Ucuz təyyarə biletləri

Şabran stadionu: şərait var, pul yoxdu - YAZI + FOTOLAR

Tarix:  29.09.16 17:09           Yazar:  Rekord.az           Oxunub: 691 dəfə

Şimal zonasının futbol  həyatından bəhs edən layihəmiz çərçivəindən növbəti yazımız da Şabrana həsr olunub. Bu dəfə sizi rayonun futbol infrastrukturu ilə tanış edəcəyik.

 

Heç kimin olmayan, heç kimə lazım olmayan...

Təbii ki, bu mənada ağla gələn ilk yer stadion olur. Elə biz də sözügedən rayona səfərimiz zamanı ilk olaraq Şabran stadionuna üz tutduq. Oraya çatanda isə gözümüzə heç kim dəymədi. Bu arada, rayona səfərimiz güclü yağışla müşayiət olunurdu. Bu mənada düşündük ki, bəlkə buna görə stadion boşdur. Sonradan öyrəndik ki, Şabran stadionu kobud desək, ümumiyyətlə, yiyəsizdir. Arena SSRİ dönəmində tikilib, təxminən 60-cı illərdə. Elə tikiləndə də heç bir idarənin, qurumun, cəmiyyətin balansında olmayıb. Sadəcə, o dövr fəaliyyət göstərən təşkilatlar hərəsi ayrı-ayrılıqda vəsait qoyaraq bu stadionu tikiblər. Amma dediyimiz kimi, konkret hansısa qurumun balansında olmayıb. Elə indinin özündə də heç bir qurumun balansında deyil. Bəlkə də sizə gülməli gələr, amma Şabran stadionu yeganə stadiondur ki, həm heç bir qurumun balansında deyil, həm də bu stadionun direktoru yoxdur. Yalnız yaşlı bir kişi qarovulçu kimi arada arenaya baş çəkir. Elə stadionun qapısının açarı da onda olur. Yerli gənclər idman idarəsi isə sadəcə, buraya ümumi nəzarət edir. Şabranın peşəkar futbol klubu olmadığı üçün stadionda yalnız uşaq komandaları məşq edir. Onlar da aradabir. Rayonda uşaq futbolu üzrə demək olar ki, bir məşqçi var o da Nəriman Əzimovdu. Həmin məşqçi də bir neçə aşağı yaşlı uşaqlardan ibarət qrupu daha çox AFFA-nın rayon bazarına yaxın ərazidə tikdiyi süni örtüklü kiçik meydançada məşq edir. Yalnız rayon səviyyəli yarışlar, hansısa tədbirlər olanda stadionun xidmətindən istifadə olunur. Ümumilikdə isə çox vaxt stadionun qapısı qıfıllı olur. 

 

...normal örtüklü...

Futbolsuz rayon olduğunu nəzərə alanda, stadionun ot örtyünü normal hesab etmək olar. Bizə verilən məlumata görə, insanlar özü təmənnasız olaraq qazona qulluq edir. Bu arada diqqətimizi çəkən ən əsas məqam Şabran stadionunun drenaj sistemli olmasıdır. Bu, çox mühüm məqamdı. Çünki bizim bəzi Premyer Liqa klublarında bu sistem ya yoxdur, ya da normal işləmir. Məhz drenaj sisteminin olmasından irəli gəlir ki, güclü yağışa baxmayaraq, qazonda bir damcı da olsun su yığılmamışdı. Yəni ən güclü yağış altında belə, Şabran stadionunda problemsiz futbol oynaya bilərsən. 1000 nəfərlik tribunaların durumu isə acınacaqlıdır. Halbuki 2003-cü ildə burada plastik oturacaqlar quraşdırılıb. Lakin stadion sahibsiz olduğundan kənar şəxslər girib həmin oturacaqları sındırırdılar. Salamat qalanların isə keyfiyyəti aşağı olduğundan soyuq, yağışlı havada çat verib özü qırılırdı. Məhz bu səbəbdən sonradan yerli gənclər idman idarəsi bütün oturacaqları sökməyə qərar verdi.

