Ucuz təyyarə biletləri

Fikrət Sideifzadə: “İstənilən rəqibə qarşı oynaya bilərik”

Tarix:  09.09.16 23:09           Yazar:             Oxunub: 171 dəfə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının 7-ci turunda qadınlardan ibarət əsas komandamız güclü Hindistan yığmasını məğlub edib. Rekord.az xəbər verir ki, qarşılaşmadan sonra millimizin kapitanı Fikrət Sideifzadə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandırıb


- 7 turdan sonra komandamızın ümumi çıxışını necə dəyərləndirmək olar?
- Gözləniləndən daha yaxşı oynayırıq. Komandamızın çıxışından çox razı razıyam. 5 şahmatçının hər biri əlindən gələni edir. Bu nəticələr yaxşı mənada bir qədər gözlənilməzdir. Hindistan, Polşa kimi dünyanın ən güclülərindən hesab olunan komandalar üzərində qələbə qazanmışıq. Qarşıda hələ 4 tur var. Ən vacib son 4 oyundur. Qızların hamısı özünü yaxşı tərəfdən göstərir. Hələlik əsas favoritlər - Ukrayna, Rusiya və Çinlə görüşməmişik. Lakin birinci “10-luq”da yer alan komandalardan 5-i ilə qarşılaşmışıq və onların heç birinə uduzmamışıq. İstənilən rəqibə qarşı oynaya bilərik.


- Uğurun sirri nədədir?
- Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman nazirliyi komanda üçün çox yaxşı hazırlıq təşkil etmişdi. Proqrama əsasən 3 dəfə toplanış keçdik. Gündə 6 saat məşq olurdu. Heyətin düzgün seçilməsi də bəhrəsini verir. Düzülüşdən tam razıyam. İstədiyimiz nəticələri ala bilirik. Heyətdə 2 gənc şahmatçı var. Günay Məmmədzadə və Aydan Höccətova bu ildən komandaya qatılıblar. Heyətdə mütləq yenilənmə olmalıdır. Gənclər böyük qüvvə ilə oynayırlar. Bir sözlə, son 4 turu böyük həyəcanla gözləyirik. İnanırıq ki, qızlar başladıqları kimi də turniri uğurla bitirəcəklər.


- Günay Məmmədzadə və Aydan Höccətovanı qeyd etdiniz. Gənc şahmatçıların heyətdə yer alması risk deyildi ki?
- Bunu risk hesab etmirəm. Son illər onların hər ikisi nəticələri ilə güclü şahmatçı olduqlarını sübut ediblər. Avropa və dünya çempionatlarında uğur qazanıblar, təsadüfi şahmatçı deyillər. Əmsalları da kifayət qədər yüksəkdilər. Onların heyətə daxil edilmələri düzgün və vaxtında verilmiş qərar idi.


- Ölkə çempionu olan Nərmin Kazımovanın dördüncü lövhədə yer alması da bir qədər gözlənilməz oldu.
- Düzdür, o, son ölkə çempionu olsa da, 1 yarışla iş bitmir. Hazırlıq dövründə şahmatçıların son illərdəki çıxışları təhlil etdik. Komanda yarışının öz xüsusiyyətləri var. Həddindən artıq həyəcana düşən idmançı komandaya pis təsir edir. Nərmin kimdənsə zəif deyil. Sadəcə, belə düşündük ki, onun dördüncü lövhədə çıxış etməsi məqsədəuyğundur.


- Ardıcıl güclü komandalarla qarşılaşma şahmatçılarımızda yorğunluq yaratmayıb?
- Yavaş-yavaş yorğunluq hiss olunur. Şübhəsiz, fasiləsiz oynamaq çətindir. Həm də ilk 2 turu nəzərə almasaq, ardıcıl güclü komandalarla qarşılaşmışıq. Hamısı reytinqdə bizdən öndə olan komandalardır. Ümid edirəm ki, şahmatçılarımızın sona qədər mübarizə aparmağa gücləri çatacaq. Gəncdirlər, qüvvələri çoxdur.


- Zeynəb Məmmədyarova birinci lövhədə ümidlərinizi doğruldur?
- Zeynəbə birinci lövhədə yer verəndə bəziləri bu qərara görə məni qınayırdı. Amma o, geridə qalan müddətdə ümidlərimizi doğruldur. Zeynəb ilk lövhədə çox yaxşı oynayır. Xüsusən də komanda yarışlarında. Böyük təcrübəsi var və heç bir rəqibdən qorxmur. Əsas məqsədimiz ilk 2 lövhədə uduzmamaq, son 2 lövhədə isə mümkün qədər çox xal qazanmaqdır. Hələ ki, bu taktikamız özünü doğruldur.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yaranmasının əsl səbəbi məlum oldu - ÖZƏL!
I Divizionun debütantı daha bir futbolçu ilə müqavilə bağladı
Cəhənnəmin mübarək, Sumqayıt!
"Aznar" komandası dağıldı!
Tərlan Əhmədov moldovalı qapıçını "Neftçi"yə gətirir?
UEFA avrokuboklara vəsiqənin birini Azərbaycanın əlindən alır?
FİFA Aqolliyə görə "Qarabağ"a təzminat ödəməlidir
Orxan Məmmədov səhvləri və aldığı aşağı qiymət haqda QEYD
Samir Abasovun Cənnəti
"İnter" "Neftçi"dən AFFA-ya şikayət etdi: futbolçularımıza dəyməyin

