Ucuz təyyarə biletləri

“Duran adam”

Tarix:  22.05.16 11:05           Yazar:  Amal Abuşov           Oxunub: 798 dəfə

İstanbulda yaşayan 34 yaşlı Ərdəm Gündüz bir andaca dünyaya məşhurlaşdı. Bütün dünyanın diqqəti “Gəzi parkı”nın müdafiəsi üçün keçirilən mitinqlərə cəlb olunduğu günlərdə Gündüz də adından söz etdirməyi bacardı. Taksim meydanında asılan böyük Atatürk posterinin və Türkiyə bayrağının qarşısında saatlarla hərəkətsiz dayanan Ərdəm bəyin qətiyyətli duruşu tez bir zamanda bütün dünya mətbuatının manşetinə, xəbər başlığına çevrilmişdi. Onun bu qətiyyəti qarşısında aqressiv davranışlarıyla ad çıxaran Türkiyə polisi də təslim olmuş, səssiz etiraza müdaxilə etməyi lazım bilməmişdi. Duran adam ləqəbiylə tanınan Gündüz bu səssiz aksiyasıyla Atatürkə və türk bayrağını sayqı göstərməyin vacibliyini sosial mesaj olaraq bütün cəmiyyətə, eləcə də əks düşüncədə olan siyasətçilərə ötürməyi bacarmışdı. Hər kəs bu cəsarət sahibinə ürəkdən “əhsən” dedi.

 

Azərbaycan futbolunun da öz “duran adam”ı var. Amma sözün bütün mənalarından dırnaq arasında. Bu adam istədiyi vaxt qaraya ağ, ağa qara deyə bilir. Söhbətin Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovdan getdiyini anladınız. Klublar, azarkeşlər, idman mətbuatı Azərbaycan futbolunda baş verən haqsızlıqlara, hakimlərin oyunların nəticələrinə təsir edən səhvlərinə, yerli hakimlər arasında elitanın tələblərinə cavab verməyən yetərincə fit sahibinin olmasına üsyan edir. Təkcə o, kefini pozmur, baş verənlərə etinasız münasibət göstərir, durduğu yerdə tərpənməz durur. İstəyəndə danışır, özünə sərf eləyən izahatlar verir. İstəməsə heç telefonlara yaxın gəlmir, qulaqlarını və ağzını qapayıb oturur. Fariz Yusifovun “Qarabağ” – “Neftçi” qarşılaşmasının son dəqiqələrində “ağ-qaralar”ın qapısına təyin etdiyi penalti qaydalara daha çox uyğun gəlirdi, nəinki Ramil Diniyevin “Xəzər Lənkəran”ın qətlinə fərman verdiyi epizod. Həmin vaxt Ağdam təmsilçisinin futbolçusu üzü “Neftçi”nin qapısına doğru hərəkət edirdi, meydan sahibləri epizodun davamında qol vurmaq şansı qazana bilərdilər. Heç kimin gözləmədiyi halda Xəqani bəy sükutu pozdu, “Yusifov səhv edib, cəzalanacaq” dedi. Kimin gözünə xoş gəlməyə çalışırdı? Olmaya, “Neftçi”nin detektiv yazar rəhbərindən, gizli “xaç atası” Elxan Məmmədovdan qorxmuşdu? “Bayıl Arena”dakı məlum epizodda isə qol təhlükəsi yox idi, qonaqlar rəqibin həmləsini zamanında qarşılamışdılar. Top da cərimə meydançasını tərk etmək üzrəydi. Deməli, təhlükə sovuşacaq, “sarı-qırmızılar” növbəti həmlənin hazırlığına başlayacaqdılar. Bir andaca Diniyevin fövqaladə hakimlik dühası, fitri istedadı işə düşdü, heç kimin görə bilmədiyi dirsək zərbəsini yalnız o gördü. 


Xəqani Məmmədov illərdi Tuyqun Nadirovdan, “Xəzər Lənkəran” azarkeşlərindən yığdığı kin-küdurəti püskürmək üçün fürsət qazandı. Köhnə kişilər “yıxılana balta vurmazlar” deyiblər. Amma cənab Məmmədov yıxılmış “Xəzər Lənkəran”ın kürəyinin ortasına Ramil Diniyevin əliylə elə bir balta vurdu ki, zərbənin əks-sədası xarici ölkələrin mətbuatına qədər gedib çıxdı. Buyursunlar, AFFA-nın binasında Əliyar Ağayevə qurulmuş “dar ağacı”nı yenidən səhnələşdirsinlər, hakimlərin iclası jurnalistlərin iştirakıyla keçirilsin. Sübut etsinlər ki, Diniyev penaltini özündən uydurmayıb.


Keçirməyəcəklər, çünki bu dəfə qurbanlar da, hakim də fərqlidi. “Duran adam” da yerində duracaq, yıxılanların kürəyinə balta saplamaq üçün fürsət gözləyəcək.

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Zirə"nin oyunu qumara necə qoyuldu?
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
AFFA Almaniya üzərindəki qələbəyə nə qədər mükafat qoyub?
“Turan Tovuz” yenə xal itirdi
“Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
ŞOK! AFFA Renat Dadaşova 1 milyon və Bakıda ev verib - FOTO!

Xəbər Lenti
27 Mart 2017
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:40 "Bakılı" - MOİK - 1:3 - VİDEO
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
09:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
09:40 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
12:00 Millimizdən Estoniya ilə heç-heçə
02:38 Portuqaliya qalib gəldi, Hollandiyanın Rusiyaya getmək şansı çətiniləşdi
01:00 Millimiz Bundestimlə matça hazırdı - FOTOLAR
00:20 İbrahim Şehiç darmadağını kənardan izlədi
00:10 Sergey Zenyov Kiprə qarşı 79 dəqiqə oynadı
25 Mart 2017
21:30 Emin oynadı, "Kalmar" çətin qələbəyə sevindi
21:00 Nağıyevli "Dnepr"dən qələbə
20:30 Erat oynadı, "Duysburq" qalib gəldi
20:20 Robert Prosineçki: "Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz"
20:15 Rahid Əmirquliyev: "Özümüzü meydanda göstərməliyik"
20:10 Rəşad Sadıqov: "Danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı"
20:05 Prosineçki start heyətini açıqladı
20:00 Taekvondo Federasiyasında dan imtahanı keçirildi
19:44 Millimizin üzvü: "Almaniyanı məğlub etmək niyyətindəyik"
19:30 Azərbaycan - Almaniya matçına bütün biletlər satıldı!
19:22 “Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
19:00 Berti Foqtsdan federasiyaya irad: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" - MÜSAHİBƏ
18:44 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
18:30 Sami Xedira: “Bakıya gəzməyə gəlməmişik”
18:22 Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir - VİDEO-FOTOLAR
18:00 Yoahim Löv: “Azərbaycan niyə də qrup ikincisi olmasın?”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.