Ucuz təyyarə biletləri

Futbolu yoxdu, amma stadionuna Premyer Liqa klublarl həsəd apara bilər - FOTOLAR

Tarix:  30.09.16 17:09           Yazar:  Rekord.az           Oxunub: 1340 dəfə

Şimal zonasının futbol həyatından bəhs edən layihəmiz çərçivəsində sıra gəlib çatdı Siyəzənə. Layihə çərçivəsində həftəiçi bu rayona da səfər etdik və hazırkı durumla yerindəcə tanış olduq. Təbii ki, səfərimizin məqsədi futboldursa, gedəcəyimiz ilk məkan da stadion olmalıdı. Şabranda olduğu kimi, Siyəzən də bizi güclü yağış müşayiət edirdi. Siyəzən avtovağzalından stadiona da bir xeyli getməli olduq. Açığını deyək ki, beynimizdə tamam başqa mənzərə idi. Düşünürdük ki, futbolsuz rayondu və yəqin ki, stadionu da baxımsız vəziyyətdə olar. Lakin çatanda tamam başqa mənzərə ilə üz-üzə qaldıq. Düzdür, infrastruktur olaraq, köhnə stadion sayılır. Giriş darvazası, tribunası, soyunub-geyinmə otaqları super şəraitə malik deyil. Amma ot örtüyü...

 

Əla örtüklü...

Yəqin ki, təqdim edəcəyimiz fotolardan siz özünüz də qazonun hansıvəziyyətdə olduğunu öz gözlərinizlə görəcəksiniz. Tək kəlmə ilə super! Sanki yerə xalça sərmisən. Təbii ki, burada da stadion rəhbərliyinin böyük əməyi var. Stadion rəhbərliyi demişkən, elə bizi də Siyəzən stadionunun direktoru Cavanşir Ağayev qarşıladı. Söhbət zamanı stadiona necə baxdıqlarını, hansı əziyyətə qatlaşdıqlarını bizimlə də bölüşdü. Həqiqətən əhsən düşür. Bu gün Tofiq Bəhramov adına Respublika stadionuna milyonlar xərclənsə də bir qazona baxa bilmirlər. Eyni sözləri “Bakcel Arena” haqqında da demək olar. Eləcə də bir vaxtlar milyonluq büdcələrə malik olan “Bakı”, “Xəzər Lənkəran”, “MKT Araz” kimi klubların da stadionlarının dəfələrlə “yanmasının”, saralmasının şahidi olmuşuq. Amma Siyəzəndə Cahangir müəllim təkbaşına elə stadion saxlayır ki... Siyəzən stadionunu görəndən sonra düşündük ki, “Qəbələ”dən ingilisi gətirib külli midarda pul verməkdənsə AGİN elə Cavanşir müəllimi Bakıya dəvət edərdi o, bütün problemi həll edərdi. 

 

...mütəxəssisin əlində olan...

Həmsöhbətimiz bildirdi ki, ümumiyyətlə, stadiona baxmaq çox qəliz məsələdi. Bunun üçün mütləq mütəxəssis olmalısan. Ağayev etiraf etdi ki, bizdə bu sahədə mütəxəssis çox azdı. Məsələn o, 3 nəfərin adını çəkdi ki, onlar həqiqətən də stadiona qulluq etmək barəsində mütəxəssis sayıla bilərlər: Əbdül Məmmədov (Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun direktoru), Sulduz Salmanov (ADBİA-nın direktoru) və Məmmədəli Məmmədov (İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun direktoru). 

