Ucuz təyyarə biletləri

"Bakı trekinin ən maraqlı hissəsi 8-12-ci döngələrin arasındakıdır"

Tarix:  03.06.16 15:06           Yazar:             Oxunub: 132 dəfə

Marşallar Formula 1 yarışlarında mühüm yer tutan vəzifələrdən biridir. Rekord.az sizi beynəlxalq marşallardan biri - hindistanlı Tanvir Sinqdən alınmış müsahibə ilə tanış edir:


- Trek marşalı kimi qazandığınız təcrübə barədə danışın.
- Mənim ailəm avtomobil və idman yarışlarının həvəskarıdır. İlk dəfə 2011-ci ildə - Formula 1 Hindistanda təşkil olunarkən marşallıq etdim. Bu, mənim marşal kimi ilk təcrübəm idi və  həmin ildən etibarən hər il Sinqapur və Əbu Dabi Formula 1 yarışlarında marşallıq edirəm. 


Uşaq olarkən, Formula 1 yarışlarını televiziya ekranından izləyirdim və ilk dəfə trekdə iştirak etmək fürsəti yarananda mən bu təkliflə razılaşmaya bilməzdim. Bolidlərə və pilotlara yaxın olmaq, mexaniklərlə, yarışların təşkilatçıları ilə görüşmək və özüm kimi çılğın Formula 1 marşalı ilə tanış olmaq əvəzedilməz bir duyğudur və başqa hisslərlə müqayisə oluna bilməz. Bu illər ərzində tanış olduğum bəzi marşallarla ailə üzvləri qədər səmimi olmuşuq və hər ilin əvvəlində  yarışlarda marşallıq etmək planlarımızı birlikdə müzakirə edirik. Kimin hansı yarışda marşallıq edəcəyini soruşuruq və ona uyğun olaraq, səfər planları qururuq. Bu, bir növ, Formula 1 tətillərinə bənzəyir. Rocer Federerə azarkeşlik etdiyim və bütün F1 yarışlarında üzərində onun inisialları olan gün papağı taxdığım üçün marşal dostlarım məni Formula 1-in Rocer Federeri adlandırır. 


2013-cü ildə keçmiş Formula 1 komanda başçısı Eddi Cordan məndən BBC Sport kanalı üçün müsahibə alanda söyləmişdi ki, mən bütün idman növlərini qarışdırıram, çünki Rocer Federerin gün papağı yenə də başımda idi. Mənsə TV çıxışımda onun sualına cavab olaraq bildirdim ki, onların hər ikisini xoşlayıram və Hindistan Qran Prisindən sonra baş tutacaq növbəti yarışda ona uğur arzulayıram. 


- 2016-ci il Avropa Qran Prisində sizin vəzifələriniz nədən ibarət olacaq? 
- Mənim 2016-cı il Formula 1 Avropa Qran Prisində görəcəyim işlər hələ ki dəqiqləşməyib. Əvvəllər həm müdaxilə, həm də yanğın marşalı kimi işləmişəm.  Bakıya gəldikdə isə trek marşalı olacağımı zənn edirəm. Biz təyin olunduğumuz məntəqə və öhdəliklər barədə məlumatı Bakıya çatarkən əldə edə biləcəyik.  


- Bu yarışa hazırlıq işləri necə gedir?
- Mən öncə Bakı Şəhər Halqasının facebook qrupuna öz minnətdarlığımı bildirirəm. Onlar bu trek barədə ətraflı məlumatı öz səhifələrində paylaşmışdılar. Trekin xəritəsi, döngələr, maksimal sürət və məsafə kimi məlumatları əldə etdikdən sonra əminliklə deyə bilərəm ki, treki görmədən də ona bələdəm. Bu cür məlumatlar çox faydalıdır, xüsusilə də yarışların Azərbaycanda ilk dəfə olaraq keçirildiyini nəzərə almalıyıq.


- Bakı Şəhər Halqası haqqında fikirlərinizi bölüşməyinizi istərdik. Trekdə ən çox xoşunuza gələn cəhətlər hansılardır?
- Bu trekin maraqlı cəhətlərindən biri odur ki, onun yarış təqvimindəki ən sürətli trek olacağı gözlənilir. Həmçinin, müasir yollarından tutmuş qədim tarixə malik guşələrinədək Bakının bütün görməli yerləri ilə tanış olmaq imkanı yaranacaq. İçəri Şəhərin divarları arasındakı yoxuşlu hissələrdən  keçən zaman Formula 1 pilotlarının nümayiş etdirəcəkləri məharət və dəqiqlik, eyni zamanda sürətli yarış, tamaşaçılar üçün maraqlı, marşallar üçün isə həyəcanverici olacaq. Fikrimcə, trekin ən maraqlı hissəsi 8-12-ci döngələr arasında olan hissəsidir.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
"Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
"Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
"Qəbələ" daha bir legioneri göndərdi
"Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
"Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
Hücumçumuz "Fənərbaxça"da
"Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
"İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi

Xəbər Lenti
26 May 2017
11:41 "Qəbələ"nin 11 komandası üçün 10 medal
11:22 Kubokun püşkü atıldı
11:00 Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
10:30 Qurban Qurbanov və Yunis Hüseynovun cavanlığı - VİDEO
10:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
09:27 Növbəti məğlubiyyətimiz - FOTOSESSİYA
09:13 Səmədov hamını qabaqladı
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdıyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
14:20 Azərbaycan Almaniyaya qarşı
13:44 AFFA-dan yarım milyonluq mükafat
13:27 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
13:13 Kvekveskiri "Tobol"da - 1,5 illik müqavilə
13:00 "İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi
12:43 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
12:22 II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşdi
12:04 ŞOK! Karate Federasiyasının vitse-prezidenti məclis vaxtı dünyasını dəyişib!
12:00 Rəşad Eyyubov: "Şəhərdə hər kəs ona hörmət edirdi" - VİDEO
11:51 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
11:00 Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb? - Cüdoçumuzdan şok açıqlama
09:36 Komandamız ilk oyununda belə məğlub oldu - FOTOSESSİYA
00:45 "Mançester Yunayed" Avropa Liqasının qalibidir!
24 May 2017
20:22 Yığmamız Türkiyəyə uduzdu
18:00 "Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
17:00 "Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
15:35 Hücumçumuz "Fənərbaxça"da
15:00 AZAL "Zirə"yə 500 min pul ayırıb?
14:22 Adı və uğurları ilə kifayətlənməyən "Qarabağ" - Gələcəyə hesablanmış addımlar - YAZI
14:00 "Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
13:25 AFFA yanında Media Komitəsinin bəyanat yaydı
12:00 "Qəbələ" daha bir legioneri göndərdi
11:57 Azərbaycan ilk yoldaşlıq oyununda Bolqarıstana uduzdu
11:51 Qapıçı məşqçilər üçün seminar keçiriləcək
11:14 Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”
11:00 "Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
10:41 "Qarabağ" italyan hücumçu alır?
10:00 "Kəpəz" "Turan Tovuz"un daha bir futbolçusunun heyətinə qatdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.