Ucuz təyyarə biletləri

“Dosta laži, Prosinečki”

Tarix:  02.06.16 12:06           Yazar:  Amal Abuşov           Oxunub: 810 dəfə

Atalarımız "yalanla pozğunluğun ömrü 40 gün çəkər" deyiblər. Millimizin baş məşqçisi Robert Prosineçkinin növbəti yalanının üstünün açılması üçün heç 10 gün gözləməyə də ehtiyac qalmadı. Gözünə döndüyümüz estonlar dünən axşam bizi intizardan qurtardılar. 40 yaşlı Maqnus Pehrsson Robert Prosineçki kimi zəngin futbolçu karyerasıyla öyünə bilməz. 2013-cü ildən Estoniya milli komandasını çalışdıran Pehrsson Prosineçkinin aldığı aylıq 100 min avro məvacibi heç yuxusunda da görmür. Öz işini sevir, bütün varlığı ilə karyerasını düşünür, özünü sübut etmək həvəsiylə gecə-gündüz çalışır. 


İllərdi məhz bu məqamı vurğulayırıq. AFFA başbilənlərini qoca Foqtsdan qurtulduqdan sonra enerjili, iddialı gənc mütəxəssislə işbirliyi qurmağa çağırırdıq. İzah etməyə çalışdırdıq ki, karyerasıyla öyünməyən, ciblərini doldurmaq həvəsiylə yaşamayan gənc mütəxəssislə uzun müddətə müqavilə bağlayıb, Azərbaycan futbolu üçün yeni inkişaf konsepsiyası qurmaqdan başqa yolumuz yoxdu. Bizi dinləmədilər. Foqtsu yola salan kimi onun nisbətən cavan modeliylə əl sıxışdılar, məkrli planlarına qaldıqları yerdən davam etməyə başladılar. Bu dəfəki “tapıntıları” Foqtsdan daha yumşaq xaraketli və aza qane olan idi.

 
Robert Prosineçki azərbaycanlı azarkeşləri çoxdan məyus edib. Hələ ötən seçmə mərhələnin gedişində milli komandanın start heyətinə 6 qeyri-azərbaycanlını daxil edəndə, gözümüzün önündə gününü keçirən Məhəmməd Qurbanovu təifləyəndə, onun gizli xüsusi istedada malik olduğu haqda yalanlar uyduranda xorvatiyalı çalışdırıcının əsl simasını görmüşdük. 

 

Malta üzərindəki çətin qələbənin, Norveç və Xorvatiya oyunlardakı cansıxıcı heç-heçələrin eyforiyası çoxdan unudulub. Azərbaycan millisi indi FİFA-nın reytinq cədvəlində ikinci yüzlüyün dibinə tərəf sürüşməkdədi. Qazaxıstana uduzduq, Prosineçki razı qaldı. Andorraya qol vura bilmədik “qapalı rəqibə qarşı oynamaq bizim üçün çətindi” dedi. Makedoniya bizi kötəklədi “2-ci hissədə yaxşı oynadıq” yalanını uydurdu. Ortada nə doğru-düzgün oyun var, nə də futbolçularımızın potensialına uyğunlaşdırılmış taktiki sxem. Qapalı rəqiblə oynamağın çətinliyini deməklə Prosineçki bizim Norveç və Xorvatiya ilə oyundakı nəticələrimizin nəyin sayəsində mümkün olduğunu etiraf edir. 40 yaşlı Pehrssonun çalışdırdığı Estoniya millisi dünən axşam elə həmin Andorranın qapısına iki cavabsız top vurdu. Hesabı açan Dmitri Kruqlov karyerasının yaxşı vaxtlarını Bakı klublarında keçirib. Sonuncu dəfə autsayder “Rəvan”da forma geyinib. Deməli, Andorranı məyus etmək üçün heç də Messi, ya da Ronaldo olmaq lazım deyilmiş. Olmaya, millimizin üzvləri 34 yaşlı Kruqlovdan belə zəifdilər?