 

...56 yaşlı stadion

Onu da öyrəndik ki, Siyəzən stadionu 1960-cı ildə tikilib. O vaxt tikiləndə Siyəzən Neft Qaz Çıxarma idarəsinin balansında olub. Tutumu 500 nəfərdən bir qədər artıq olub. 2003-cü ildə  stadion “Neftçi” İdman sağlamlıq Mərkəzinin balansına verilib. Elə həmin ildə tutum 1000 nəfərə çatdırılıb. “Neftçi” İSM “Neftçi” İdman Klubu olandan sonra stadion da avtomatik “Neftçi” İK-nın balansına keçib. Hazırda stadionda futboldan başqa, güləş bölməsi də fəaliyyət göstərir. “Neftçi” İK Siyəzənin U-11 komandası məşqlərini bu stadionda keçir. Bundan başqa, yerli UGİM-nin 3 futbol bölməsi də “Neftçi” İK-nın sədri Sadıq Sadıqovun göstərişi ilə burada təmənnasız məşq edir. Arenaya baxış zamanı tribunadakı plastik oturacaqlardan bir qisminin yarasız olduğunu gördük. Cahangir müəllim bildirdi ki, əslində həmin oturacaqlar qapalı məkanlar üçün nəzərdə tutulub Ona görə də açıq havada yağışın, qarın aldında dözməyərək çatlayıb. Lakin yaxın zamanlarda Bakıdan yeni oturacaqlar gətiriləcək və bütün oturacaqlar yenisi ilə əvəzlənəcək:

 

 

 

 

 

 

 

 

 

Anar XANLAROV, Siyəzən

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Qəbələdə hakimlərin qabağını kəsdilər - FOTO
Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
Rusiyada yaşayan iş adamı "Şəmkir"i himayəsinə götürür?
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!

Xəbər Lenti
22 Avqust 2017
16:40 Azərbaycan idmançısı dünya reytinqində 14-cü pillədə
16:23 Nəriman Abdullayev: “Komandamız yaxşı formadadı”
15:40 "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi
15:21 Rusiya klubunu Bundesliqa təmsilçisinə dəyişdi
15:00 Lənkəran stadionunun sabiq direktoru dondurma satır?
14:40 Norveç yığması Bakıya bu heyətlə gələcək
14:22 "Qarabağ" "Kopenhagen"lə oyuna hazırlığı bu gün tamamlayacaq
14:00 "Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
13:56 "Marca" üzr istədi və mətni dəyişdi - FOTO
13:40 Ayxan Tağızadə erməni üzərində qələbə ilə finalda!
13:21 Türkiyə yığmasının sabiq qapıçısı həbs edildi
13:00 "Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
12:41 Premyer Liqa klubunda yeni hücumçu
12:21 "Arsenal"ın futbolçusu İtaliya klubunda
12:13 İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
12:00 "Sumqayıt"ın sabiq futbolçusu MOİK-lə müqavilə bağladı
11:40 "Roma"nın forvardı Meksika klubunda
11:21 "İnter"in futbolçusu rəsmən "Valensiya"da
11:00 Rusiyada yaşayan iş adamı "Şəmkir"i himayəsinə götürür?
10:52 Prosineçkinin gələn cismi, qalan ruhu
10:30 Emin üçün 90 dəqiqə və 3 xal
10:04 "Qarabağ" Danimarkadadı
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
00:00 DÇ-də Azərbaycanı təmsil edəcək cüdoçularla görüş keçirildi
21 Avqust 2017
23:50 DÇ: İslam Abbasov da medal qazana bilmədi
22:30 “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?
22:00 "Qəbələ" "Dinamo"ya qalib gəldi
21:30 Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü
21:00 "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu
20:30 Nəsri rəsmən Türkiyə klubunda
20:00 "Qəbələ"dən 600-cü qol
19:40 MOİK-dən 5 qollu qələbə
19:21 “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi
19:00 Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı
18:41 2012 gün öncə: 2012-ci ildə
18:21 “Neftçi” tarixinin ən uğursuz startı
18:00 AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
17:40 "Neftçi" Əhmədova tapşırıldı
17:21 Taypeydə daha bir cüdoçumuz medal qazandı
17:00 "Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
16:40 "Arsenal" iki futbolçusunu icarəyə göndərdi
16:25 Premyer Liqa klubundan rekord transfer
16:00 Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
15:22 Tahir Süleymanovdan növbəti açıqlama: "İctimaiyyəti aldadırlar"
15:20 Hümbətovun komandası "Vardar"la bacarmadı
15:00 "Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
14:41 Kaliniç "Milan"da
14:22 Kiçik rayonun futbol dərdi - YAZI
14:00 Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
13:45 “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.