Ucuz təyyarə biletləri

“Dalğa”da batırılan “Kəpəz”

Tarix:  21.07.16 11:07           Yazar:  Amal Abuşov           Oxunub: 1002 dəfə

“Admira Vakker”lə oyundan əvvəl keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “biz orda döyüşü uduzduq, müharibə sabahdı. Əsas odu müharibəni uduzmayaq” demişdi. Şahin bəyin komandası Avropa Liqasında yoluna davam edə bilmədi. Amma müharibəni onlar uduzmadı. Müharibəni uduzanlar dünən axşam özlərinə əziyyət verib Mərdəkana gəlməyi lazım bilməmişdilər.

 

İllərdi “Kəpəz”i bu biganəlik, baxımsızlıq, ötür-ötür oyunları haldan salmış, futbol ailəsindən silmişdi. Ötən il Gəncəyə “böyük futbol” qayıdanda sevincliydik. Azərbaycan futbolunun göz bəbəyi sayılan şəhərə top oyunun qayıdışı gözlərimizdə ümid qığılcımı yaratmışdı. “Kəpəz”i həyata qaytaranların ən doğru qərarı komandanın “sükanı”nı Şahin Diniyevə tapşırmaları oldu. Bununla da vəzifələrini bitmiş saydılar. Davamını gətirmədilər. 

 

Bu yaxınlarda klubun Müşahidə Şurasının onlara yönələn tənqidlərə cavabını oxuyuram - “stadiona AFFA-nın verdiyi oturacaqları yapışdırdıq, yeni transferlərin maaşını ödədik, azarkeşlər üçün avtobus tutduq...” Əzizlərim, etdiklərinizin hamısına görə sağ olun. Üzərinizə düşən işlərin bir qisminin öhdəsindən gəlməyə çalışmısız. Bəs sonrası? Etmədiklərinizə görə məsuliyyəti kim daşıyır? Hacıkənddə tikildiyi deyilən bazanın təməlini qazmısınızmı? Özüm də son illərdə Gəncədə bir neçə dəfə olmuşam. Şəhərin parklarının daş örtüyü dəfələrlə yenilənib, küçələrin işıqları dəyişdirilib, yeni tikililər inşa olunub. İnandırım sizi, parklara, daş səkilərə xərclənən, həmin adla silinən pulların yarısının yarısı Gəncə stadionunun normal vəziyyətə salınmasına, “Daçiya” ilə “Admira Vakker”in doğma meydanda qəbul edilməsi üçün şərait yaradılmasına yetərliydi.

 

Etmədiniz, etmək istəmədiniz.

 

Adını da qoyurlar stadion şəhər icra hakimiyyətinin balansında deyil. Sadə azarkeşi sizin bürokratiya nağıllarınız maraqlandırırmı? Onlara sevimli komandalarının uğuru, Azərbaycanın ən köklü klublarından birinin avrokuboklarda layiqli çıxışı lazım idi. Bunun da məsuliyyəti kluba rəhbərlik edənlərin, hər xırda uğur qazanılanda sinəsini irəli verənlərin üzərindədi.
Heç kim məndən inciməsin. Şəhriyar Rəhimov, Nicat Qurbanov, Ceyhun Cavadov kimi futbolçular bir neçə il bundan əvvəl Azərbaycanın ortabab klublarında ehtiyat oyunçular skamyasının sakinləri sayılırdı. Böhran başlamasaydı, indi də elə olacaqdı, avrokuboklarda iştirak edən hansısa təmsilçimiz 6 orta səviyyəli azərbaycanlı futbolçunu start heyətə daxil etməyəcəkdi. Amma Diniyev bu futbolçulardan belə yararlanmağın mümkünlüyünü, onlara inanmağın vacibliyini hamımıza isbatladı. Heç şübhə etmirəm ki, “Kəpəz” doğma meydanda, 20-25 min azarkeşin qarşısında olsaydı, Avstriya təmsilçisi keçilməz sədd olmayacaqdı. Dünyanın işinə bax, “Kəpəz”in “Rəvan”la oyununa 15 min azarkeş gəlirdi, amma mövsümün ən vacib qarşılaşmasında tribunada olanların sayı bundan 10 dəfə az idi.

