Ucuz təyyarə biletləri

Elxan Məmmədovun yeni "Röya"sı

Tarix:  15.04.16 14:04           Yazar:  Amal Abuşov           Oxunub: 645 dəfə

Atalarımız “başına gələn başmaqçı olar” deyiblər. Yəni, bir nəfərin başmağı bir neçə dəfə yırtılanda həmin adam öz başmağını yamaya-yamaya başmaqçıya çevrilər. Həyatda da elədi. Uşaq vaxtı əlini oda salan, ayağını palçığa batıran uşaq beləcə özünə təcrübə toplayır, bir daha həmin səhvləri təkrarlamamağa çalışır, təhlükədən yan keçməyə çalışır. Amma bizim AFFA-nın başbilənləri heç cür öyrənmək, səhvlərdən və fiaskolarından nəticə çıxarmaq istəmirlər.

 

Bilirəm, başbilənlər deyəndə bir az gurultulu səslənir. Sanki AFFA-da başı yaxşı işləyən 10-15 adam oturub, planlar cızır, inkişaf proqramı hazırlayırlar. Azərbaycan futboluyla az-çox maraqlanan hər kəs bilir ki, futbol qurumunun de-fakto birinci şəxsi baş katib Elxan Məmməvodu və o, bütün səlahiyyətləri əlində cəmləşdirib, “burda mənəm, Bağdadda da kor xəlifə” prinsipiylə “boz bina”da ağalıq edir. Şübhə etməyə dəyməz ki, Röyaya millimizin formasını geyindirib, Bakının məktəblərini gəzdirmək də şəxsən onun ideyasıdı. Ondan başqa heç kim bu cür ucuz şounu “kəşf edə” bilməz, paytaxtımızda keçiriləcək Avropa çempionatının belə bayağı formada təbliğatına zaman və pul xərclətdirməzdi.

 

Gözünə döndüyüm Röya da dayanmaq bilmir. Sənət aləmində və şəxsi həyatındakı durğunluğun fərqindədi. İndi də orta məktəblərin yuxarı sinif şagirləriylə birlikdə topu qucaqlayıb, şəkil çəkdirməklə məşğuldu. Guya, Röyanın bu “başmaq səfəri”ndən sonra Bakının bütün məktəbliləri dərslərini, imtahan qayğılarını bir kənaya qoyacaq, stadionların kassalarına doğru qaçaraq AÇ-nin oyunlarına bilet almağa tələsəcəklərmiş. 4 il bundan əvvəl böyük bəh-bəhlə ev sahibliyi etdiyimiz qızların dünya çempionatı yadımızdan çıxmayıb. Açılış mərasimində Cennifer Lopesin səhnəyə çıxacağını eşidən gənclər Respublika stadionunun tribunalarını doldurmuşdu. “Cey Lo” səhnədən gedən kimi tribunalar da sürətlə boşaldı. Çempionatın bütün qarşılaşmaları boş tribunalar önündə, ölü sükutuyla keçirildi. Hələ mən Aygün Kazımovanın Namiq Qaraçuxurluyla birləşib, həmin dünya çempionatı öncəsi AFFA-nın dəstəyi ilə “Qol” adlı mahnı yazmasını demirəm. Aygünün mahnısına qulaq asandan sonra qızlarımız futbol məşğələlərinə tələsdilərmi? Sayənizdə Azərbaycanın qızlardan ibarət milli komandasına 11 nəfər “milliləşdirilmiş” gözəlçə cəlb olunub. Elə burdan məlum olur ki, 4 il əvvəl apardığınız təbliğat, yaratdığınız hay-küy, dünya çempionatının Azərbaycanda qadın futbolunun inkişafına töhfə verəcəyi haqda deyilənlər mahiyyəti ucuz, amma hesabatı baha şoudan başqa bir şey deyilmiş.

 

Təbriz Həsənovun çalışdırdığı milliyə dəvət olunan əcnəbilərin sayı, çalışdırıcının çempionatının startına günlər qalanda belə gözünü “milliləşdirilməsi” gözlənilən futbolçulara dikməsi Elxan Məmmədovun ölkə futbolunu saldığı labirintin, qaranlıq tunelin əlamətidi. Futbolumuzu inkişaf etdirmək istəyirsizsə, müğənnilərin və şoumenlərin kölgəsinə sığınıb, “hamam suyu” ilə dost tutmağa çalışmamalısınız. Biz deməkdən yorulduq, siz düzəlmədiniz. Röyaya, Aygünə, Cenefer Lopesə, Patrisiya Qonsalesə, Robert Prosineçkiyə çəkdiyiniz xərci əyalətlərdəki idman qurğularının təmirinə, bacarıqlı və vətənpərvər mütəxəssislərin zəhmət haqqına, uşaq futbolunun dirçəldilməsinə yönəldin. Yalnız onda futbolumuz sözdə yox, əməldə inkişaf edəcək. Röyanı məktəblərdə gəzdirməklə futbolun təbliğini və inkişafını ancaq röyalarınızda görə bilərsiz.