Xəbər Lenti
24 Sentyabr 2017
17:30 “Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
17:00 Qubadlının futbol tarixi: “Həkəri”dən “Həkəri”yə - I YAZI
16:31 Samir oynamadı, “Fakel” 1 xal qazandı
15:30 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
15:00 "Zirə"nin legioneri "Qarabağ"a meydan oxudu - MÜSAHİBƏ
14:15 Azərbaycan çempionu "Fənərbaxça"da
14:00 Nizami Hacıyev: "İnter" meydana Zaur Axundova görə çıxır" - MÜSAHİBƏ
13:00 Zaur Axundov: "Sərt şəkildə iradımızı bildirəcəyik, lazım gəlsə cəzalandıracağıq" - MÜSAHİBƏ
12:30 Debütləri uğursuz oldu
11:30 Kamran Ağayevin klubu “Viktroriya”ya məğlub oldu
10:30 Güləş yığmamızdan DÇ-də daha 2 medal!
10:24 Avro-2017: Millimiz Polşaya qarşı - Günün təqvimi
00:17 İrakli Çaçua: “Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı”
23 Sentyabr 2017
23:53 Samir Əliyev: “Pis oynayıb qələbə qazanmaq da bizə sərf edir”
23:52 Şahin Diniyev: “Hakimlərin bu qərarı məni qane etmədi”
23:27 Avro-2017: İkinci tura yekun vuruldu
23:07 "Zirə" - "İnter" 1:1 VİDEO
22:56 "Zirə" - "İnter" 1:1 FOTOLAR
22:43 Ayxan Abbasov: “Heç bir futbolçuya ixtiyar verməmişik ki...”
22:33 Şahin Diniyev: "Bizdə elə bir futbolçu yoxdur ki, oyunu üzərinə götürə bilsin"
22:25 Samir Əliyev: "Bəzən pis oynayıb, qəlməj bizə sərf edir"
22:21 Cüdoçularımız Serbiyada 3 medal qazandılar
22:19 Zaur Svanadze: “Hakimin qərarı düzgün deyildi”
21:56 "Zirə" büdrədi, "Səbail" qalib gəldi
21:07 Elşən Məmmədov AÇ-nin bürünc mükafatçısı oldu!
20:58 "Səbail" - "Kəpəz" 1:0 VİDEO
18:30 "Qəbələ" "Neftçi"yə qarşı VİDEOANONS
18:00 Orxan Məmmədov səhvləri və aldığı aşağı qiymət haqda QEYD
17:42 "Qarabağ"ın rəqibi 2-ci pilləyə yüksəldi
17:38 Avro-2017: Ukrayna ardıcıl ikinci oyunu son anda uduzdu
17:30 “Qəbələ” – “Neftçi”: 40-cı duel
17:05 "Roma"nın baş məşqçisi "Qarabağ"la oyunu düşünür
17:00 Cəhənnəmin mübarək, Sumqayıt!
16:30 Eratın komandası doğma meydanda uduzdu
16:21 Bürünc medal qazanıldı, 2 qızıl da qazana bilərik
16:00 Robert Prosineçki: "U-21-də milliyə layiq futbolçu yoxdur" - MÜSAHİBƏ
15:46 "CBC Sport" kanalının rəhbəri evlənir
15:24 “Qarabağ”ın rəqibləri bu gün
15:00 UEFA avrokuboklara vəsiqənin birini Azərbaycanın əlindən alır?
14:42 Azərbaycanlı futbolçulara Avstriyada “yaşıl işıq”
14:21 Nazarov və komandası növbəti qələbəsinə sevindi
14:00 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yaranmasının əsl səbəbi məlum oldu - ÖZƏL!
13:43 Millimiz Gürcüstana 19 futbolçu ilə gedir
13:21 “Traktorsazi” doğma meydanda məğlub oldu
13:00 "Səbail"in Müşahidə Şurasının üzvü "Vətən"ə rəhbər təyin olundu!
12:41 “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşuldu
12:20 Ziya oynadı, komandası “Eyndhoven”ə qalib gəldi
12:00 Stadion ətrafında bina tikilir: icranın xəbəri yoxdur
11:59 Avro-2017: Millimiz istirahət edir, rəqiblər meydana çıxır- Günün təqvimi
11:57 Göygöldə Avropa Çempionatının iştirakçıları üçün yerli məhsulların sərgisi təşkil olunub
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.