Ucuz təyyarə biletləri

Əsl biabırçılıq o deyil, cənab Vahabzadə

Tarix:  07.09.16 12:09           Yazar:  Amal Abuşov           Oxunub: 1032 dəfə

Taleyin qismətidi. "Rekord.az" oxucularının ixtiyarına verdiyim sonuncu yazımda Elnur Cəfərovdan, AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarətində olan menecer dəstəsinin bu yeniyetmənin başına açdığı oyunlardan yazmışdım. Dəyərli oxucularımızın diqqətinə çatdırmışdım ki, məlum qruplaşma istedadlı futbolçunun yaxasından tutub, ora-bura dartmaqla onun həyatının ən yaxşı günlərini boşa xərclədi. Qış fasiləsi ərəfəsində onu adam içinə çıxaran, top oyunun sirrlərini öyrədən doğma klubu “Xəzər Lənkəran”ın şərəfini qorumaqdan imtina edən Cəfərov, o vaxtdan bəri normal məşq və oyun üzünə həsrət qalıb. Diqqət yetirin, noyabr ayında Nazim Süleymanov onu milli komandanın heyətindən kənarlaşdırmışdı. Üstündən iki ay keçməmiş “Xəzər Lənkəran” da onu daxili nizam-intizam qaydalarını pozduğuna görə transferə çıxardı. 


Artıq öz xarakteriylə məşhurlaşmağı “bacarmış” Elnura Azərbaycanda qucaq açan klubun tapılmayacağı məlum məsələydi. Bir müddət unudulan lənkəranlı oğlanı AFFA Portuqaliyaya göndərdi. Məkan fərqli olsa da, aqibət eyni oldu. İndi də sorağı Xorvatiyanın adı-sanı bilinməyən, aşağı liqada gün keçirən “Duqopolye” klubuna pənah aparıb. 9 aydan çoxdu beynində futboldan kənar hər şey olan, öz karyerası barədə zərrə qədər də narahatçılıq keçirməyən futbolçunu Yaşar Vahabzadə millinin heyətinə çağırıb. Hələ bu azmış kimi, həmin Cəfərovu ilk dəqiqələrdən meydana buraxırlar. Gözünə döndüyüm Elnur da məni haqlı çıxarmaq üçün əlindən və ayağından gələni etdi. Futboldan bixəbər futbol başbilənlərinə bir daha isbatladı ki, dəniz kənarında ora-bura qaçmaqla işini bitirib, bütün günü çayxanada qəlyan çəkən adam nə qədər istedadlı olsa da, meydana çıxan kimi rəzil olmağa məhkumdu.


Bütün bunlar böyük biabırçılıq, milli komanda adına ləkədi. Bu mənada Yaşar Vahabzadənin Farerlə oyundakı heç-heçəni biabırçılıq saymamasına təəccüblənmədim. Hakimin final fitindən sonra qeydə alınan hesab təkcə həmin günkü qarşılaşmanın yox, AFFA-nın milli komandanın başına açdığı oyunların, özünə hörmət etməyən məşqçilərin qul psixologiyasını xatırladan davranışlarının nəticəsidi. Milli komandaya bu cür münasibət, sözəbaxan məşqçilərin “yuxarılar”ın tapşırığıyla futbolçuya çağırış göndərməsi əsl biabırçılıqdı. Bu cür prinsiplərlə idarə olunan, formalaşdırılan milli elə “cırtdan” Farerin həvəskarlardan qurulmuş komandasıyla oyunda məğlubiyyətə bərabər heç-heçəyə sevinməyə məhkumdu. Ona görə də mən Yaşar Vahabzadənin oyundan sonrakı mətbuat konfransında dedikləriylə ikiəlli razıyam. Belə alçaldıcı nəticəyə görə üzülməyə, istefa ərizəsi yazmağa ehtiyac yoxdu. Guya, Vahabzadənin getməsi, onun yerinə Surxayzadənin gəlməsiylə nə dəyişəcək? 


“Bakı”nın, “Xəzər Lənkəran”ın yetişdirdiyi 3-5 üzdə olan futbolçu var. Bu gün AFFA onların kölgəsinə sığınır, onları ora-bura göndərməklə ucuz “transfer şou”su düzəldir. Elitada oynayan klublar da belə futbolçuların köməyindən yararlanır. Təsəvvür edin, artıq nə əvvəlki tək əzəmətli “Bakı” var, nə də “Xəzər Lənkəran”. Deməli, sabahımız daha təhlükəli və faciəvi olacaq. Bax, əsl biabırçılıq odu.

Şərhlər
Ismsyil
Vallah-billah siz yazarlara yazigim gelir,onsuzda Elxan Azerbaycan dilin bilmir,onsuzda yazdiqlariniz onun hec vecine deyil,duzdur yazib ureyivizi bowaldirsiz ama ne o nede onun arxasinda duranlar puldan bawqa herif tanimillar,Azerbaycan futbolu hec onun vecinede deyil.Vecine olsaydi Nefitcini o gune qoymazdi.Allah siz yazarlara sebir versin
fanat
Tamamiyle her setri duz yazmisiz.Qurban olsunlar sizin qeleminize ellerinize vallah.Duz soze ne deyek.Yazinda bele yazarlardan yazin qardaw.deyiwiklik olmasada oxuyub utansinlar ister mewqciler istersede adi cekilen futbolcular.Bele yazilari sebirsizlikle gozleyirik
niko
elaaaaa ,doqurdanda beledi.Gerek butun sehfi olan turist futbolcularimizin adin qeyd edesizki bezi futbolseverler oxuyanda yaxindan tanisinlar.Qaldi Yawar Vahabzadeye,oz azerimizdi neynesin yaziq,ona kimi deyirler oda cagirirda aga deyir sur dereye sohbeti)))1ci novbede A millinin baw mewqcisini camadanini eline verib aeraportdan yola salmaq lazimdir redd olsun getsin cindir
sevgifaciesiroman
Narahat olma,Amal Abuşov.Gün o gün olar elitada qalıb al da üzümüzü ağardan iki klubumuz da Bakı və XL nın gününə düşər və sən və bəzi sənin kimi gözü götürməyənlər də arzu-kamınıza çatarsınız.Bakı XL yoxdu,Qəbələ,Qarabağ,İnter,Zirənin uşaq futbol akademiyaları var.Sən narahat olma,uşaq və Milli futboluna oyunçu verəcək klublar tapılar və var.Bakı çl və al da ilk dəfə legioner xəstəliyin salan klubdu bəlkə də.Felips Almeyda,Karqbo,Epalle,kim kim.Biri gedor,o biri qalır və ya onun yerinə gəlir.Dünyada hər şey belədi.Qaldı hansısa fk muzun dağılmasına,çoxlarından fərqli olaraq biz buna üzülüb etiraz etdik.Baxmayaraq ki,bu gün Qarabağ və ya Qəbələnin ayağı, Allah eləməmiş bir balaca büdrəsə,çoxları qurban kəsib sevinər bu Ölkəmizdə.
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Klublarımızın qış transferləri - YENİLƏNİR
Cəmi 5 saniyə keçmişdi...
Antalyanı Masazıra dəyişdilər
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ

Xəbər Lenti
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.