Ucuz təyyarə biletləri

Siyəzən futbolunun bu günü: futbolsuz rayondan EURO-2016-a - YAZI + FOTOLAR

Tarix:  30.09.16 22:09           Yazar:  Rekord.az           Oxunub: 468 dəfə

Siyəzəndə hazırda böyük futbol yoxdur. Amma uşaq futbolu fəaliyyətini davam etdirir və AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında iştirak edir. Hazırda Siyəzəndə iki futbol bölməsi fəaliyyət göstərir. Bunlardan biri “Neftçi” İdman Klubunun Siyəzən rayon filialının komandasıdır. Burada yalnız bir yaş qrupundan ibarət komanda fəaliyyət göstərir ki, o da U-11 komandasıdır. Komanda istər ölkə çempionatında, istərsə də ölkədən kənarda iştirak etdiyi turnirlərdə uğurlu çıxışı ilə diqqət çəkir. Bu isə böyük futbolu olmayan bir rayon üçün çox yaxşı göstərici sayılmalıdır.

 

 

"Gələcəkdə millidə oynayacaq potensialda futbolçularımız var"

Komandanın baş məşqçisi Elçin Ağayev bizimlə söhbətdə başçılıq etdiyi qrup və qazandıqları nəticələr haqqında daha geniş məlumat verib: “Neftçi” İK Siyəzən klubunda bir komanda fəaliyyət göstərir. Bu da U-11 komandasıdır. Qrupda 16 uşaq var. Hamısı da siyəzənlidir. Bu yaş qrupunu yeni yaratmışıq. Bundan əvvəl 14-15 və 16-17 yaşlı futbolçulardan ibarət komandalarımız olub. Həmin komandalardan seçilən ən güclü 7 nəfər Bakıdakı əsas komandaya cəlb olundu. Ümmuiyyətlə “Neftçi” İK Siyəzəndə yetişən istedadlı uşaqların hamısı birbaşa Bakıya, “Neftçi” İK-nın əsas komandasına göndərilir. Hazırda isə qeyd etdiyim kimi, U-11 komandamız AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında çıxış edir. Zona yarışları Qubada və Sumqayıtda keçirilir. Sonda 1-ci və 2-ci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Artıq iki tur geridə qalsa da komandamız debüt etməyib. Çünki qrupda 5 komanda olduğu üçün hər tur bir komanda dincəlir. İlk turda biz dincəldik. İkinci turda isə rəqibimiz oyuna gəlmədiyi üçün texniki qələbə aldıq. Bu həftə 3-cü turun oyununa çıxacağıq. Komandamızda potensialı olan istedadlı uşaqlar çoxdu. Hansı ki, gələcəkdə milli komandalarda da oynaya bilərlər. Komandamızın heç bir problemi yoxdur. Sağ olsun, “Neftçi” İK-nın sədri Sadıq Sadıqov bizim üçün bütün lazımı şəraiti yaradıb. Stadionumuz var. Formalar, toplar, invetarlar da vaxtlı vaxtında verilir. Elə bu günlərdə yeni geyim dəstləri gəlib və hamısını anbara qoymuşuq. Uşaqların soyunub-geyinmələri və oyundan sonra duş qəbul etmələri üçün də bütün şərait var”.

 

Həm söhbətimiz daha sonra qazandıqarı nəticələr haqda da söz açdı: “Ümumiyyətlə, uşaqların qabağında hansısa hədəf qoymuruq ki, çempion olun, yaxud yer tutun. Amma istənilən halda, uşaq özü görəndə ki, turnir cədvəlində üst sıralardadı, onun özü üçün də stimbul olur. Bu mənada öyünəcəyimiz nəticələrimiz var. Məsələn, 2014-cü ildə U-13 komandamız Respubika çempionatında 2-ci yeri tutub. 2012-ci ildə isə U-14 komandamız eyni uğura imza atıb. Bundan başqa, 2010-cu ildə Regionlar kubokunda da final oynamışıq. Lakin təəssüf ki, Mingəçevirdə keçirilən final oyununda oyunsonrası penaltilərlə məhz yerli komandaya uduzaraq 2-ci pilləni tutduq. Eyni zamanda komandamız iki dəfə Gürcüstanda keçirilən beynəlxalq turnirdə də itirak edib. 2012-ci ildə Qori şəhərində keçirilən turnirdə 1997-98-ci il təvəllüdlü komandamız 1-ci yerə çıxdı. 2015-i ildə Kabuleti şəhərində kçeirilən turnirdə isə 2002-03-cü il təvəllüdlü komandamız da çempion adını qazandı.  Hədəfimiz bu ənənəni bundan sonra da davam etdirməkdir”.