Bizim yuxarıdan aşağı baxdığımız moldovanlar da martın 28-də “cırtdanlar”ı məyus etməyi bacarmışdılar. Belə çıxır ki, qitədə bizdən zəifi qalmayıb. Oyanmaq, səlahiyyət sahiblərindən hesabat tələb etməyin zamanıdı. Bu gedişlə San-Marino üzərindəki qələbəylə başımızı tovlayacaq, növbəti yenilgiləri həzm etməyimiz üçün cürbəcür yalanlar quraşdıracaqlar. Özünə hörmət edən çalışdırıcı nüfuzunu belə mənasız yalanlara xərcləməməlidi. Yetər, cənab Prosineçki. Bizim dilimizdə anlamaq istəmirsizsə, öz dilinizdə deyək: “Dosta laži, Prosinečki!”

Şərhlər
ilham
artıq ona buna pul verməkdənsə bir QURBANA DA ŞANS VERİLSİN....HƏM DƏ ONA--- KİMİ istəyirsə onu da qoy milliyə dəvət etsin...necə olur ki...dıgalar 2 oyuna 11 top vurur...biz isə andorra ilə hec hecəyə sevinməyə məçbur edilməliyik....yəqin 2018 ilin sonunda "cənab"prosinecki də yola salinaçaq.... gedib xorvatiya da dincəlib bizim "futbolumuzdan"elmi əsər yazaçaq.......
fanat
eeeeee bu prosineski artiq uje bogazimizdadiye redd eliyinde bunu gore goreki bu hecne ede bilmir yapiwiblare bundan.gunah ozumuzunkilerdediyeee.Gul kimi oz mewqcilerimiz varda yenede neynesede ozumuzunki edecek hemde oyuncularimizi oz mewqcilerimiz yaxwi taniyirdaaa

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Zirə"nin oyunu qumara necə qoyuldu?
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
AFFA Almaniya üzərindəki qələbəyə nə qədər mükafat qoyub?
“Turan Tovuz” yenə xal itirdi
“Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
ŞOK! AFFA Renat Dadaşova 1 milyon və Bakıda ev verib - FOTO!

Xəbər Lenti
27 Mart 2017
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:40 "Bakılı" - MOİK - 1:3 - VİDEO
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
09:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
09:40 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
12:00 Millimizdən Estoniya ilə heç-heçə
02:38 Portuqaliya qalib gəldi, Hollandiyanın Rusiyaya getmək şansı çətiniləşdi
01:00 Millimiz Bundestimlə matça hazırdı - FOTOLAR
00:20 İbrahim Şehiç darmadağını kənardan izlədi
00:10 Sergey Zenyov Kiprə qarşı 79 dəqiqə oynadı
25 Mart 2017
21:30 Emin oynadı, "Kalmar" çətin qələbəyə sevindi
21:00 Nağıyevli "Dnepr"dən qələbə
20:30 Erat oynadı, "Duysburq" qalib gəldi
20:20 Robert Prosineçki: "Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz"
20:15 Rahid Əmirquliyev: "Özümüzü meydanda göstərməliyik"
20:10 Rəşad Sadıqov: "Danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı"
20:05 Prosineçki start heyətini açıqladı
20:00 Taekvondo Federasiyasında dan imtahanı keçirildi
19:44 Millimizin üzvü: "Almaniyanı məğlub etmək niyyətindəyik"
19:30 Azərbaycan - Almaniya matçına bütün biletlər satıldı!
19:22 “Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
19:00 Berti Foqtsdan federasiyaya irad: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" - MÜSAHİBƏ
18:44 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
18:30 Sami Xedira: “Bakıya gəzməyə gəlməmişik”
18:22 Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir - VİDEO-FOTOLAR
18:00 Yoahim Löv: “Azərbaycan niyə də qrup ikincisi olmasın?”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.