Ucuz təyyarə biletləri

Serxio Peres: "İnanıram ki, Bakı çox xoşuma gələcək"

Tarix:  15.06.16 17:06           Yazar:             Oxunub: 155 dəfə

Sahara Force İndia komandasının üzvləri Avropa Qran Prisi haqqında fikirlərini bölüşüblər.

Rekord.az sizi həmin fikirlərlə tanış edir:


Serxio Peres
 
“Ötən həftə Kanadadan keçirilən yarış mənim üçün çox da asan keçmədi, lakin xal əldə etdiyimə görə bu yarışı uğurlu sayıram. Müxtəlif xüsusiyyətlərə sahib treklərdə keçirilmiş son dörd yarışda xallar əldə edə bildim. Bu komanda olaraq özümüzə inamı artırdı və hesab edirik ki, artıq biz növbəti yarışların hər birində ilk onluğa daxil ola bilərik.
 

Bakıya hazırlığa gəldikdə isə, mən trekin boliddən çəkilmiş videosunu izlədim və ilk təəssüratım o oldu ki, həqiqətən də bu trekdə sürməyin müəyyən çətinlikləri olacaq. Trekdə çox sayda dar hissələr var və bu şəhər treki üçün normal bir haldır. Lakin bu trekdə sürət Monakodakından çox olacaq. Belə treklərdə sürməyi çox xoşlayıram və belə treklərdə yaxşı yarış nümayiş etdirmək mümkün olur. 
 

Heç vaxt Azərbaycanda olmamışam. Buna görə də bu səfərimin mənimçün macəradolu olacağına inanıram. Yeni yerlərlə bağlı ilk təəssüratlar əldə etmək və yeni şəhər məkanları ilə tanış olmaq mənimçün həmişə maraqlı olub. Bu idmanın gözəl cəhətlərindən biri odur ki, bizə yeni ölkələrə getmək və oralarda yeni azarkeşlər qazanmaq fürsəti verir. Biz trekə çatar-çatmaz adəti üzrə treklə dərhal tanışlığa başlayırıq və bu olduqca vacibdir. Ona görə də mühəndislərlə birgə trekdə yürüş edirik və trekdə sərbəst yürüşlər həyata keçiririk. Hər bir pilot kimi mən də çalışıram ki, ilk dövrələrdəcə yüksək sürətə nail olum".


Niko Hulkenberq
 

“Kanadadakı yarış yaxşı keçdi və bu yarış həftəsonundan uğurla keçə bildik. Gücün zəifləməsinə baxmayaraq yarışı səkkizinci yerdə başa vurmaq olduqca yaxşı nəticəydi və bu göstərdi ki, biz istənilən trekdə xal əldə edə bilərik.  Yay tətilinə yaxınlaşdığımız bir ərəfədə bu tempi qorumamaq üçün heç bir səbəb yoxdur və bu bizə stimul verir.
 

Mən həqiqətən də Bakıdakı yarışla əlaqədar olaraq çox həyəcanlıyam. Yeni treklər yaxşı olur, hər şey təzə və hər kəs səni böyük sevincə qarşılayır. Bunu qəbul etməliyəm ki, Azərbaycan haqqında çox məlumatlı deyiləm. Ona görə də bu yeni məkanla ilk dəfə tanışlıq mənə böyük həyəcan verir. Bakıya tezliklə gəlib oranı özüm üçün kəşf etmək istəyirəm. Bizim işimizin yaxşı cəhətlərindən biri odur ki, bizə dünyanın böyük hissəsini görmək imkanını bəxş edir.
 

Treklə tanışlıq olduqca vacibdir. Simulyatorda hələlik onu sınaqdan keçirmək fürsəti olmayıb, ancaq ötən həftənin əvvəllərində treklə bağlı YouTube-da yerləşdirilən videonu izləmişəm. İstənilən halda hər şey ora gəlib çatdıqdan sonra başlayır, bolidə əyləşirsən və bir neçə dövrə ərzində trekə yaxından bələd olursan. Trekin dizaynı onun sürətli olacağından xəbər verir, xüsusən də şəhər trekləri arasında. Bu trekdə bir neçə yerdə az dərəcədə meyilliliyi olan çox uzun sürətlənmə xətti var və bununla yanaşı bəzi hissələr çox dolambaclıdır. Bu səbəbdən hər iki məqama uyğun bir quruluşda çıxmaq vacibdir. Mən şəhər treklərinin həvəskarıyam. Bu treklərdə unikal həyəcan olur, divara yaxın sürürsən və trekdə olan bir sıra çətinliklər səbəbindən həm avtomobilin, həm də pilotun üzərinə böyük yük düşür".


Vicey Malya, komanda rəhbəri

 
“Kanadada keçirilən yarışda əldə etdiyimiz nəticə bu ilki mövsüm başlayandan bəri qazandığımız ən yaxşı göstəricilərdən biridir. Biz yarış həftəsonu boyunca yaxşı irəliləyiş əldə etdik və yarışda yüksək səviyyədə çıxış etdik. Bu bizim mühəndislər çempionatında rəqiblərimiz qarşısında üstünlüyümüzü artırdı və bizi beşinci mövqedə qərarlaşdırdı. Böyük mübarizənin olacağı və xüsusən də yarış təqviminə ən son əlavə olunan Bakı üçün hazırlaşmağa az vaxt qalıb.
 

