Ucuz təyyarə biletləri

Başı dərdli baş katib

Tarix:  10.05.16 13:05           Yazar:  Amal Abuşov           Oxunub: 532 dəfə

AFFA-nın baş katibi Elxan Məmmədovun baş dərddədi. Onun indi gecə-gündüz dua etməsi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yerli futbolçularının başına dönməsi lazımdı. Özü də bunu çox gözəl anlayır. Təsadüfi deyil ki, artıq yerlilərin qiymətini daha çox bilməyə, onlara can yandırmağa başlayıb. Daxilindən gəlməsə də, gözdən pərdə asmaq üçün etsə belə. Onun Belçikayla oyunda zədələnən qapıçımız Məmməd Hüseynova baş çəkmək üçün tələm-tələsik xəstəxanaya getməsi də bunun əlamətidi. Hiss edir ki, Portuqaliya ilə oyundakı rəzalətin fəsadları ağır olacaq.

 

Çoxdandı ki, futbola canlı baxmaq üçün stadionlara gəlməyən ölkə başçısı İlham Əliyev portuqaliyalı qonaqların bizimkiləri “kötəkləməsi”nə cəmisi 24 dəqiqə tamaşa edə bildi. Əhvalı elə korlandı ki, 16 dəqiqə daha səbr edib, hakimin final fitinin səslənməsini gözləmədi. Bu qəzəbli gedişin AFFA rəhbərliyi üçün yaxşı perspektiv vəd etmədiyi gün kimi aydındı. Millimiz Belçikayla oyunda da məğlub olsaydı, Avropa çempionatı bizim üçün daha erkən bitəcəkdi. Sonuncu turdan öncə riyazi baxımdan qrupdan çıxmaq, mübarizəni davam etdirmək şansımız var. Amma hadisələrə real baxanda şotlandlarla qarşılaşmanının Təbriz Həsənov və onun komandası üçün qitə çempionatında sonuncu olduğunu təxmin etmək çətin deyil. 

 

Elxan Məmmədov şükr etməlidi ki, çempionatın ilk oyunda “unutduqları” yeniyetmələr həmin gün “şirə” dönmüşdülər. Pilağa Mehdiyev Belçikanın cərimə meydançasının qarşısında sona qədər mübarizə apardı, rəqibin futbolçularının başını döndürəndən sonra Murad Mahmudovu görə bildi. Sonuncu da onun ötürməsini tora qovuşdurmaqla ürəyi Azərbaycan millisiylə döyünən hər kəsi ayağa qaldırdı. Bu nəticə AFFA-nın kütləvi legionerləşdirmə siyasətinin iflası, Təbriz Həsənovun ona verilən tapşırıqlardan kənara çıxa bilməməsinə görə dilinə gətirdiyi bəhanələrin necə uydurma olduğunu bir daha isbatladı. 

 

Üzərində üçrəngi bayrağımızın həkk olunduğu forma üçün can qoyanlar, meydanın hər qarışında mübarizə aparanlar xalis azərbaycanlı balaları idi. Rəqibin hesabı açdığı epizodda “milliləşdirilmiş” Hüseyn Seyliqlinin buraxdığı kobud səhv isə “Azərbaycanda bu səviyyəli yarışda oynamağa layiq futbolçu yoxdu” düşüncəsini kökündən darmadağın etdi. Bundan sonra belə ehtiyatsız, cəfəngiyat fikirlərdən uzaq durun. Şəxsi mənafeləriniz naminə Azərbaycan futbolunun gələcəyini məhv edən terror siyasətindən bir dəfəlik əl çəkməli olduğunuzu artıq qəbul edin. Bizim üçün ölkəmizin adı, futbolumuzun nüfuzu bu cür korporativ maraqlardan öndədi. O səbəbdən də üzümü U-17-nin futbolçularına tuturam. Sizin qarşınıza qrupdan çıxmaq tapşırığının qoyulması reallıqla uzlaşmayan pafosdan başqa bir şey deyildi. Bu psixoloji təzyiqdən xilas olun, Portuqaliya ilə oyundakı biabırçılığı da unudun. Belçikayla qarşılaşmadakı kimi meydanda can qoyun, yalnız sizin ürəyiniz və məharətiniz sayəsində millimiz qrup sonuncusu olmaqdan qurtula bilər. Bununla həm də AFFA-nın dərdli baş katibini “məhşər ayağı”ndan, sonu ağır cəzalarla bitə biləcək sorğu-suallardan da xilas etmiş olarsız.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
De Souza, Rəşad və “Qarabağ” haqqında
"CBC Sport"a üz çevirən ikinci məşqçi
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
Şenol Güneş Bakıya niyə gəlib?
Vilian penalti epizodu haqda nə dedi?
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB

Xəbər Lenti
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.