Ucuz təyyarə biletləri

Dəmirlə mübarizəyə həsr olunmuş həyat hekayəsi - YAZI

Tarix:  05.03.16 14:03           Yazar:  Rekord.az           Oxunub: 524 dəfə

İdmançı karyerası bir göz qırpımında keçər. 10, maksimum 15 ildən geriyə medallar, diplomlar, kuboklar, bir neçə müsahibə, fəxri kürsüdəki şəkillər və başqa bu kimi xoş anlar qalar. Ancaq titullar, mükafatlar, alqışlar böyük çətinliklər hesabına qazanılır. Gündəlik yorucu məşqlər, zədələr, sızıldayan yaralar, əzələ, sümük ağrıları, bitib-tükənməyən cəhdlər, yanaşmalar, uğursuzluqlar... Ağır atletlər bunun nə demək olduğunu çox yaxşı bilirlər. Çünki onlar həyatlarını dəmirlə mübarizəyə həsr etmiş, onun üzərində qələbəyə hesablamış insanlardı. Yazımızın qəhrəmanı Zülfüqar Süleymanov idmançı həyatının bütün çətinliklərini yaşamış, onun hər üzünü görmüş biridir. Onun həyat və karyerasına nəzər salmaqla böyük dərslər almış olarıq.

Səhər ştanq, axşam güləş

1982-ci il noyabrın 2-də Sumqayıtda, qəhrəman ana Bircəxanım xanım və istilik təchizatçısı Dilavər kişinin ailəsində dünyaya göz açan Zülfüqar Süleymanovun 8 qardaş və 4 bacısı vardı. Əvvəlcə güləşə meyl edən gənc, on il bu idman növünün sirlərinə yiyələnib. Zalda, fiziki hazırlıq məşqləri zamanı öz çəkisində heç kimin qaldıra bilmədiyi ağırlığın öhdəsindən gələ bilməsi, böyük qardaşı, ağır atlet Elxanda ona olan inamı artırır. Məhz onun dəvətiylə ştanqa meyl göstərməyə başlayan “Zülü”, eyni vaxtda iki idman növü ilə məşğul olur. 6 ay bu cür - səhər güləşlə, axşam isə ağırlıqqaldırma idman növü ilə məşğul olan Süleymanov, eyni vaxtda hər iki idman növündə yarışlarda iştirak edirdi. Hətta 1999-cu ilin yanvarında Sumqayıtda ağırlıqqaldırma üzrə çempionatda üçüncü olan Zülfüqar, həmin günün axşamı güləş yarışında qüvvəsini sınayır və çempion olur. Süleymanov bir müddət sonra güləş üzrə Azərbaycan çempionatında iştirak etmək istəyir. Çəkilmə zamanı şəxsiyyət vəsiqəsini evdə unutduğu məlum olan idmançını yarışa buraxmırlar və... Yaranan ruh düşkünlüyü onu bu idmanı atmağa məcbur edir. 

“Ginneslik ailə”

Zülfüqarın karyerasındakı sonrakı hadisələrə keçməzdən əvvəl bir haşiyəyə çıxıb onun ailəsi haqda danışmaq gərəkdir. Unikal ailədirlər. 9 qardaşdan 4-ü ağırlıqqaldırma, 5-i isə yunan-Roma güləşi ilə məşğul olub. Ən kiçik qardaş Yunan-Roma güləşi üzrə gənclər arasında dünya çempionatında ikinci yeri tutub. O biri qardaş Sərdar Süleymanov beynəlxalq turnirlərin dəfələrlə qalibidir. Böyük qardaş Hafiz Süleymanov ağır atletika üzrə ikiqat dünya, beşqat Avropa çempionudu. Digər qardaş Elxan Süleymanov da ağır atletdi, Avropa və dünya çempionatlarının mükafatçısı, Avropa kubokunun sahibidi. Dünya idman tarixində analoquna rast gəlinməyən bu ailədə hansısa idman növüylə məşğul olub medal qazanmamaq, qardaşlar arasında zəiflik demək idi. Atletizm, döyüşkənlik az qala qanlarına işləyən Süleymanovlar üçün fəxri kürsüdə yer almaq, soyadlarını hər cəhddə tarixə yazdırmaq ənənə halını alıb. Belə mühitdə çempionluqlar artıq nailiyyət yox, məcburiyyətdi. 

Zirvəyə gedən yolda...

Güləşdən ayrıldıqdan cəmi altı ay sonra ağır atletika üzrə ölkə yığmasının tərkibinə cəlb olunan Zülfüqar, 2001-ci ildə, 56 kq çəki dərəcəsində kişilər arasında Azərbaycan kubokuna sahib çıxır. Sonralar da bir neçə dəfə Azərbaycan çempionu olmuş atlet, 2004-cü ildə zədə üzündən yığmadan uzaqlaşır, iki illik müalicə fasiləsindən sonra yenidən əsas komandaya dönür. 2007-ci ildə Fransanın Strasburq şəhərində keçirilən Avropa çempionatında 8-ci yerlə kifayətlənməli olan Süleymanov, bir il sonra qitə çempionatında bürünc medal qazanır. 

