:1 - VİDEO
15:22 Dmitri Nazarov: "Yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi"
15:00 “Heydər Əliyev kuboku”nun iştirakçılarının sayı arta bilər: İran və Türkiyə klubları ilə danışıqlar gedir
14:44 Cavid Hüseynov: "Qrupdan çıxmaq üçün növbəti oyunlarda qələbə qazanmalıyıq"
14:20 Millimizin baş məşqçisi rəsmən bəlli oldu
14:00 "Şərurspor" rəsmən dağıldı!
13:40 Güləş üzrə U-23 Avropa çempionatı başlayır: millimizin heyəti
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:30 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.