Formula 1-in yeni ölkəyə qədəm qoymasının hər zaman müsbət yönləri var. Yeni məkanlarda bu idmana böyük marağın olduğunu göstərir ki, bu da olduqca əhəmiyyətli məqamdır. Yarış təqviminə son əlavə olunan Ostin, Meksika və Rusiya kimi məkanlar böyük uğur göstərərək bunu sübut etdi və Azərbaycanın da oxşar trendi davam etdirməməsi üçün heç bir səbəb yoxdur. Ümidvarıq ki, burada keçiriləcək yarış bu yeni trekin tarixi üçün yaxşı bir başlanğıc olacaq.
 

Trek uzun sürətlənmə xəttlərindən və kəskin döngələrdən ibarətdir. Dizayn baxımdan Bakı treki Sinqapurdakına oxşayır və burada şəhər trekinə məxsus xüsusiyyətlər öz əksini tapıb. Bununla yanaşı trekdə olan bəzi geniş döngələr də pilotlara ötmək imkanı verəcək. Avtomobilin və təkərlərin trekdə necə davranacağı isə hələlik bəlli deyil və yarış ilk dəfə keçirildiyi üçün heç kimdə treklə bağlı ilkin məlumat yoxdur. Bu, bizim gözlədiyimiz çətinliklərdən biridir. Biz böyük ruh yüksəkliyi ilə Azərbaycana gəlirik və yüksək mübarizə ortaya qoyacağımız növbəti yarışı səbirsizliklə gözləyirik".

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“Şahdağ”ın I Diviziona buraxılmamasının əsl səbəbi məlum oldu - ÖZƏL!
"Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
"Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
Regional Liqa necə olmalıdı: “Rekord.az”dan AFFA-ya təklif!
AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
"Göyəzən" fəaliyyətini dayandırdı!
RƏZALƏT: "İnter" xanımları zorla stadiona gətirir

Xəbər Lenti
20 Sentyabr 2017
13:00 "Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
12:40 İvan Rakitiç: “Robert Prosineçki olmaq istəyirdim”
12:21 Super Liqa klubunda yeni baş məşqçi
12:00 Avropada ən yaxşı gənc futbolçu adına namizədlər - SİYAHI
11:30 60 illik yubileydə 6:6 hesablı heç-heçə
11:00 Aqil Nəbiyev: "AFFA neçə kluba baxa bilər?" - MÜSAHİBƏ
10:00 "Bakı"ya yeni sponsor tapıldı?
00:10 Eratlı “Duysburq” səfərdən 1 xalla döndü
19 Sentyabr 2017
23:26 Nazarovun komandası “Kayzerslautern”ə qalib gəldi
22:23 “Qarabağ” “Kəpəz”ə də uduzdu
22:04 AVRO-2017: Millimizin rəqibi heyətini açıqlayıb
21:41 Ziya oynadı, komandası Hollandiya Kubokunda mərhələ adladı
20:05 “Şüvəlan” “Xəzər”ə qalib gəldi
19:23 Millimiz yenə italyanlarla bacarmadı
18:48 Yığmamız Avropa birinciliyində iştirak edəcək
18:00 "Energetik" Regional Liqada oynamaq istəyir
17:45 Premyer Liqada 6-cı turun oyun cədvəli
17:30 6-cı turun oyun cədvəli bəlli oldu
17:15 PFL “Kəpəz” – “Səbail” matçının yerini dəyişdi
17:00 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
16:48 “Sumqayıt” – "Qarabağ" matçının vaxtı açıqlandı
16:22 Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
16:00 Çempionlar Liqasının finalı Bakıda olacaq?
15:54 Elxan Məmmədov: “Qərar sabah məlum olacaq”
15:48 “Kəpəz”in baş məşqçisi yeni məqsədini açıqladı
15:31 Millimizin 7 velosipedçisi dünya çempionatında
15:00 Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
14:12 Rauf Əliyev oynadı, “Kukesi” xal itirdi
14:05 “Qarabağ” - “Roma”: 45 000 bilet satılıb!
14:00 Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
13:45 Sloveniyada tarix yazan cüdoçularımız Bakıya döndülər VİDEO
13:22 “Qəbələ”dən ardıcıl 5-ci qələbə
13:00 "Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
12:34 Araz Abdullayev APOEL üzərində qələbəyə sevindi
12:22 “Binə”dən daha 2 transfer
12:12 “Qazprom”dan “Rekord.az”a təşəkkür məktubu gəldi!
12:00 Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
11:00 "Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
10:00 "Neftçi"nin prezidentini SOCAR-a çağırıb danladılar və dekabra kimi vaxt verdilər
18 Sentyabr 2017
23:30 "Sumqayıt"ın və "Xəzər Lənkəran"ın sabiq üzvü qəzaya düşdü
22:50 Ümudünya Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək
21:33 Azərbaycan millisi Nalçikə yollandı
20:23 “Roma” ilə matçı stadiondan izləməyə hazırlaşanların nəzərinə
20:00 Dibala Messi ilə müqayisə olunmaq istəmir: "O, bir əfsanədir"
19:30 Yığmamız Avropa birinciliyində mübarizəyə başlayır
19:25 Runi 2 il maşın sürə bilməyəcək
18:43 "Anderlext"in baş məşqçisi qovuldu
18:22 Azərbaycan - Çexiya matçı 50 manata
18:13 “Beşiktaş”ın futbolçuları milli komandamıza çağırıldı
18:00 "İnter" rəhbərliyi söz verdi: sabah maaş olmalıdır
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.