 

 

"Rayonumuz adına çox böyük uğurdu"

Ağayevdən sonra eyni stadionda məşq keçən Siyəzən UGİM-nin komandasının baş məşqçisi Emin Nəzərovla da söhbətləşdik: “Özüm ADBİA-nın futbol bölümünü bitrmişəm.  2013-cü ildən Siyəzən UGİM-in baş məşqçisi kimi fəaliyyət göstərirəm. Məşqlərimizi elə Siyəzən şəhər stadionunda keçirik. Komandanı top, forma, inventar və səfər xəxrcləri ilə AFFA təmin eliyir.  2015-ci ildə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında 4 komanda ilə mübarizə apardıq. U-10, U-11, U-12 və U-13 komandaları. Bu komandalarımızdan U-11 və U-12 Şimal zonasında 1-ci yeri tutub Sumqayıtda keçirilən pley-off mərhələsinə vəsiqə qazandı. Burada da uğurlu çıxış edərək Respublika üzrə final mərhələyə yüksəldik. Komandamızda çox bacarıqlı, istedadlı uşaqlar var. Məsələn, U-10 komandamızın üzvü Bəhlul Mehdiyev ölkə çempionatında 60 qol vuraraq çempionatın bombardiri adını qazandı. Məhz bu uğuruna görə SOCAR tərəfindən Fransada keçirilən Avropa çempionatına göndərilən 6 nəfərdən biri oldu. Düşünürəm ki, rayonumuz adına bu, çox böyük uğurdu. 

Hazırda bölməmizdə 3 yaş qrupu üzrə komandamız var: U-12, U-13 və U-14. BU 3 komandamız yeni mövsümdə üst-üstə 6 görüş keçirib ki, bujnun da beşində qalib gəlibə Nəzərə alsaq ki, çempionat yeni başlayıb, qarşıda daha böyük uğurların bizi gözlədiyini deyə bilərəm”.

 

Anar XANLAROV, Siyəzən

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Samir Əliyevin yalanı: "Səbail" legioner transfer etdi!
"Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
"Sumqayıt"dan növbəti transfer!
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı indi "Mil Muğan"a keçir
"Neftçi"də boş qalmış bu posta yaxın duran yoxdur
"Qəbələ" daha bir legioneri göndərdi
"Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
"Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
Hücumçumuz "Fənərbaxça"da

Xəbər Lenti
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdiyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
14:20 Azərbaycan Almaniyaya qarşı
13:44 AFFA-dan yarım milyonluq mükafat
13:27 Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
13:13 Kvekveskiri "Tobol"da - 1,5 illik müqavilə
13:00 "İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi
12:43 Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar
12:22 II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşdi
12:04 ŞOK! Karate Federasiyasının vitse-prezidenti məclis vaxtı dünyasını dəyişib!
12:00 Rəşad Eyyubov: "Şəhərdə hər kəs ona hörmət edirdi" - VİDEO
11:51 Azərbaycanın və Qətərin Voleybol federasiyaları arasında əməkdaşlığa dair müqavilə imzalanıb
11:00 Yığmamızın "monqollaşdırılması"ndan kimlər qazanıb? - Cüdoçumuzdan şok açıqlama
09:36 Komandamız ilk oyununda belə məğlub oldu - FOTOSESSİYA
00:45 "Mançester Yunayed" Avropa Liqasının qalibidir!
24 May 2017
20:22 Yığmamız Türkiyəyə uduzdu
18:00 "Trabzonspor" "Qəbələ"yə havayı futbolçu verir!
17:00 "Şüvəlan"ın rəhbərliyi təsdiqləndi
15:35 Hücumçumuz "Fənərbaxça"da
15:00 AZAL "Zirə"yə 500 min pul ayırıb?
14:22 Adı və uğurları ilə kifayətlənməyən "Qarabağ" - Gələcəyə hesablanmış addımlar - YAZI
14:00 "Kəpəz"ə "yox" deyib "Səbail"lə müqavilə bağladı!
13:25 AFFA yanında Media Komitəsinin bəyanat yaydı
12:00 "Qəbələ" daha bir legioneri göndərdi
11:57 Azərbaycan ilk yoldaşlıq oyununda Bolqarıstana uduzdu
11:51 Qapıçı məşqçilər üçün seminar keçiriləcək
11:14 Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”
11:00 "Sumqayıt" pul ödəmək, "Zirə" isə havayı buraxmaq istəmir
10:41 "Qarabağ" italyan hücumçu alır?
10:00 "Kəpəz" "Turan Tovuz"un daha bir futbolçusunun heyətinə qatdı
23 May 2017
23:30 "Qəbələ"dən Qriqorçuk açıqlaması: "Dinamo"ya gedir, yoxsa "Qəbələ"də qalır?
22:38 "Real" 16 yaşlı futbolçu aldı
22:37 Millimiz mundialda mübarizəyə başlayır
22:00 "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi
21:11 Mayk Tayson Bakıya gəlir!
20:00 İradə Aşumova oğluna çatacaq pulun 225 minini aldı: "Qoparacam əlindən, narahat olmayın" - MÜSAHİBƏ
19:00 Samir Əliyevin yalanı: "Səbail" legioner transfer etdi!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.