Həmin ildə Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatında 17-ci olsa da, yığmaya ən yüksək reytinq xalı qazandırır. Buna baxmayaraq, Olimpiya oyunlarına yollana bilməyən Zülfüqar, 2009-cu ildə yenidən Avropa çempionatında medal qazanır. Bu dəfə fəxri kürsünün birinci pilləsini yalnız şəxsi çəkisinin 50 qram artıq olması üzündən əldən verən atlet, dünya çempionatında 5-ci olur. Bir il sonra yenidən qitə çempionatında ölkəmizə bürünc medal qazandıran Süleymanov üçün bundan sonra həyatının ən ağır günləri başlayır.

…“Arxadan vurulan zərbə” 

Dopinq sözünün necə dəhşətli bir şey olduğunu ən yaxşı bilən kəs məhz Zülfüqar Süleymanovdur desək, yanılmarıq. Karyerasında addım-addım zirvəyə dırmandığı, Olimpiya medalına doğru yol aldığı zamanda diskvalifikasiya olunmaq çox ağır zərbə idi. Millinin bolqar məşqçisi Yanko Rusevin simasında “Fəttah dayı”ya rast gələn atlet, bunun acısını çəkir. 2010-cu ilin aprelində Minskdəki Avropa çempionatından sonra qanında aşkarlanan qadağan olunmuş maddə üzündən bütün yarışlardan kənarlaşdırılır. Bu hərəkətin ona qurulmuş tələ olduğuna şübhə yox idi. Çünki xarakteri, sözü üzə demək, haqqını sona qədər tələb etmək xasiyyəti məşqçisinin xoşuna gəlmirdi. Qanında aşkarlanan testosteron artıqlığı isə gülməli idi. Adi kişilik hormonu olan bu maddənin normadan üç dəfə artıq çıxması yalnız kənar müdaxilə ilə mümkün idi. Heç bir atlet isə özü, ağılsızlıq edərək bu qədər dərmanı bilərəkdən qəbul edib vacib yarışa qatılmazdı. Hər halda hadisələr baş verdi və 28 yaşında, karyerasının zirvəsinə az qalmış bir idmançı 4 illik cəza aldı. Bu, son idi. Çünki zatən 30-dan sonra ağır atletin böyük turnirlərdə iştirakı, üstəlik də bu qədər fasilədən sonra fəxri kürsüyə qalxması mümkünsüz görünürdü. Ancaq…

“Zirvə”dən başlayan zirvəyə qayıdış”…

Məhz bu məqamda Zülfüqarın mübarizliyi özünü göstərdi. Aqibətiylə barışmayan ağır atlet, fiziki yorğunluqlara mənəvi çətinliklərin də əlavə olunmasına baxmayaraq, idmanı atmadı. Taleyin gərdişinə bax ki, sabiq ağır atlet Tofiq Heydərovun rəhbərlik etdiyi, böyük qardaşı Hafiz Süleymanovun baş məşqçisi olduğu “Zirvə” klubu bu məqamda ona dəstək oldu. “Zirvəyə qayıdış “Zirvə”dən başladı” desək, taftalogiya etmərik. İki il ərzində yalnız klubun daxili yarışlarında çıxış edən, hətta paralel məşqçilik də edən Süleymanovun keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Qarşıda səni nələrin gözlədiyini bilmədən məşqlərə davam etmək, çəkilən əziyyətlərin nəticəsinin olub-olmayacağını düşünmədən çalışmaq, çalışmaq, yenə də çalışmaq… 

Məni hesabdan silməyin!

Ancaq ədalət gec-tez öz yerini tapır. 2012-ci ilin sentyabrında gələn xəbər bir anda durumu dəyişir: Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) onun cəzasını 4 ildən 2 ilə endirmək variantını nəzərdən keçirir. Onsuz da London Olimpiadası kimi vacib yarışdan kənarda qalan atleti bağışlamaq, ona ikinci şansı vermək əsl humanizm nümunəsi idi. Və tezliklə xəbər öz təsdiqini tapır. Artıq dekabrda Zülfüqar ilk IWF Qran-Pri Beynəlxalq Bakı Kubokunda beynəlxalq körpücüyə qayıdır və elə ilk cəhdindəcə mötəbər turnirin bürünc medalına sahib çıxır. Start verilib, zəng çalınıb, döyüş davam edir!

Cəmi dörd ay sonra Albaniyada Avropa çempionatına qatılan Süleymanov, yenidən bürünc medal qazanır. Sentyabrda isə İndoneziyada İslam Həmrəylik Oyunlarında gücünü sınayan Zülfüqar, yenə də bürünc medal qazanaraq fəxri kürsüdəki yerini tutur. Məhz bu medaldan sonra “Qızıla bərabər bürünc oğlan” ləqəbini alan idmançı, bir il ərzində iştirak etdiyi hər üç turnirdə fəxri kürsüyə qalxmış olur. Bu, onu hesabdan silənlərə, karyerasını məhv edənlərə layiqli cavab, günahsızlığının isə sübutu idi. Bir il ərzində iki dəfə dövlət başçısı ilə görüşən Zülfüqar, birinci dəfə onun əlindən pul mükafatı, ikincidə isə ev qəbul edir. Çəkilən əziyyətin, ağrıların əvəzini alan atlet, xarakterinin hesabına layiq olduğu pilləyə çatır. 