 

...təmirini və azarkeşini gözləyən stadion
Stadionun VİP lojasının vəziyyətindən isə heç danışmağa dəyməz. Oradan hətta tualet kimi istifadə eliyənlər də var. Meydançanın ətrafındakı kol-kos da baxımsızlıqdan xəbər verir. Bir sözlə, Şabran stadionunun ciddi təmirə ehtiyacı var. Ümumiyyətlə bir vacib məqamı vurğulayaq ki, stadionda sözün əsl mənasında futbol infrastrukturu, baza qurmaq üçün hər cür şərait var. İlk növbədə stadion standartlara uyğundur. Qazonu normal vəziyyətdədir və əgər qulluq olarsa, ideal vəziyyətə də gətirmək olar. Drenaj sisteminin olması xüsusi üstünlükdür. Bundan başqa, əsas meydançanın yanında daha bir ehtiyat meydança yer var. Bu isə o deməkdir ki, vəsait yatırılsa burada bir yox, iki yüksək səviyyəli meydança salmaq olar. Onu da öyrəndik ki, bununla bağlı bir dəfə AGİN-ə də müraciət olunub və ordan söz verilib ki, Şabran stadionunda əsaslı təmir işləri aparılacaq. Lakin təəssüf ki, bu söz hələ də vəd olaraq qalır. Nəzərə almaq lazımdır ki, bu arena rayonda futbol oynamaq üçün yeganə böyük məkandı. Təbii ki, ilk növbədə arzumuz Şabrana böyük futbolun qayıtmasıdır. Ən azından yenidən “Bərəkət”i bərpa edib heç olmasa Həvəskarlar Liqasında oynamaq mümkündür. Bunun üçün rayon rəhbərliyi, yerli gənclər idman idarəsi təşəbbüs göstərməlidir. Çünki komanda olmayandan sonra stadion da boş qalacaq və istifadəsiz olduğu üçün yararsız hala düşəcək. Bununla belə, istənilən halda Şabran stadionu təmir olunmalıdır. Bir daha qeyd edirik, indi hər stadionun drenaj sistemi yoxdur. Belə bir stadionu itirmək olmaz. Ümid edirik ki, bu yazımızdan sonra aidiyatı orqanlar və şəxslər Şabran stadionu da yadına salacaq,  bu arenanın təmiri üçün düşünəcək. Unutmaq olmaz ki, şərait, infrastruktur olmasa, futbolun, idmanın inkişafından danışmaq da yersiz olardı.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Anar XANLAROV, Şabran

Layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyyələşdirilir

 

 

 

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Kamran Ağayev Çexiyada nə qədər maaş alacaq?
Klublarımızın yay transferləri - YENİLƏNİR
Araz Abdullayev "Zirə"yə keçir?
“İnter” də Avropadan qovuldu
Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Kamran Ağayev "Mlada Boleslav"da!
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
“Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsində

Xəbər Lenti
23 İyul 2017
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
12:41 Millimizin oyunçusu ilə komanda yoldaşı oldu
12:20 Pinilya İtaliya klubundan ayrıldı, vətəninə döndü
12:00 "İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
11:41 Azərbaycanda işləmiş məşqçi istefaya göndərildi
11:30 Əsgərov Latviyada darmadağına üzüldü
11:22 "Liverpul" 10 milyona yeni futbolçu aldı
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 Super Liqa klubunda braziliyalı hücumçu
21 İyul 2017
23:30 Morata rəsmən "Çelsi"də
23:00 "Qarabağ"ın oyununa ilk gündə 5 min bilet satıldı
22:00 "Neftçi" "Zirə"ni məğlub etdi
21:30 Rail Məlikovla Fərhad Vəliyev Türkiyə toplanışını dəyərləndirdi - VİDEO
21:00 “Premyer Liqada Türkiyə hazırlığının bəhrəsini görəcəyik”
20:41 "Kəpəz"in daha iki rəqibi müəyyənləşdi
20:20 Qurbanovdan "Şerif" açıqlaması
20:00 Əliyar Ağayev “Styaua” - “Viktoriya” oyununda
19:30 Tudor: "İstefa versəm, sizin də xoşunuza gələr"
19:00 "Panatinaikos"un futbolçusu "Qəbələ"ni tanımadı
18:22 “Yagelloniya”nın futbolçusu: "Qəbələ”nin ilk qolu onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı"
18:00 Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
17:30 Araz Abdullayev "Zirə"yə keçir?
17:00 "Qarabağ" - "Şerif" matçının biletləri satışda!
16:48 Afrika Millətlər Kubokunun keçirilmə vaxtı bilindi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.