Ucuz təyyarə biletləri

“İnter”in hesabatsız “hesabatı”

Tarix:  01.04.16 14:04           Yazar:  Amal Abuşov           Oxunub: 471 dəfə

"Bakının “İnter” klubu avrokuboklardan 3 il müddətinə uzaqlaşdırıldı". Bu xəbəri indi Avropanın az qala bütün idman nəşrləri yazır. Qitənin müxtəlif nöqtələrində yaşayan üç dostumuz, beş düşmənimiz də Azərbaycan təmsilçisinin öz sabiq futbolçularının halal pulunu vermədiyinə görə avrokuboklardan qovulmasını oxuyub, fərqli hisslər keçirir. Dostlarımız üzülür, düşmənlərimiz isə əllərini əllərinə vurur, yüksək səslə gülürlər. “Bakı nefti qurtaran kimi azərbaycanlıların düşdükləri günə bax” deyənlərin olduğuna şübhə etməyə dəyməz.

 
Cəmisi 10 ay bundan əvvəl bir ətək pul töküb, bütün Avropanı paytaxımıza ona görə gətirmişdik ki, onlarda Azərbaycanın iri addımlarla irəliyə doğru addımladığı, idmanımızın da bu inkişaf tempiylə yüksəldiyi barədə müsbət rəy yaradaq. Amma olmadı. “Rəvan”ın, “Neftçi”nin, “Bakı”nın və “Xəzər Lənkəran”ın müsibətinin, artıq dünyasını dəyişmiş “Simurq”un futbolçularının meydanda yerə oturmasının sırasına “İnter”ə verilən ağır sanksiya əlavə olundu.

 

Klubun yeni prezidenti Rəşad Qasımovun sözlərindən aydın olur ki, problemin həlli yolu var imiş. Belə ki, klub yenidən borca-xərcə düşüb, sabiq futbolçularının ötən ildən qalan maaşlarını ödəməklə ağır cəzadan qurtula bilərmiş. Amma riskə getmək istəməyib, avrokuboklarda bir mövsümlük iştirakı qurban verməyi üstün tutublar. Bu gün “Futbol+” qəzetinə müsahibəsində sabiq hakim Əfqan Həmzəyev çox maraqlı sual verib: “İnter” avrokuboklarda iştirak etməyəcəkdisə, onda legionerlərə bu qədər pul ödəmək, kluba əcnəbi aşpaz və həkim gətirmək nəyə lazım idi?” Yetərincə məntiqli və həqiqət yüklü sualdı. Qənaət etmək istəyən, klubun pulunun qədrini bildiyini iddia edən rəhbərlik avrokubokları pula qurban verirsə, elə əcnəbilərə çəkdikləri xərclərə də diqqət yetirməyə borcludu. 

 

Qəribədi ki, UEFA-nın məlum cəzası klubun yeni rəhbərliyinin yanvardan bəri gördükləri işlər haqqında hesabat yaymasıyla üst-üstə düşüb. Onların gündəmi dəyişməyə çalışdıqları, özlərinin müsbət imiclərini yaratmağa cəhd etdikləri şübhəsizdi. Yoxsa, ilin-günün bu vaxtında hesabat açıqlamağın nə mənası vardı? Nə ilin sonudu, nə də mövsümün. “İnter”in rəsmi saytında açıqlanan həmin məlumatlara “hesabat” deməyə adamın heç dili də gəlmir. Bu necə hesabatdı ki, onun içində bircə dəfə də olsun rəqəm qeyd olunmayıb, bütün izahatlar ümumi sözlərlə yazılıb?

 

Misalçün, deyilir ki, “elektrik enerjisinin və suyun optimallaşdırılması, yenidən paylanması sayəsində 20-25 faiz qənaət etmək mümkün olub”. Biz hardan bilək ki, klub əvvəllər işıqla suya nə qədər xərcləyirmiş və indi bu rəqəmi hansı həddə qədər aşağı salıblar? Eləcə də “dərman preparatlarının alınması sistemi mərkəzləşdirilib və xərclər 2,5 dəfə azaldılıb” və “idman geyim dəstinin markası dəyişdirilib və xərclər 3 dəfə azaldılıb” bəndləri bizə heç nə demir. Mühafizə xidmətiylə bağlı açıqlama isə lap “sirli qutu”du. Ondansa, klub rəhbərliyi açıqlama verəydi ki, əvvəlki rəhbərlik mühafizəçilə 10 min manat maaş verirdi, biz yeni peşəkar şirkətlə 8 minə müqavilə bağladıq və beləcə 2 min manata qənaət etmiş olduq. 

 

Bircə rəqəmin belə qeyd olunmadığı “hesabat”da xərcin-borcun nə qədər olduğunu necə bilmək olar? Gələn hesabatlarınıza 2-3 rəqəm əlavə edin, biz də baxıb, nəsə anlayaq.

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Zirə"nin oyunu qumara necə qoyuldu?
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
AFFA Almaniya üzərindəki qələbəyə nə qədər mükafat qoyub?
“Turan Tovuz” yenə xal itirdi
“Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
ŞOK! AFFA Renat Dadaşova 1 milyon və Bakıda ev verib - FOTO!

Xəbər Lenti
27 Mart 2017
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:40 "Bakılı" - MOİK - 1:3 - VİDEO
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
09:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
09:40 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
12:00 Millimizdən Estoniya ilə heç-heçə
02:38 Portuqaliya qalib gəldi, Hollandiyanın Rusiyaya getmək şansı çətiniləşdi
01:00 Millimiz Bundestimlə matça hazırdı - FOTOLAR
00:20 İbrahim Şehiç darmadağını kənardan izlədi
00:10 Sergey Zenyov Kiprə qarşı 79 dəqiqə oynadı
25 Mart 2017
21:30 Emin oynadı, "Kalmar" çətin qələbəyə sevindi
21:00 Nağıyevli "Dnepr"dən qələbə
20:30 Erat oynadı, "Duysburq" qalib gəldi
20:20 Robert Prosineçki: "Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz"
20:15 Rahid Əmirquliyev: "Özümüzü meydanda göstərməliyik"
20:10 Rəşad Sadıqov: "Danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı"
20:05 Prosineçki start heyətini açıqladı
20:00 Taekvondo Federasiyasında dan imtahanı keçirildi
19:44 Millimizin üzvü: "Almaniyanı məğlub etmək niyyətindəyik"
19:30 Azərbaycan - Almaniya matçına bütün biletlər satıldı!
19:22 “Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
19:00 Berti Foqtsdan federasiyaya irad: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" - MÜSAHİBƏ
18:44 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
18:30 Sami Xedira: “Bakıya gəzməyə gəlməmişik”
18:22 Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir - VİDEO-FOTOLAR
18:00 Yoahim Löv: “Azərbaycan niyə də qrup ikincisi olmasın?”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.