Portreti

Hazırda da karyerasını davam etdirən Zülfüqar Süleymanovun portretini çəkmək o qədər də çətin deyil. Boks rinqində üz-gözü qan içində olan, dəhşətli dərəcədə yorulmuş, daha bir raunda gücü qalmayan, ancaq öz döyüşünün qalibi olmuş biri dayanıb. Ədalət hakimi onun bir əlini göyə qaldırıb, həyat mübarizəsinin layiqli qələbəsini rəsmiləşdirir. Artıq sakitləşmək, normal həyata qayıtmaq, bütün bu yaşananlara bir film kimi yanaşmaq olar. Dəmirlə mübarizə bitib, həyat isə davam edir.

Məşhur bard Vladimir Vısotskinin ştanqistlərə həsr etdiyi mahnıda belə bir bənd var:

Biz ikimiz də elə bil metaldanıq,
Ancaq o doğrudan da metaldı.
Kürsüyə yolum o qədər uzun oldu ki,
Ayaq imzam körpücükdə oyuqlarda da yer aldı.


Kənan Məstəliyev

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
“Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
"Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
“Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal
Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
"Neftçi"də yoxlama aparılıb
"Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"

Xəbər Lenti
19 Fevral 2018
23:45 Millimizin hücumçusu ehtiyatda qaldı
23:30 ÇL: Azərbaycan klubu yenə uduzdu
22:11 Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü
21:30 Azərbaycan çempionatı öncəsi seminar
21:00 “Səbail” - “Qarabağ” matçında 5 qol
20:40 “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR
20:22 Millimiz Qomelə yollandı
20:00 16-cı turun hakimləri bəlli oldu
19:40 Heydər Məmmədəliyevə AGF-nin Fəxri Diplomu verildi - VİDEO
19:21 Rafael Ağayevdən qızıl medal
19:00 Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi
18:40 Azərbaycan çempionatlarının ilk uqandalısı
18:21 “Xəzər Lənkəran”ın üzvü millidə
18:00 Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
17:41 Amit Quluzadə Kosovoda debüt etdi
17:20 Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi
17:00 Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
16:40 Yenə “Qarabağ”, yenə Mədətov
16:22 Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı
15:45 AFFA-dan göndərilən məşqçi özünə yeni iş yeri tapdı
15:24 Hansı ölkə qızıl medala görə idmançısına daha çox pul verir?
15:00 "Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
14:45 "Borussiya" M - "Borussiya" D 0:1 - VİDEO
14:18 "Milan" - "Sampdoriya" 1:0 - VİDEO
14:00 Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
13:46 "Betis" - "Real" M 3:5 - VİDEO
13:22 "Torino" - "Yuventus" 0:1 - VİDEO
13:00 "Neftçi"də yoxlama aparılıb
12:44 "Səbail"in moldovalısı: "Qarabağ" məni heç nə ilə təəccübləndirmədi" - |MÜSAHİBƏ
12:28 Almeyda: "Ndlovun qaçırdığı qol epizodları çox olurdu" - MÜSAHİBƏ
12:00 "Qəbələ" azarkeşləri klubdan niyə küsüb?
11:40 “Synergy Baku”dan mövsümdə ilk qalibiyyət
11:21 "Kəpəz" - "Keşlə" 0:1 - FOTOLAR
11:08 "Fənərbaxça"nın qalib gəldiyi oyunun bombardiri hücumçumuz oldu
11:00 Ramin Musayev hakimlərə yeni formalar aldı
10:58 Hücumçumuzun möhtəşəm oyunu yenə komandasına kömək olmadı
10:30 Araz Abdullayev oynadı, “Anortosis” 4 qola sevindi - VİDEO
10:00 "Neftçi" Suriyanın tarixi abidələri kimi viranə qoyulur"
18 Fevral 2018
23:50 “Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
23:00 Cüdo millimiz Avstriyada bütün ölkələri qabaqladı
21:34 Yeniyetmə cüdoçularımızdan Avropa kubokunda daha 3 medal
21:30 "Səbail" - "Qarabağ" 0:1 - FOTOLAR
20:15 "Səbail" - "Qarabağ" 0:1 - VİDEO
20:02 Samir Əliyev: “Qarabağ”ın imkan verdiyi qədər oynadıq”
19:54 Qurban Qurbanov: “Çox nadir hallarda belə oyun izləyirik”
19:30 “Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal
19:11 "Kəpəz" - "Keşlə" 0:1 - VİDEO
19:01 Yuri Maksimov: “Bəxtimiz gətirdi”
18:53 Yunis Hüseynov: “Kaş, pis oynayardıq, ancaq 3 xalı qazanardıq”
18:32 “Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.