 
Normal hazırlıq təşkil etmədiniz, Gəncə stadionunu hazırlaya bilmədiniz, azarkeşləri Bakıya aparacaq avtobuslar kirayələmədiniz. “Kəpəz”in oyunlarını “Bayıl Arena”da, yaxud “İnter”in meydanında keçirmək də mümkünsüz, çətin tapşırıq idi? Artıq rahat nəfəs ala bilərsiz, sizi narahat edən olmayacaq. “Kəpəz”in “Dalğa”da batırılması” planı uğurla yerinə yetirildi!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Şehiçin "kitabı" bağlandı
Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
“Binə”nin varlı sponsoru
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
Bir vaxtlar millinin bazası olan stadion məhv olub gedir - FOTOLAR
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
“Fakel” erməni ilə müqavilə bağladı, Samirlə yox
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
"Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
Eddi İsrafilov Prosineçkiyə lazım deyil?

Xəbər Lenti
27 İyun 2017
17:41 Bundesliqa klubunda yeni hücumçu
17:21 Cavid İmamverdiyev: "Sumqayıt"da olduğum üçün şadam" - VİDEO
17:00 "Neftçi" Həvəskarlar Liqasında yarışan komanda ilə yoxlama görüşü keçirəcək
16:40 "Neftçi" hazırlığa start verdi - VİDEO
16:21 Məşhur İtaliya klubu satışa çıxarıldı
15:45 PSJ dəli olub?
15:22 "Mladost" "İnter" üçün heyətini açıqladı
15:00 "Sumqayıt" Türkiyənin Super Liqa klubu ilə qarşılaşacaq
14:41 "Fənərbaxça"nın sabiq üzvü yenidən Türkiyə klubuna qayıtdı
14:38 Millimizin iki üzvü Avropa Liqasında ən yaxşılar sırasında
14:21 "Real"dan "Real Sosyedad"a
14:00 "Səbail" Gürcüstanın I Divizionundan futbolçu transfer edir?
13:40 Norveç millisinin əfsanəsi karyerasını başa vurdu
13:21 "Çelsi" forvardını Fransa klubuna satdı
13:00 Ehtiyatlı olun, "Qəbələ"nin yeni transferi elə yerdən yapışır ki... - VİDEO
12:42 Burak Yılmaz qovuldu
12:20 Altıntop Almaniya klubu ilə yollarını ayırdı
12:00 "Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
11:40 "İnter" Belqrada çatdı
11:20 "Qarabağ" onuncu günü iki məşqlə başa vurdu
11:00 Samir Məsimov erməni ilə bir komandada oynayacaq?
10:30 "Barsa"nın təmiz qolunu saymayan hakim ən yaxşı oldu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
26 İyun 2017
21:00 "Qəbələ"dən Polşa klubuna
20:00 Daha 2 taekvondoçumuz DÇ-də fiasko ilə üzləşdi
19:30 Millimizin üzvü üçün erməni baş məşqçi
19:00 Sinan Öztürk: "İşlərimiz plan üzrə davam edir"
18:15 "Differdanj"ın Bakıya gələcək heyəti açıqlandı
18:00 Bir vaxtlar millinin bazası olan stadion məhv olub gedir - FOTOLAR
17:30 "Neftçi" də başladı - FOTOLAR
17:00 “Binə”nin varlı sponsoru
16:30 Premyer Liqa klubunda yeni baş məşqçi
16:00 "Zirə" və "İnter"in ev matçları canlı yayımlanacaq!
15:30 Nazarovun komandası 24:0 hesablı qələbəyə sevindi
15:00 Eddi İsrafilov Prosineçkiyə lazım deyil?
14:30 "Qarabağ"ın ÇL hazırlığı davam edir - VİDEO
14:00 “İnter”in baş məşqçisi “Qarabağ”la bağlı məlumatları “Samtrediya”ya ötürür?
13:21 Kasilyas "Milan"a keçir?
13:00 “Fakel” erməni ilə müqavilə bağladı, Samirlə yox
12:40 Mario Balotelli "Nitsa" ilə müqavilə imzaladı
12:21 Bundesliqa klubunda yeni qapıçı
12:00 Şehiçin "kitabı" bağlandı
11:40 Çili - Avstraliya - 1:1 - VİDEO
11:20 Almaniya - Kamerun - 3:1 - VİDEO
11:00 Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
10:30 Komandasını elitaya çıxardı, karyerasını başa vurdu
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.