Ucuz təyyarə biletləri

“Rəvan”la “Xəzər Lənkəran”ı aldadıblarmı?

Tarix:  15.06.16 11:06           Yazar:  Amal Abuşov           Oxunub: 1223 dəfə

Sizin də yadınızda olar. Ötən il ölkə kubokunun final qarşılaşması Qəbələdə keçirilmişdi. “Qarabağ”la “Neftçi”nin dueli futbol bayramına çevrilmiş, kubokun sahibi müəyyənləşməzdən bir gün əvvəl hər iki komandanın veteranlarını üz-üzə gətirən PFL bizə nostalji hisslər yaşatmışdı. Qalibə təqdim olunacaq kubokun paraşütlə meydançanın ortasına endirilməsi isə izləyənlərin alqışını qazanmış, ölkə futbolu adına xoş xatirə kimi yaddaşlara həkk olunmuşdu. Mükafatlandırma mərasimində yaşanan xırda, amma vacib bir məqam bu bayrama kölgə saldı. Komandaları təltif etmək üçün kürsüyə çıxanlar arasında nə AFFA prezidenti Rövnəq Abdullayevin, nə də futbol qurumunun baş katibi Elxan Məmmədovun olmaması hər kəsdə haqlı sual doğurmuşdu. 

 

Bir il öncə “Neftçi” – “Xəzər Lənkəran” finalında yaşananları özünə qarşı hörmətsizlik kimi qəbul edən AFFA prezidenti kubokun təltifetməsindən bir neçə gün əvvəl “Qarabağ”a çempionluq medallarını təqdim etməyə də gəlmədiyindən onun Qəbələdə görünməməsinə təəccüblənmədik. Həmin tədbirdə PFL prezidenti Ramin Musayevlə yanaşı dayanan Elxan Məmmədovun Qəbələyə gəlməməsinin isə izahatı verilməliydi. Həmkarlarımızın sorğusuna AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlunun cavabı xeyli maraqlı idi: “Cənab baş katib futbolun inkişafına dair Dövlət Proqramının üzərində çalışır. Vacib sənədin üzərində son tamamlama işləri getdiyindən onun vaxtı çox azdı. Bu səbəbdən də Qəbələyə getməyə vaxt tapmayıb”. Barmağımızı dişləmiş, baş katibin paytaxtdan Qəbələyə yollanmağa 3-4 saat vaxt ayıra bilməməsinə, onun axşam saatlarında proqram üzərində çalışmasına inanmamışdıq. Bu açıqlamanın üzərində çox keçmədi ki, idman mətbuatında imzalanması gözlənilən proqramla bağlı xəbərlər, bilgilər peyda olmağa başladı. Kimisi 2 milyon yazırdı, kimisi də 3 milyon. Amma ümumi görüntü beləydi ki, AFFA başbilənləri dövlət qurumlarıyla razılığa gəliblər və tezliklə imzalanan yeni proqramda elita təmsilçilərinə, eləcə də aşağı dvizionda yarışanlara maliyyə yardımı ediləcək. 

 

Belə xəbərlərin tirajlanmasından sonra FİFA-nın “məşhər ayağı”na çəkdiyi “Xəzər Lənkəran” yeni transferlər etməyə, ölkə futbolunun “qaymaqları”nı cənuba dəvət etməyə başladı. Halbuki komandada maliyyə problemləri xeyli əvvəldən başlamışdı, “Palmali”nin İstanbul ofisindən gələn pullar aylar öncədən qəpik-quruşa çevrilmişdi. Nuru Əliyevin cibindən çıxan paralar sayəsində ayaqda duran “Rəvan” da məhz bu xəbərlərdən sonra elitada say doldurmağa razılıq verdi. Sonrasını hamınız bilirsiz. Nə Dövlət Proqramı imzalandı, nə də klublara maliyyə yardımı edildi. İllərdi iş adamlarının səxavəti sayəsində mövcudluğunu qoruyan klublarda qış fasiləsi ərəfəsində vəziyyət xeyli pisləşdi, maddi sıxıntılar “Rəvan”la “Xəzər Lənkəran”ı dağılmaq həddinə çatdırdı. AFFA isə yaxasını bir kənara çəkdi, əlini daşın altına qoymağa həvəs göstərmədi. İndiyə kimi izahat verən olmayıb ki, Elxan Məmmədovun gecə-gündüz üzərində çalışdığı Dövlət Proqramı niyə qəbul edilmədi. Belə çıxır ki, ötən yay bu xəbərləri dövriyyəyə buraxmaqla klubları dövlətdən yardım gələcəyinə inandırdılar. Bu dəfə yalanlar keçərli olmadı, yeni mövsümdə Premyer Liqada iştirak etməyə həvəs göstərən tapılmadı. Yeni və daha cazibəli yalanlar düşünməyə başladıqlarının siqnalını isə Vaqif Sadıqov son müsahibəsində verib. İnanan tapılacaqmı?

