Ucuz təyyarə biletləri

Usta yalançıların gülünc yalanları

Tarix:  17.03.16 11:03           Yazar:  Amal Abuşov           Oxunub: 625 dəfə

“Qarabağ”ın legionerləri Riçard Almeydayla Reynaldonun ölkəmizə gəlmiş-getmiş əcnəbilər arasında ən yaxşılardan olduğu şübhəsizdi. Süni örtüyün fəsadları, Premyer-Liqada rəqabətin olmaması, çempionatın əksər oyunları zamanı tribunaların boş qalması onları da əldən  və həvəsdən salıb. Hər iki legionerin oyununu diqqətlə izləyənlər razılaşar ki, “sambaçılar” indi ötənilki formalarında deyillər. Reynaldo ümumiyyətlə, uzun müddətdi zədə səbəbindən kölgəyə çəkilib. Almeyda isə ara-sıra canına əziyyət verəndə ötən günlərini xatırladır, sonra da sıradan birinə çevrilir. Səbəbləri isə yuxarıda xatırlamışıq.

 
“Qarabağ”da özlərini doğma evlərindəki kimi hiss edən braziliyalılar onlara bəslənən ümidləri zamanında artıqlamasıyla doğruldub, gördükləri sevginin qarşılığını veriblər. Məhz bu səmimiyyətin nəticəsiydi ki, onlar ölkəmizdəki karyeralarının ən yaxşı günlərində Azərbaycan vətəndaşlığını qəbul etməyə, millimizin şərəfini qorumağa canla-başla razı olmuşdular. Bu təklif azarkeşlərin də, elə “Qarabağ” rəhbərliyinin də ürəyincə idi. Futbolsevərlər yaxşı başa düşürdü ki, Almeydayla Reynaldonun sayəsində millimiz iki dəyərli futbolçu qazanacaq, məğlubiyyətlərinə adət etdiyimiz komandamızın gücü birə-beş artacaq. Proseslərin bu ssenaridə inkişafı “köhlən atlar”ın legioner limitindən çəkdiyi əziyyəti azaldacaqdı. Reynaldoyla Almeyda yerli futbolçu statusu qazansaydı, Qurban Qurbanovun daha iki əcnəbini meydana buraxmaq imkanı yaranacaqdı. Reynaldo AFFA-nın binasında baş katib Elxan Məmmədovla görüşəndə hər kəsin qəlbində ümid işığı yaranmışdı. Nəhayət ki, AFFA-nın səviyyəli bir futbolçunu milliləşdirməklə faydalı bir iş görəcəyinə inananlar çox idi. Amma nə azarkeşlərin istəyi, nə də millimizin belə futbolçuya ehtiyacı cənab Məmmədovu fikrindən döndərmədi. Baş tutmayan sevdanın izahatı isə çox qısa oldu: “Reynaldonun Azərbaycanla qohumluq əlaqələri yoxdu. Ona pasport verib, millidə oynatsaq, FİFA bizi cəzalandırar”.

 
Bununla da məsələ qapandı. Ondan sonra nə Reynaldo və Almeyda, nə də “Qarabağ” tərəfi bu söhbətə qayıtmadı. AFFA-dakı məlum qruplaşma da öz işinin başına döndü. Yalnız özlərinə sərf edən, Almaniyanın künc-bucağından tapdıqları yararsızlara pasport verib, sonra onları yerli klublara sırımaq siyasətinə ara verilmədi. Köhnə yaraların qaysağını qoparmağım səbəbsiz deyil. Sizin kimi mən də Reynaldo və Almeydanın bundan sonra millimizdə oynamaq perspektivinə inanmıram. Bu söhbəti 19 yaşadək qızlardan ibarət yığmamızın heyətiylə tanış olarkən anidən xatırladım. 


Kristina Bakaranadze, Lusiya Suarez, Yaiza Relea, Samara və Malena Ortizlər, Alina Mixaelis, Mərvə Özdəmir, Vesela Borukova, Natalya Rodelqo, Gizəm Tənəkəçi Azərbaycan millisinin üzvləridi. Maşallah olsun, hamsı da dost-doğma adlarıyla diqqətləri üzərlərinə çəkməyi bacarırlar. Kimdəsə onların əslinin-kökünün azərbaycanlı olmasıyla bağlı şübhə varsa, AFFA-ya sorğu ünvanlaya bilərsiz. Orda belə gülünc yalanlara bizi inandırmağı bacaracaq ustaların sayı yetərincədi.

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Zirə"nin oyunu qumara necə qoyuldu?
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
AFFA Almaniya üzərindəki qələbəyə nə qədər mükafat qoyub?
“Turan Tovuz” yenə xal itirdi
“Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
ŞOK! AFFA Renat Dadaşova 1 milyon və Bakıda ev verib - FOTO!

Xəbər Lenti
27 Mart 2017
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:40 "Bakılı" - MOİK - 1:3 - VİDEO
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
09:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
09:40 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
12:00 Millimizdən Estoniya ilə heç-heçə
02:38 Portuqaliya qalib gəldi, Hollandiyanın Rusiyaya getmək şansı çətiniləşdi
01:00 Millimiz Bundestimlə matça hazırdı - FOTOLAR
00:20 İbrahim Şehiç darmadağını kənardan izlədi
00:10 Sergey Zenyov Kiprə qarşı 79 dəqiqə oynadı
25 Mart 2017
21:30 Emin oynadı, "Kalmar" çətin qələbəyə sevindi
21:00 Nağıyevli "Dnepr"dən qələbə
20:30 Erat oynadı, "Duysburq" qalib gəldi
20:20 Robert Prosineçki: "Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz"
20:15 Rahid Əmirquliyev: "Özümüzü meydanda göstərməliyik"
20:10 Rəşad Sadıqov: "Danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı"
20:05 Prosineçki start heyətini açıqladı
20:00 Taekvondo Federasiyasında dan imtahanı keçirildi
19:44 Millimizin üzvü: "Almaniyanı məğlub etmək niyyətindəyik"
19:30 Azərbaycan - Almaniya matçına bütün biletlər satıldı!
19:22 “Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
19:00 Berti Foqtsdan federasiyaya irad: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" - MÜSAHİBƏ
18:44 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
18:30 Sami Xedira: “Bakıya gəzməyə gəlməmişik”
18:22 Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir - VİDEO-FOTOLAR
18:00 Yoahim Löv: “Azərbaycan niyə də qrup ikincisi olmasın?”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.