Ucuz təyyarə biletləri

Diniyevin cəzasını kim verəcək?

Tarix:  09.08.16 11:08           Yazar:  Amal Abuşov           Oxunub: 1123 dəfə

Ötən mövsümün sonuncu turu Ramil Diniyevin şousu ilə “əlamətdar” olmuşdu. Karyerası yanlış qərarlarla, kobud səhvlərlə zəngin olan fit sahibi Tural Cəlilovun Ruslan Tağızadəyə qarşı kobudluq etdiyi qənaətinə gəlmiş, “Xəzər Lənkəran”ıın qapısına haqsız penalti təyin etmişdi. Onun bu “quş”unun sorağı ölkəmizdən kənarlara da yayıldı. Dünyanın dörd bir yanında “azərbaycanlı hakimlərin səviyyəsi budu, orda ədalət təmsilçiləri yuxarıların çaldığı havalara oynayırlar” deyib, bizi məsxərəyə qoydular.

 

Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun davranışları isə daha biabırçı idi. Əvvəlcə “Diniyevin qərarı haqlıdı, Tural “Rəvan””ın futbolçusunu dirsəklə vurub” dedi. Daha sonra da “qələti”ni düzəltməyə çalışdı, epizodu telefonunun ekranından yaxşı görmədiyi haqda nağıllar uydurdu. Amma “quş” ağızdan uçub getmişdi. Ondan sonra kimsəni inandıra bilməzdin ki, Ramil Diniyev “Xəzər Lənkəran”a qarşı qərəzli davranmayıb, cənub təmsilçisinin elitanı sonuncu komanda kimi tərk etməsi üçün özünə əl qatmayıb. Sizin də yadınızda olar. Əliyar Ağayev “Neftçi”ylə “Qəbələ”nin qarşılaşmasında səhvə yol vermiş, əyalət təmsilçinin haqlı penaltisini verməmişdi. İkili standartları sevən Xəqani bəy həmin vaxt dünya futbolunun tarixində görünməmiş olayın ssenari müəllifinə çevrildi. İstedadlı FİFA referisini mətbuat konfransı keçirməyə, jurnalistlərin gözü qarşısında səhvini dilə gətirib, üzr istəməyə məcbur etdi. Amma Ramil Diniyevin daha böyük qalmaqala səbəb olan biabırçı qərarından sonra oxşar mətbuat konfransı düzənlənmədi, günah sahibininin publika qarşısında səmimi etiraflar etməsinə şərait yaratmadılar. Düşünürdüm ki, Diniyev səhvinin cəzasını çəkəcək, yeni mövsümün startından sonra 3-4 tur onu yaşıl meydanlarda görüb, yaramızın qaysağını qopartmayacağıq. Normalda belə olmalıydı, mövsümün sonunda kobud səhvə yol verən referi cəzasını çəkməli, ağlını başına toplamalıydı. Di gəl ki, bizim saydığımız Hakimlər Komitəsinin əziz sədrinin saydıqlarıyla üst-üstə düşmədi. Ramil elə ilk turdaca meydana çıxdı və oyunun nəticəsinə bilavasitə təsir edəcək kobud səhvin müəllifinə çevrildi. Gözünün önündəki epizodu düzgün qiymətləndirməyən istedadsız referi onsuz da yaxşı günlərini yaşamayan, çətinliklə ayaqda duran AZAL-ın halalca qolunu saymadı.

 

Maraqlıdı ki, Diniyevin bu dəfəki kobud səhvinə PFL prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədov da canlı şahid oldular. Səlahiyyət sahibləri də gördülər ki, “təyyarəçilər”in tər-təmiz qolu məhz Ramilin “yaxşı görməməsi”, öz vəzifəsini yerinə yetirib, baş hakimə doğru qərar verməkdə kömək etməməsi üzündən sayılmayıb. Bu dəfə Diniyev cəzalandırılmasa, onun əzizləndiyi, konkret tapşırıqla oyunlara göndərildiyi haqda yəqinlik yaranacaq. Necə olur ki, ondan qat-qat istedadlı hakimlər ən xırda səhvə görə cəzalanır, 3-5 oyun elitaya təyinat almırlar, amma mövsümün bağlanış və açılış oyunlarını öz səhvləriylə “bəzəyən” Diniyev cəzasız qalır? Onun cəzasını yerdə verin ki, iş göydəki kişiyə qalmasın. Allah işə qarışanda bəndələrin işi çətin olur!

Şərhlər
fanat
tamamiyle duzgun yazmisiz.Coxsaqolunki bele yazilari yazib gormeyenleride ayildirsiz.Twkler
Samir Rzayev
Duzgun buyurmusuz.Belelerime lazimdi dersi vermek lazimdir, amma harda....He birde sonuncu cumleni duzgun wekilde yazmamisiz, Estafullah goydekinin goyde olmasini ustelikde kiwi oldugunu hardan bilirsiz?!
seymur
Düzdür hamı bilir ki hakimleri tapşırıqla oyunlara gönderiller bu deqiqdir...Men bir şeyi başa düşmürem neye göre ancaq Neftcinin oyununda olan sehfler bu qeder şişirdilir???Kecen il ilk turda Qebele Qarabağ oyununda birinciler 2-1 önde olarken Rehim Hesenov Qebelenin qapısına olmuyan 11 verdi üstegel qırmızı??? Qarabağ Neftci oyununda Neftci 1:0 önde olarken Fariz Neftcinin qapısına 11 verdi? Bess bunları neye göre şişirdib bu hedde catdırmırzdız??? Ne vaxta kimi Qarabağı bestiyeceysiz? Bestirinde ona göre de Allah Qarabağı cenpionlar liqinde,avroliqada cezasız qoymur...Siz jurnalisler hec bir komandaya sinpatiya beslememelisiz hamısına eyni gözle baxmalısınız.Hele bil Azerbaycan cenpionatı tekce Qarabağdan aslıdır...
Reskator
Bizim Azerbaycanda harass duzgunluk var ki,futboldada olsun? Duzgunluk olsaydi butun federasiya yeniden qurulmalidir.Yigiblar oz Qohum qardaslarini ora ne isteyirler edirler.
sevgifacoesiroman
Seymur,Allah Neftçi və onun azarkeşlərini balzan biabırçılığı ilə pis cəzalandırdı.Hələ şkendiya faciəsin demirəm.Kimdi o Neftçi?Balzanı güc bəla və rüsvayçılıqla keçən.Qarabağın daşı niyə bu qədər ağırdı?İnşaAllah Qarabağlıların yaralı qəlbini daha da yaraladığınıza görə Uca Allah cəzanızı pis verəcək və birinci divizyona Bakı qədöşünüzün yanına gedərsiniz!Allahın əvəzinə danışma burda ,Seymur!Qarabağ avropada sizon Neftçi komi üzümüzü qara etmir ən azından!
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Klublarımızın qış transferləri - YENİLƏNİR
Cəmi 5 saniyə keçmişdi...
Antalyanı Masazıra dəyişdilər
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ

Xəbər Lenti
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.