Ucuz təyyarə biletləri

Cavanşir Ağayev: “Yaxşı komanda üçün sponsor lazımdı" - MÜSAHİBƏ

Tarix:  30.09.16 23:09           Yazar:  Rekord.az           Oxunub: 540 dəfə

Siyəzən futbolunun tanınan simalarından olan, hazırda Siyəzən stadionunun direktoru işləyən Cavanşir Ağayev Siyəzənə ezam olunmuş Rekord.az əməkdaşına müsahibə verib:

 

 

- Cavanşir müəllim, Siyəzəndə futbolun bünövrəsi nə vaxt qoyulub?


- Ötən əsrin 50-ci illərində. 1960-cı ildə isə gördüyünüz stadionu tikdilər. O vaxt mən uşaq idim, gəlib futbollara baxırdım. Həmin vaxt Siyəzənin “Neftçi” adında komandası var idi və ölkə çempionatında oynayırdı. Mən də gəlib həm oyunlara baxırdım, həm də top daşıyırdım. Amma 70-ci illərdə rayonumuzda komanda olmadı. 80-ci illərdə isə mən özüm komanda yığdım və Siyəzəndə futbolu yenidən bərpa etdik. O vaxt komandamız “Çıraqqala” adı altında oynamağa başladı 1994-cü ilə qədər bu komanda fəaıiyyət göstərdi, hətta Güclülər dəstəsində də oynadı. 


- Ümumiyyətlə, Siyəzəni daha çox elə “Çıraqqala” ilə tanıyırlar...


- Elədi, SSRİ vaxtında da bu adla oynayırdıq, müstəqillik dövründə də bu adla oynadıq.


- İlk müstəqil çempionatımızda “Çıraqqala” da var idi. Həmin dövrü necə xatırlayırsınız, komanda harda maliyələşirdi, sonradan niyə dağıldı?


- O vaxt rayonda "Siyəzən Broyler" fabriki var idi. Böyük fabrik idi. Hətta SSRİ-dəki iki böyük broyler fabrikindən biri idi. Digər fabrik isə Belarusda idi. Komandaya da onlar sponsorluq edirdi. Lakin 1994-cü ildə həmin fabrik fəalyyətini dayandırdı. Elə “Çıraqqala” da həmin fabrikin fəaliyyətini dayandırması ilə dağıldı. 


- Amma həmin vaxt komandanızda tanınmış futbolçular çıxış edirdi. Məşhur Səmədağa Şıxlarovun adını çəkmək kifayət edər...


- Bəli elədi. O vaxt Səmədağa Şıxlarov bizim komandada oynayıb. Baş məşqçimiz Əbdülqəni Nurməmmədov da tanınmış şəxs idi. O vaxt mən də onun  köməkçisi kimi işləmişəm. Əbdülqəni müəllim Bakıdan Rafael Əmirbəyovu gətirmişdi. 16 yaşı var idi mərkəz müdafiəçisi mövqeyində oynayırdı. Həmçinin Anar Niyazovun da o vact 16 yaşı var idi o da bizdə oynayırdı. Sonradan hakim oldu. Həmçinin uzun müddət futzalda çalışmış Hacıbala Abdullayev də o vaxt “Çıraqqala”da oynayıb.


- 2003-cü ildə rayonda yenidən böyük futbol bərpa olundu. Lakin “Siyəzən Broyler” də çox yaşamadı...


- O vaxt broyler fabrikini türklər götürmüşdü və onlar işlədirdi. Həmin vaxt gəldilər stadiona ki, bəs komanda yaratmaq istəyirik. Həqiqətən də pis komanda yaratmadılar. Yaxşı maaş verirdilər, komanda üçün avtobus aldılar, bəzi futbolçuları hətta fabrikə işə də düzəltdilər. Həmin vaxt Anar Salmanov da bizdə oynayırdı. Lakin ilk dövrdən sonra türklər fabrikdən getdi. Onların yerinə gələn şəxs isə komandaya baxmaqdan imtina elədi və bununla komanda dağıldı.


- 2003-cü ildən bu yana Siyəzəndə komanda olmamasının səbəbi nədir?


- Əsas səbəb maliyyədir. İndi hər şey pulun başındadır. Yaxşı komanda üçün sponsor lazımdı. Siyəzən də balaca rayondu burda elə böyük  idarə, təşkilat, şirkət yoxdu axı sponsorluq edəcək gücdə olsun. Bir dənə Siyəzən Neft Qaz Çıxarma idarəsi hardasa komanda saxlaya bilər ki, onu da gərək Bakıdan tapşırıq verilə.


- Bayaq “Çıraqqala”nın dövründən danışdıq. Həmin vaxtlar oyunlara azarkeş marağı necə idi?


- Hər oyuna ən azı 1000 nəfər azarkeş gəlirdi. Elə oyun olurdu ki, oturmağa yer olmurdu ayaq üstə dayanıb oyunları izləyirdilər. Yadımdadı “Çıraqqala” “Neftçi” ilə ynayanda 3-4 min azarkeş gəlmişdi. Baxmayaraq ki, həmin oyunda 0:4 uduzmuşduq.


- Son illər Siyəzəndən çıxan ən tanınmış futbolçulardan kimin adını çəkə bilərsiniz?


- Azad Kərimovun. Mənim yetirməm olub. Burda yetişdi sonra “Bakı” Futbol Akademiyasına getdi ordan da “Bakı”nın əsas komandasına cəlb etdilər. İndi də “Kəpəz”də oynayır. Bundan başqa, oğlumun (Siyəzənin U-11 komandsının baş məşqçisi Elçin Ağayev Cavanşir müəllimin oğludur) tələbəsi hazırda “Zirə”nin əvəzedici komandasında oynayır.  “Şəmkir”də də bir siyəzənli futbolçu oynayır.

 

Anar XANLAROV, Siyəzən

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
"Şüvəlan" Premyer Liqaya qayıdır?
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi

Xəbər Lenti
23 Fevral 2018
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.