Ucuz təyyarə biletləri

“Qarabağ”ın yenilgisindən nə nəticə çıxarmalıyıq?

Tarix:  03.08.16 11:08           Yazar:  Kənan Məstəliyev           Oxunub: 1093 dəfə

Çempionlar Liqası bir ölkənin futbolu üçün zirvədi. Bunu hamımız bilirik, həqiqət kimi qəbul edirik. Təəssüf ki, bu həqiqət bizim çox yalanlarımızı ortaya çıxarır. Cəmiyyət olaraq inandığımız, ancaq əslində, yalan olanları…

 

Biz – futbol azarkeşləri, futbol camiəsi, elə futbol jurnalistləri də çox sadəlövhük. İdeallara inanır, hər məğlubiyyətdən sonra ümid itirmir, yenidən özümüzü “hər şey yaxşı olacaq” cümləsi ilə ovudub yaşıl düzbucağın ətrafına toplaşır, sehrinə təslim oluruq. Dualar edir, hirslənir, emosiyalara qapılır, ağlayır, ölür, dirilirik. Ölümdən dönürük, ancaq ağlımız başımıza gəlmir, yenidən bu “ölüm”ün gözünə baxmaqdan qorxmuruq. Ən əsası isə soyuqqanlı ola bilmirik. Çünki…

 

Çünki azarlıyıq. Birimiz futbol, birimiz adrenalin, birimiz vətən azarlısı…

 

Qarışıb hər şey bir-birinə.

 

Hələ 2012-ci ilin payızında “Neftçi”nin “Rubin”lə matçın oyunsonrası mətbuat konfransında Böyükağa Hacıyev jurnalistlərdən “Bizdən hara qədər getməyimizi tələb edirsiz” sualına “Avroliqanın finalına qədər” cavabını eşitmişdi. Onun cavabı isə mənə görə çox möhtəşəm idi: “Siz buna hazırsızmı?”

 

Hacıyevin son sualı Azərbaycanın bir ölkə olaraq belə qələbələrə hazır olmadığına işarə idi. O, həm biz jurnalistlərin, həm də təmsil etdiyimiz Azərbaycan ictimaiyyətinin böyük zəfərləri hələ ki, haqq etmədiyini demək istəyirdi sətiraltı.

 

Düz deyirdi.

 

Bir ölkədə cəmiyyət hansı durumdadısa, onun futbolu da eyni durumdadı. Azərbaycanda səhiyyə, təhsil, iqtisadiyyat, ümumiyyətlə çox şey bərbad gündədi. Normal savadı, sağlamlığı, yeməyi-içməyi, istirahəti, əyləncəsi olmayan cəmiyyətin təmsilçisi Çempionlar Liqasının qrupunda niyə olmalıdı ki? Hə, niyə də?

 

Yaltaqlığın, geri fikirliliyin, korrupsiyanın baş alıb getdiyi cəmiyyətin harasına yaraşır bu zirvə? Nəyimizi göstərəcəyik o zirvədən ətrafa?

 

“Qarabağ”ın dünənki yenilgisindən sonra yaşadığım üzüntünü özümü tanıyandan həyatımda yaşadığım ən böyük futbol üzüntüsü idi. Bu yazını da zorla qələmə almışam. Təəssüfümü, narahatlığımı dilə gətirmək, bölüşmək üçün. Çox nikbin adam olsam da, bu nikbinlikdən getdikcə heç bir əlamət qalmır. Hər keçən gün, hər keçən oyundan sonra alınan zərbə geriyə atır məni. Yoruluram bu mübarizədən.

 

“Viktoriya” məğlubiyyətində Qurban Qurbanovun da, oyunçuların da, klub rəhbərliyinin də, biz jurnalistlərin də günahı var. Cəmiyyət olaraq yenildik dünən. Başımız yenə daşa dəydi.

 

Dəydi-dəyməyinə, ancaq bir nəticə çıxartdıqmı bundan?  

 

P.S.: Çempionlar Liqasının himni və 3 dildə olan mətnini tərcümə edib atıram bura. Qulaq asaq, oxuyaq, nəticə çıxaraq, dostlar! Çıxış yolumuz yalnız budu…

 

Onlar ən yaxşılardır
Onlar ən yaxşılardır
Ən böyük mərasim üçün!

Ustalar
Ən yaxşılar
Ən böyük komandalar
Çempionlar!

Böyük toplantı
Böyük idman mərasimi
Ən böyük mərasim!

Onlar ən yaxşılardır
Onlar ən yaxşılardır
Onlar çempionlardır!

Ustalar
Ən yaxşılar
Ən böyük komandalar
Çempionlar!
 
Ustalar
Ən yaxşılar
ÇEMPİONLAR!

Şərhlər
reskator
bizim müdafiəçilərimiz başla çox zəif oynayırlar.Bu da sübut!!!
Seymur
Metbuatın ve AFFA nın Qarabağa gösterdiyi isti münasibeti o biri komandalara da gösterilse mene ele gelir Azerbaycan futbolu coxdan düzelerdi...Hele bil Bizim futbol tekce Qarabağdan ibaretdir...
Zaur.
Bow bow werh yazmayin. Qarabaga olan munasibet filan yox. Munasibet neftchiye vardi, ona gore de bu gun yox veziyyetindedir. Uduzmagin sebebi chox. Esas sebeblerden biri ise Qarabagin ölke chempionatinda reqibsiz olmasidir
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”

Xəbər Lenti
24 Fevral 2018
16:00 “Qəbələ” “Səbail”ə qarşı - YENİLƏNİR
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
14:41 "Zaqatala" - "Mil-Muğan" 2:0 - VİDEO
14:21 “Neftçi” - “Zirə” oyunu 1 manata
14:00 Yunis Hüseynov 1 il vaxt istəyib
13:45 Donnarumma PSJ-ə keçir?
13:23 Ramos ən kobud futbolçudur
13:00 Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
12:42 "Azərbaycan millisi Moldovadan güclüdür"
12:20 Topaz Premyer Liqasında 17-ci turun bütün təyinatları
12:00 Rəşad Sadıqov: "Taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin"
11:48 “Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı 10 klubu arasında
11:22 Avroliqada gecənin qolları - VİDEOLAR
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.