Ucuz təyyarə biletləri

Rauf Məmmədov: "Hindistana uduzmağımız sürpriz oldu"

Tarix:  08.09.16 22:09           Yazar:             Oxunub: 176 dəfə

Şahmat üzrə əsas milli komandamızın üzvü Rauf Məmmədov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib. Rekord.az sizi həmin müsahibə ilə tanış edir.


- Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında artıq 6-cı tura start verilib. Geridə qalan 5 turda komandamızın çıxışını necə dəyərləndirmək olar?
- İlk 4 turdakı çıxışımızı soruşsaydınız, daha yaxşı olardı (gülür). Beşinci turda Hindistana qarşı oyunumuz çətin alındı. İlk 4 turda maksimum nəticə göstərsək də, təəssüf ki Hindistanla görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmadı.


- Yəqin ki Hindistana uduzacağınızı gözləmirdiniz...
- Xeyr, bu məğlubiyyət bizim üçün sürpriz oldu. 1:3 hesabı ilə uduzacağımızı gözləmirdik. Amma qeyd etmək lazımdır ki, Hindistan yığması bu turnirdə çox güclü çıxış edir. İnanılmaz oyun sərgiləyir. Vişvanatan Anand heyətdə yer almasa da, komandanın gənc üzvləri özlərini çox yaxşı tərəfdən göstərirlər. Turnirdən qabaq heç kim Hindistan yığmasından belə oyun gözləmirdi. Harikrişna Şəhriyar Məmmədyarova qarşı inanılmaz oynadı.


- Halbuki partiyanın əvvəlində Şəhriyarın rəqibdən üstün olduğunu görünürdü.
- Bəli, əvvəldən Şəhriyar üstün idi. Amma Harikrişna inanılmaz oyun sərgiləyərək qələbə qazandı.


- Belə fikirlər səslənir ki, Şəhriyarın top-fil dəyişməsi qeyri münasib idi və bu, məğlubiyyətdə böyük rol oynadı.
- Şəhriyar başa düşürdü ki, qəliz vəziyyətdədir. Yəqin başqa gediş olmadığını düşünüb. Həqiqətən də çətin vəziyyətlə üzləşmişdi. O anda yalnız kompüter vasitəsi ilə gediş tapmaq olardı. İnsan gözü ilə çox çətin idi.


- Şəhriyar Məmmədyarov bu il Şəmkirdə də Harikrişnaya uduzmuşdu. Lakin sonda şahmatçımız çempion oldu. Sizcə eyni ssenari bu dəfə də təkrarlana bilər?
- Həqiqətən də belə olmuşdu. İnanırıq ki, Şəhriyarın məğlubiyyəti düşərli olacaq. Eyni nəticənin təkrarlanması hər birimizin arzusudur.


- Hindistanın çıxışını qeyd etdiniz. Başqa hansı komandanı oyunu ilk 5 turda sizi yaxşı mənada təəccübləndirib?
- Ukraynanı qeyd etmək olar. İnanılmaz dərəcədə inamlı təsir bağışlayırlar. Artıq Rusiya və Çini məğlub ediblər. Bu gün də qələbə qazansalar, medal qazanmaq şansını xeyli artıracaqlar.


- Hindistanla görüşdə alınan məğlubiyyətdən sonra heyətdə dəyişiklik ediləcəyi gözlənilirdi. Lakin siz bu gün də istirahət edirsiniz...
- Hindistana məğlubiyyətdən sonra istirahət günü idi. Bəlkə də heyətdə dəyişiklik olmaması bundan irəli gəlir. Həm də Eltac Səfərli hələ də ağ fiqurlarla oynamamışdı. Seçim kapitanındır və onun qərarına hörmətlə yanaşıram.


- Məğlubiyyətin istirahət günündən öncəyə təsadüf etməsi komandamızın xeyrinə oldu?
- Həqiqətən də çox yaxşı oldu. Çünki Tromsedə 7-ci turda Çinə uduzduq. Növbəti gün gözlənilmədən Rumıniya ilə heç-heçəyə razılaşdıq. Ona görə də istirahət günündən öncə uduzmaq sonra məğlub olmaqdan daha yaxşıdır.


- Olimpiadanın Bakıda keçirilməsi üzərinizdə əlavə təzyiq yaradır?
- Öz adımdan deyə bilərəm ki, hər hansı təzyiq yoxdur. Əksinə bu, çox yaxşı motivasiyadır. Artıq 7-ci olimpiadada iştirak edirəm. Həmişə arzulamışdım ki, olimpiadaya ev sahibliyi edək. Vətəndə hər kəs səni dəstəkləyir, hörmətlə yanaşırlar. Mənim üçün evdə oynamaq çox xoşdur. Üstəlik, olimpiadanın səviyyəsi çox yüksəkdir. Komandalar ən yüksək səviyyəli otellərdə qalırlar. Bu cür şəraitlə heç bir olimpiadada qarşılaşmamışam.


- Sentyabrın 6-da olimpiadanın iştirakçıları üçün keçirilən “Bermuda Parti”yə qatıldınız?
- Xeyr, iştirak etmədim. İştirak sərbəst idi. Sadəcə özüm istəmədim. Amma eşitdiyimə görə, çox maraqlı tədbir alınıb.


