Ucuz təyyarə biletləri

Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı - FOTOLAR

Tarix:  16.06.16 14:06           Yazar:             Oxunub: 164 dəfə

2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb. Azerisport.az xəbər verir ki, Avropa Qran Prisinin rəsmi elçisi Bakı turuna Formula 1 təqviminə ən son əlavə olunmuş şəhər trekinin Start/Finiş xəttindən başladı və şəhər gəzintisinə Azərbaycanın təkrarolunmaz milli xalçaçılıq nümunələrinin toxunulduğu Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam edib.


Azər-İlmə zavodu dünya miqyasındə ən yaxşı, eləcə də məşhur xalçaları müasir texnologiya və qədim texnikanın vəhdəti ilə toxuyaraq Azərbaycanda ənənəvi olan xalça sənətinin bir evinə çevrilib. Xalçaçılıq mərkəzinə səyahət zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışının təbliğatı ilə bağlı verdiyi töhfəyə görə Fernando Alonsoya təşəkkür məqsədilə ona xalça hədiyyə olunub.


Formula 1 üzrə ikiqat dünya çempionu daha sonra 16 hektara yaxın ərazisi olan və dünyaca məşhur memar Zaha Hadid tərəfindən ərsəyə gətirilmiş Heydər Əliyev Mərkəzinə baş çəkdi və mərkəzin fərqli, o cümlədən dalğavari memarlıq quruluşunu qeyd edərək heyrətini ifadə edib. Mərkəz Azərbaycan mədəniyyətini və xalqın gələcəyə olan nikbinliyini əks etdirən mədəni tədbirlərə ev sahibliyi etmək üçün inşa edilib. Burada keçirilən tədbirlər və nümayiş olunan sərgilər müasir Azərbaycanın intellektual həyatında əhəmiyyətli rol oynayır.


Heydər Əliyev Mərkəzinə səyahətdən sonra Fernando Alonso Dalğa Plazada öz azarkeşləri ilə görüşüb. Daha sonra Alonso, ona Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş dağ velosipedi ilə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edərək şəhərlə yaxından tanışlığına davam edib.


Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso, şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlığından sonra trekdə olan mühüm dəyişiklərlə bağlı öz təəssüratını bizimlə bölüşüb:


“Yenidən Bakıda olmaq möhtəşəm hissdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azər İlmə Xalçaçılıq Mərkəzinə və Heydər Əliyev Mərkəzinə səyahətim məni Azərbaycanın ecazkar mədəniyyətinin zəngin tarixi ilə tanış etdi. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm".

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Samir Əliyevin yalanı: "Səbail" legioner transfer etdi!
"Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
"Sumqayıt"dan növbəti transfer!
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı indi "Mil Muğan"a keçir
"Neftçi"də boş qalmış bu posta yaxın duran yoxdur
"Qəbələ" daha bir legioneri göndərdi
"Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
"Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
Hücumçumuz "Fənərbaxça"da

Xəbər Lenti
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdiyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
14:20 Azərbaycan Almaniyaya qarşı
13:44 AFFA-dan yarım milyonluq mükafat
13:27 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
13:13 Kvekveskiri "Tobol"da - 1,5 illik müqavilə
13:00 "İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi
12:43 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
12:22 II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşdi
12:04 ŞOK! Karate Federasiyasının vitse-prezidenti məclis vaxtı dünyasını dəyişib!
12:00 Rəşad Eyyubov: "Şəhərdə hər kəs ona hörmət edirdi" - VİDEO
11:51 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
11:00 Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb? - Cüdoçumuzdan şok açıqlama
09:36 Komandamız ilk oyununda belə məğlub oldu - FOTOSESSİYA
00:45 "Mançester Yunayed" Avropa Liqasının qalibidir!
24 May 2017
20:22 Yığmamız Türkiyəyə uduzdu
18:00 "Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
17:00 "Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
15:35 Hücumçumuz "Fənərbaxça"da
15:00 AZAL "Zirə"yə 500 min pul ayırıb?
14:22 Adı və uğurları ilə kifayətlənməyən "Qarabağ" - Gələcəyə hesablanmış addımlar - YAZI
14:00 "Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
13:25 AFFA yanında Media Komitəsinin bəyanat yaydı
12:00 "Qəbələ" daha bir legioneri göndərdi
11:57 Azərbaycan ilk yoldaşlıq oyununda Bolqarıstana uduzdu
11:51 Qapıçı məşqçilər üçün seminar keçiriləcək
11:14 Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”
11:00 "Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
10:41 "Qarabağ" italyan hücumçu alır?
10:00 "Kəpəz" "Turan Tovuz"un daha bir futbolçusunun heyətinə qatdı
23 May 2017
23:30 "Qəbələ"dən Qriqorçuk açıqlaması: "Dinamo"ya gedir, yoxsa "Qəbələ"də qalır?
22:38 "Real" 16 yaşlı futbolçu aldı
22:37 Millimiz mundialda mübarizəyə başlayır
22:00 "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi
21:11 Mayk Tayson Bakıya gəlir!
20:00 İradə Aşumova oğluna çatacaq pulun 225 minini aldı: "Qoparacam əlindən, narahat olmayın" - MÜSAHİBƏ
19:00 Samir Əliyevin yalanı: "Səbail" legioner transfer etdi!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.