Ucuz təyyarə biletləri

Kamran kişinin sillə kimi cavabı

Tarix:  20.09.16 14:09           Yazar:  Amal Abuşov           Oxunub: 1162 dəfə

Ötən həftə AFFA-nın baş katibi Elxan Məmmədov yenə bizi çay kənarına “susuz aparıb, susuz gətirməyə” çalışmışdı. Demişdi ki, “Neftçi”də baş verən son hadisələrin AFFA-ya heç bir dəxli yoxdu, onlar klubların daxili işlərinə qarışmırlar. Sitat: “Müşahidə Şurası AFFA tərəfindən tövsiyə olunub, məqsəd də müşahidə etməkdi. İcra işlərinə çox da qarışmamalıdılar”.

 

Belə çıxır ki, “Neftçi”nin bataqlığa düşməsində xalq yazıçısı Çingiz Abdullayevlə bəstəkar Fərhad Bədəlbəyli günahkardılar. Onların bu “cinayəti”nə “şən və hazırcavab” Bəhram Bağırzadə də şərik olub. İncəsənət adamlarını “Neftçi”yə müşahidəçi sifətiylə göndəriblər. Amma onlar səlahiyyətlərinin çərçivəsini aşıb, icra işlərinə qarışıblar. Nəticədə “Neftçi” ötən mövsüm güc-bəlayla avrokuboklara vəsiqə qazanıb, orda “Şkendiya” səddinə ilişib. Daha sonra da Premyer-Liqaya uğursuz başlayıb, “Qəbələ” 80 yaşlı “xalq komandası”nı 8 dəfə başının üzərinə qaldırıb, ordan da yerə çırpıb.

 

“Neftçi”dən qovulanların heç birinin Müşahidə Şurasının üzvü olmaması da sizə qəribə gəlməsin. Cənab Məmmədov demək istəyir ki, mənim “sağ əlim” Elnur Məmmədov klubun icraçı direktoru idi, o bütün işləri özü icra etməliydi. Müşahidəçi Çingiz Abdullayev öz ətrafıyla bu istedadlı cavan oğlanın əməllərindən feyziyab olmalıydı. Yazıçı, bəstəkar hardan bilir futbol nədi? Başladılar Elnurun işlərinə burunlarını soxmağa, vəziyyət pisləşən kimi də onu Vəli Qasımovla birlikdə “Neftçi”dən qovdular.

 

Elnur Məmmədov incəsənət adamları tərəfindən “təklənməsindən” nəticə çıxaran Elxan Məmmədov bu dəfə daha tədbirli davranıb və “icraçılar” sırasındakı adamlarının sayını çoxaltmağı lazım bilib. İllərdi Azərbaycan futbolunun qazanı içində qaynayan İslam Abbasov “boz kardinal” kimi Elnur Eyvazovla Orxan Hüseynzadəni müşahidəçilərdən qoruyacaq. Onlar da yavaş-yavaş Elxan bəyin arzuladığı “Neftçi”ni ərsəyə gətirəcəklər. Gördüyünüz kimi, Azərbaycan futbolunda kifayət qədər ciddi proseslər yaşanır. Dünyanın ən məşhur fokusçuları, ağıl dəryası sayılan şahmatçıları bu beyin müharibələrindən, badalaq verməklə rəqibi sıradan çıxarma taktikasından baş çıxara bilməz. “Neftçi” boyda “yağlı tikəni”, hər ay kluba ayrılan yüz minlərlə manat neft pullarını əldən buraxmamaq onlar üçün çox vacibdi. Elə bu səbəbdən də Azərbaycan futbolunda bütün mübarizələr meydanlardan kənarda, kabinetlər arasında gedir.

 

Ölkənin futbol təsərrüfatının başına min oyun açanların cavabını Dağıstandan gəlmiş 49 yaşlı Kamran Nurəhmədov əla verib. Onun sözlərindən sonra AFFA rəhbərliyi hamısı birdən istefaya getməli, 100 mininci futbolçunu qeydiyyata alan yalançı sistem buraxılmalıdı. Bilməyənlərin nəzərinə çatdırım ki, dağıstanlı Kamran kişi bu günlərdə Qusarın “Şahdağ” klubunun heyətində Azərbaycan çempionatında meydana çıxıb. 49 yaşlı futbolçu ondan çətinlik çəkib-çəkmədiyini soruşan “Futbol+” qəzetinin əməkdaşına belə deyib: “Futbol oynamaq mənim üçün çətin deyil. Azərbaycanda futbol var? Bu ölkədə futbol elə mənim oynaya biləcəyim səviyyədədi. Burda normal futbol olsaydı, mən oynamazdım”. Sitatın sonu! 

Şərhlər
fanat
oxu gozunden vurursuz yazilarinizla)))))yazin qardaw yazin.Bawqa klublardanda yazinda.mes,sumqayitdada cox ozbawnaliq var.
sevgifaciesirioman
Futbol Azərbaycanda yerli futbolçulardan ibarət klub səviyyəsində nümunə olaraq 2009-2011-də yaxşı səviyyədə yaranırdı.Di gəl ki,tərifli Bakı,XL və indi halına acıdığımız Neftçi legioner xəstəliyini sırıdılar klub futbolumuza.Elvin Məmmədov,Vüqar Nadirov,Əfran,Rauf,Bəxtiyar Soltanov,Vaqif Cavadov,Emin İmaməliyev və adını çəkmədiyim neçə yerli futbolçu ilə iki dəfə al play-offu və bir dəfə Brügge ilə 3-cü mərhələ oynayıb Bakıda qalib gəlməklə Qarabağ sübut etmişdi ki,Azərbaycanda futbol ola bilər.Amma,başqa fk larımız nə etdilər?Legionerlərə tam üstünlük verdilər və nəticədə tək legioneri Adamiya və sonradan gələn Teli ilə Tvente və Dortmundla al play offları tarixi yazan (millinin oyunçuları ilə) Qarabağ da məcbur olub o biri fk larımızla ayaqlaşmaqçün legionerlərə müraciət etməli oldu və bir növ xəstəliyə yoluxdu.O yerli futbolçular idilər ki,onlarla 2014 dç təsnifatında tariximizdə ilk dəfə 9 xal üzü gördük.İndi hanı o xallar.Legionerlər "apardı"
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Kamran Ağayevə yaxın duran yoxdur
AZAL-ın kapitanı Türkiyəyə gedir
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!

Xəbər Lenti
28 May 2017
14:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
16:00 Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
15:45 CAR millisinin baş məşqçisi: "Ndlov başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"
15:22 Qatuzzo "Milan"a qayıtdı
15:15 Millimizin üzvü əməliyyat olundu
15:00 Kamran Ağayevə yaxın duran yoxdur
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.