Şərhlər
vuqar
Yaxşı olardı Təbriz Həsənov üstünlüyü öz uşaqlarımıza verərdi.Onun seçdiyi uşaqların çoxusu millidə oynamağa layiq deyil.Bəziləri tapşırıqla dəvət olunub. 05.05 2016 tarixində özünüz görəcəksiniz.Lakin o zaman artıq gec olacaq

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 0 Şərh
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
"Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Qara Qarayevə Avropa klublarından təklif
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Şərurspor" rəsmən dağıldı!
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
“Turan Tovuz” yenə xal itirdi

Xəbər Lenti
28 Mart 2017
14:44 "Real"ın futbolçusundan jurnalistlərə hörmətsizlik
14:41 Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq
14:22 Aleksandr Səmədov: "Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir"
14:00 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:44 Arda Turan zədələndi
13:22 Qurban Qurbanov: "Futbolçuya görə assosiasiya yox, klubla əlaqə saxlayarlar"
13:00 "Zirə"nin sponsoru "İnter"i götürmək istəyir?
12:56 Kimsə Riadı dayandırsın!
12:44 Səlahət Ağayev məşqlərə başladı
12:22 Reynaldonun oynamamasının səbəbi bəlli oldu
12:00 Bu təşkilatçılıqla Çempionlar Liqasının finalı? - YAZI
11:30 Andre Şürrle: "Azərbaycanda çətinliklə üzləşdik"
11:21 Mövsümə belə yekun vuruldu - FOTOSESSİYA
11:00 "Neftçi" rəhbərliyi "Qarabağ" üzərindəki qələbəyə görə nə qədər mükafat vəd edib?
10:54 Çempion qələbəsini belə rəsmiləşdirdi - FOTOSESSİYA
10:20 Qara Qarayev:“Avropadan təklif var, getmək istəyirəm” -MÜSAHİBƏ
10:00 "Qarabağ" "Neftçi"nin iki futbolçusunu "qaralayıb"
09:16 Millimizin 34 yaşlı oyunçusu karyerasını başa vurdu
09:01 Azərbaycan çempionatının "ən"ləri - SİYAHI
27 Mart 2017
20:30 Hakimlərimiz beynəlxalq seminarda iştirak edib
20:16 Azərbaycan birinciliyi başa çatdı - çempion dəyişdi
20:00 Millimizin yeni baş məşqçi ilə ilk təlim-məşq toplanışı
19:44 Kamran Ağayev: "6-7 top vuracaqlar" deyənlər hardadı?"
19:22 Tomas Müller: "Meydanda dominantlıq etdik"
19:00 Maksim Medvedev: “Yeni yemək növləri icad etmək istəyirəm”
18:44 Norveçin baş məşqçisi: "Şimali İrlandiya və Azərbaycanı məğlub etməliyik"
18:22 "İnter" kubok matçına belə hazırlaşır - FOTOLAR
18:00 Çexiyanın baş məşqçisi: "Qrupda vəziyyət gərgindi"
17:40 "Zaqatala" və "Səbail" qalib gəldi, "Qaradağ Lökbatan" uduzdu
17:22 Mats Hummels: "Azərbaycan pis təsir bağışlamadı"
17:00 Maykl Onil: "Azərbaycanı məğlub edib xal fərqini artırmaq istəyirik"
16:45 Üç yığmada 358 dəqiqə
16:22 "Bakılı" - MOİK - 1:3 - VİDEO
16:00 Qara Qarayevə Avropa klublarından təklif
15:40 "Turan Tovuz" - "Mil-Muğan" 1:1 - VİDEO
15:22 Dmitri Nazarov: "Yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi"
15:00 “Heydər Əliyev kuboku”nun iştirakçılarının sayı arta bilər: İran və Türkiyə klubları ilə danışıqlar gedir
14:44 Cavid Hüseynov: "Qrupdan çıxmaq üçün növbəti oyunlarda qələbə qazanmalıyıq"
14:20 Millimizin baş məşqçisi rəsmən bəlli oldu
14:00 "Şərurspor" rəsmən dağıldı!
13:40 Güləş üzrə U-23 Avropa çempionatı başlayır: millimizin heyəti
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:30 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.