- Dünənki istirahət gününü necə keçirdiniz?
- Əla. Oteldə dincəldim. Dost-tanışla söhbət etdik. İstirahət vaxtım çox səmərəli keçdi.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir klubun I Divizionda oynayacağı dəqiqləşdi
Sabiq "Sumqayıt"lılar " "Göyçə"yə keçir!
"Zaqatala" "Qarabağ"ın əvəzedici komandasının hesabına güclənəcək - ÖZƏL!
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Karvan" I Divizionda oynamaya bilər: icra hakimiyyəti ilə AFFA arasında "qarşıdurma" - ÖZƏL!
İmişli stadionu məhv olub gedir: məşqçilər isə pul üzünə həsrətdir - ÖZƏL FOTO!
"Zaqatala"dan ayrılan qapıçı "Göyçə" ilə müqavilə bağladı
“İnter” də Avropadan qovuldu
"Simurq"un braziliyalısı bir vaxtlar Azərbaycan dilində oxuyurdu - ÖZƏL VİDEO
"Binə"dən 5 transfer

Xəbər Lenti
21 İyul 2017
02:00 "Yagelloniya" - "Qəbələ" 0:2 - VİDEO
01:50 Svanadze: "Bakıdakından daha yaxşı oynadıq"
01:40 Qriqorçuk: "Bu qələbə çox vacib idi"
01:30 Avroliqada 2-ci təsnifat mərhələsinə yekun vuruldu
01:20 Rəşad Sadıqov: "Cütün taleyi Moldovada həll olunacaq"
01:10 "Fola" - "İnter" 4:1 - VİDEO
01:00 "Zirə" - "Astra" 0:0 - VİDEO
00:50 Rəşad Sadiqov: "Zirə" daha yaxşı oynadı"
00:40 Riçard Qadze: "Kimisə günahlandıra, ittiham edə bilmərəm"
00:25 “Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsində
00:10 "Kəpəz" "Zirə"yə uduzdu
20 İyul 2017
23:50 Ayxan Abbasov: "Hakimlərimizə şükür etdim"
23:40 Yordanesku: "Ədalətli oyun oldu"
23:23 “İnter” də Avropadan qovuldu
22:54 “Zirə” Avropa Liqasında mübarizəni dayandırdı
22:30 "Sumqayıt" Türkiyədə ilk qələbəsini qazandı
22:00 “Kəpəz” millimizin sabiq üzvünün komandasına uduzdu
21:30 "Deportivo"nu "Xetafe"yə dəyişdi
21:00 Paytaxt klubu hücumçu transfer etdi
20:30 Gəncə şəhər stadionunda son durum - FOTOLAR
20:00 "Neftçi"dən Navalovski açıqlaması
19:30 İsrafilov qol vurdu, "Kadis" 13:1 qalib gəldi
19:00 "Qarabağ"dan daha bir ilk
18:40 "Yuventus"dan növbəti transfer
18:21 Millimizin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı
17:41 Millimiz Bolqarıstana yola düşdü
17:20 Azər Məmmədov: “Mən də bu yolun davamçısı olmaq istəyirəm”
16:42 "Kəpəz"in Türkiyədəki ilk rəqibi müəyyənləşdi
16:21 "Neftçi" - "Şüvəlan" 2:0 - VİDEO
16:00 "Qarabağ" - "Şerif" matçının biletləri sabah satışa çıxır
15:41 "Sumqayıt" "Al-Fateh"lə üz-üzə
15:21 Erat oynadı, komandası uduzdu
15:00 "Karvan" I Divizionda oynamaya bilər: icra hakimiyyəti ilə AFFA arasında "qarşıdurma" - ÖZƏL!
14:41 La Liqadan A Seriyasına
14:20 Premyer Liqa klubunda şok itki
13:42 "Real" Moratanı "Çelsi"yə satdı
13:21 Zaur Svanadze: "Layiqli nəticə uğrunda çalışacağıq"
12:40 Azərbaycanlı referi ÇL matçını idarə etdi
12:21 "İnter" Lüksemburqda son məşqə çıxdı - FOTOLAR
11:41 "Qarabağ" "Şerif"lə oyunun hazırlığına istirahətsiz başladı
11:22 "Qəbələ" "Yagelloniya" ilə matça hazırdı - FOTOLAR
10:30 Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri
10:06 Valeriya Məmmədova: "Qarşıda bizi daha güclü və intensiv təlim-məşq toplanışları gözləyir"
01:30 ÇL-də 2-ci təsnifat mərhələsinə yekun vuruldu
00:30 "Neftçi" "Şüvəlan"a qalib gəldi
00:15 Şeydayevin komandası ÇL-i qələbə ilə tərk etdi
00:00 Yunanovla Həsənalızadə Bolu toplanışını dəyərləndirdi - VİDEO
19 İyul 2017
23:45 "Qarabağ"ın növbəti rəqibi bəlli oldu
23:30 Millimizin Qax toplanışına start verildi
23:00 Qriqorçuk: "Hücum futbolu oynamaq istəyirik"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.