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Prosineçki start heyətini açıqladı
"Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
"Zirə"nin oyunu qumara necə qoyuldu?
Yığmamız Almaniyaya yenə uduzdu
Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
AFFA Almaniya üzərindəki qələbəyə nə qədər mükafat qoyub?
“Turan Tovuz” yenə xal itirdi
“Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
ŞOK! AFFA Renat Dadaşova 1 milyon və Bakıda ev verib - FOTO!

Xəbər Lenti
27 Mart 2017
13:20 Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13:00 Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
12:40 Premyer Liqada 24-cü turun oyun cədvəli
12:21 24-cü turun bütün oyunları eyni gündə
12:00 Futbollara 1 saat tez baxacağıq
11:40 "Bakılı" - MOİK - 1:3 - VİDEO
11:20 Yığmamız Estoniyanı darmadağın etdi
11:00 AFFA Kamran Ağayevə klub axtarışına çıxdı
10:00 "Zirə" dağılmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
09:48 Hücumçumuz A seriyasında növbəti qələbəsini qazanıb
09:40 Ölkə birinciliyi bu gün keçiriləcək iki oyunla başa çatacaq
01:45 Azərbaycan - Almaniya 1:4 - FOTOLAR
01:30 Rəşad Sadıqov: "Prosineçki çox əsəbiləşmişdi" - MÜSAHİBƏ
26 Mart 2017
23:52 Elxan Məmmədov: "1 qol vurmaq futbolçulara motivasiya verir"
23:03  Prosineçki jurnalistlərə sual verdi: Bu gün kimə qarşı oynadığımızı bilirsiz?
22:54 Ramil Şeydayev: "Öz oyunumuzu bəyəndim" - MÜSAHİBƏ
22:50 Dəniz Yılmaz: "Qrupdan çıxacağımıza inanırıq"
22:30 Yoahim Löv: “Bu komanda ilə fəxr edə bilərsiz”
22:00 Azərbaycan - Almaniya 1:4 - VİDEO
21:50 Yığmamız Almaniyaya yenə uduzdu
21:00 Eddi İsrafilovsuz "Kadis" uduzdu
19:00 “Turan Tovuz” yenə xal itirdi
18:00 "Neftçi" "Qarabağ"a qarşı - VİDEOANONS
17:00 "Qəbələ"nin zədəlisi məşqlərə başladı
16:00 Ramil Şeydayev etiraz etdi: "Onları başa düşə bilmirəm"
15:00 Samir Abasov "Xəzər Lənkəran"dan gələn futbolçunu əvəzedici komandaya göndərdi
14:30 “Kəpəz”dən yığma komandamız ilə heç-heçə
14:00 Emin Mahmudov: "Ronaldoya qarşı oynamaq ən böyük arzumdu" - MÜSAHİBƏ
13:00 "Xəzər Lənkəran"ın dağılması cənub futbolunu necə iflic edib?
12:00 Millimizdən Estoniya ilə heç-heçə
02:38 Portuqaliya qalib gəldi, Hollandiyanın Rusiyaya getmək şansı çətiniləşdi
01:00 Millimiz Bundestimlə matça hazırdı - FOTOLAR
00:20 İbrahim Şehiç darmadağını kənardan izlədi
00:10 Sergey Zenyov Kiprə qarşı 79 dəqiqə oynadı
25 Mart 2017
21:30 Emin oynadı, "Kalmar" çətin qələbəyə sevindi
21:00 Nağıyevli "Dnepr"dən qələbə
20:30 Erat oynadı, "Duysburq" qalib gəldi
20:20 Robert Prosineçki: "Bu cür rəqibə qarşı oynamaqdan böyük motivasiya ola bilməz"
20:15 Rahid Əmirquliyev: "Özümüzü meydanda göstərməliyik"
20:10 Rəşad Sadıqov: "Danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı"
20:05 Prosineçki start heyətini açıqladı
20:00 Taekvondo Federasiyasında dan imtahanı keçirildi
19:44 Millimizin üzvü: "Almaniyanı məğlub etmək niyyətindəyik"
19:30 Azərbaycan - Almaniya matçına bütün biletlər satıldı!
19:22 “Qarabağ”ın bəyənmədiyi futbolçu Norveç klubunda
19:00 Berti Foqtsdan federasiyaya irad: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" - MÜSAHİBƏ
18:44 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
18:30 Sami Xedira: “Bakıya gəzməyə gəlməmişik”
18:22 Sərbəst güləşçilərimiz hazırlıqları Kislovodskda davam etdirir - VİDEO-FOTOLAR
18:00 Yoahim Löv: “Azərbaycan niyə də qrup ikincisi olmasın?”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.