Ucuz təyyarə biletləri

Elxan Məmmədovun uğursuz menecerliyi

Tarix:  24.08.16 11:08           Yazar:  Amal Abuşov           Oxunub: 839 dəfə

Elxan Məmmədovla Robert Prosineçki qollarını çirmələyib Elnur Cəfərova klub axtarışına çıxıblar. Bu dəfə hədəfdə Robinin vətəni Xorvatiyadı. Deyilənə görə bir ilə yaxındı rəsmi oyun keçirməyən, U-19 millimizin ardınca “Tondela”nın düşərgəsində qovulan Cəfərova Xorvatiyadan iki klub elçi düşüb. Qara qaşına, ya da gözünü vurulublar. Başqa ehtimalım yoxdu. Adamlar Elnurun oyununu harda görünüb bəyəniblər, onun haqqında necə məlumat toplayıblar? Məlum məsələdi ki, işə Prosineçkinin əlaqələri yarayıb. Bütün yay boyu ölkəsində dincələn Robi tanış-bilişinə “sən öl-mən ölüm vurub”, onları Elnuru klublarının düşərgəsinə dəvət etmələrinə, qışa qədər qonaq saxlamağa razı salıb. AFFA-nın baş katibi də jurnalistlərin önünə çıxıb, xalqımıza müjdə verməyə tələsib. Adamlar başa düşmürlər ki, meydanda top dalıyca qaçmayan, öz oyunuyla məşqçilərin “gözünə girməyən” futbolçunu lap əminin oğlunun klubuna transfer edib, üstündə şirinlik də göndərsən də, xeyri olmayacaq. 3-5 aydan sonra həmin futbolçu əli ətəyindən uzun üstünüzə qayıdacaq. 

 


Ruslan Qurbanovun başına gələnləri nə tez unutduz? Elnurdan fərqli, Ruslan “Neftçi”nin heyətində pis-yaxşı daim oynayırdı, ölkə çempionatında fərqlənənlərdən idi.  Bu qədər keyfiyyəti belə ona “Hayduk”da möhkəmlənməyə kifayət etmədi. Ruslanın üzü üzlər görmüşdü, Dağıstandan Bakıya gəlib, Azərbaycanın “xalq komandası”nda özünə yer edənə qədər xarakteri də bərkimişdi. Futbolçunun dəstəkçisi kimi olursa-olsun, öz “qabında” da nəsə olmasa, şəxsiyyət kimi formalaşmasa xeyri yoxdu. Bu mənada Elnur Cəfərovla Ruslan Qurbanov arasında müqayisə aparmaq da yersizdi. Elnur qısa müddətdə yanıb-sönən aldadıcı parıltıdan başqa bir şey deyil. Ömrü boyu heç Lənkərandan kənara da düz-əməlli çıxmayıb, “Xəzər Lənkəran”dan savayı heç bir klubda normal futbol oynamayıb. Üstəlik, xorvatlar portegizlərdən daha qaynar, içkiyə və əyləncəyə meyilli millətdilər. Birdən Xorvatiya klubunun baş məşqçisi də ona ölkəsinin hansısa xoş günündə bir qədəh şərab uzatsa, necə olacaq? Yoxsa, “başına gələn başmaqçı olar” məsəlindəki kimi Elnur onun əlindən qədəhi alıb, başına çəkəcək? Hərlənəcək-fırlanacaq, Elnur ordan da qayıdıb, uzağı “Sumqayıt”da forma geyənəcək, günlərini yola verəcək. Dünyanın işini bilmək olmaz, Samir Abasovun tərs damarı tusa, Elnuru komandasında görmək istəməsə, növbəti dayanacaq “Səbail” də ola bilər. 

 


Bir dəfəlik etiraf edin ki, menecerlik, xarici klublara azərbaycanlı futbolçu transfer etmək sizin işiniz deyil. Ucuz təbliğat vasitəsi kimi bacarmadığınız işin qulpundan yapışmısız. Elnur Cəfərovu min əziyyətlə, bir ətək pulla yetişdirən “Xəzər Lənkəran”ı xaraba qoyub, belə şoularla bizim başımızı qatmayın. Bir işin mayası haramçılıqla yoğruldusa, ondan xeyir tapmaq olmaz. Ara yerdə Azərbaycan futbolu istedadlı gənclərindən birini itirmək üzrədi. Elnur qışda doğma “Xəzər Lənkəran”ı çətin vəziyyətdə qoyub, sizin felinizə uymasaydı, indi formasını itirməz, ömrünün ən yaxşı günlərini mənasız transfer dedi-qodularına, uğursuzluqları ört-basdır etmək üçün yalanlara uydurmağa sərf etməzdi.

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
"Göyəzən" dağılır?
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
“Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
"Neftçi" "Zirə"ni məğlub etdi
Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu

Xəbər Lenti
24 İyul 2017
00:30 "Qəbələ" artıq Afinadadı
23 İyul 2017
23:30 "Tottenhem" - PSJ 4:2 - VİDEO
23:00 Boksçularımızdan 3 medal
22:30 "Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
22:15 “Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
22:00 Nazarov "Antalyaspor"a qarşı oynadı
21:35 Tahir Gözəl: "Yeni transferin olacağına inanmıram" - MÜSAHİBƏ
21:30 Lam Almaniyada ilin ən yaxşı futbolçusu seçildi
21:00 "Qəbələ"nin yunanlarla ilk oyunu ispana tapşırıldı
20:38 "Qarabağ"ın fan-şopu açıldı - FOTO
20:30 "Çelsi"də yeni kapitan
20:00 Super Liqa klubunda isveçrəli yarımmüdafiəçi
19:30 "Real"ı "Mançester Siti"yə dəyişdi
19:00 Sabiq "Latsio"lu rəsmən "Roma"da
18:30 Eddi İsrafilov “Kadis”ə qələbə qazandırdı - VİDEO
18:00 Ramil Həsənov: "Sumqayıta daha yaxşı vəziyyətdə qayıdacağıq" - VİDEO
17:30 “Sumqayıt” “Sivasspor”a qarşı
16:30 Belçika Superkubokunun qalibi müəyyənləşdi
15:30 Arnautoviç rəsmən Premyer Liqa klubunda
14:30 "Qarabağ"ın rəqibi xal itirdi
13:30 Millimizin üzvü ehtiyatda qaldı
12:30 Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu
10:30 Ramil Şeydayevli "Jilina" yeni mövsümə məğlubiyyətlə başladı
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.