Ucuz təyyarə biletləri

Azərbaycanı Suriyaya necə “çevirək”?

Tarix:  07.10.16 14:10           Yazar:  Amal Abuşov           Oxunub: 973 dəfə

Təkcə bizdə deyil, dünyanın harasında Suriyanın adı çəkilsə, insanlarda eyni təsəvvür oyanır. Xarabalığa çevrilmiş şəhərlər, tüstüləyən binalar, qardaşın qardaşa güllə atdığı vətəndaş müharibəsi...

 

Sonunun necə olacağını kimsə bilmir. Çünki böyük dövlətlərin, dünyaya ağalıq etmək istəyən güc sahiblərinin maraqları məhz orda kəsişir. Atasından hakimiyyəti təhvil alan Bəşər Əsəd taxtdan salınana qədər bu proseslər davam edəcək, şəhərlər bombalanacaq, insanlar öldürüləcək. Onlar öz qərarlarında israrlıdılar. Prosesin sonu sonuncu suriyalının öldürülməsi, gözə dəyən bütün tikililərin dağıdılması, yararlı torpaqların alt-üst edilməsiylə nəticələnsə belə, sonra qədər öz prinsiplərindən əl çəkməyəcəklər.


Maraqlısı odu ki, bu cansıxıcı müharibə, bombardmanlar, siyasi və hərbi çəkişmələr sıravi suriyalıları bədbinlik girdabına yuvarlatmayıb, ruh düşkünlüyünə əsir edib həyatdan küsdürməyib. Dünəndən bəri Suriya millisinin Çini məğlub etməsinin təsiri altındayam. Çinin siyasi hakimiyyətinin bütün sahələrdə Avropa ölkələriylə, eləcə də Amerika və Rusiya ilə rəqabət apardığı hər birimizə məlumdu. İnsan resursları sayəsində buna müəyyən mənada nail olublar da. Dünya çinliləri qənaətcil, zəhmətkeş və hiyləgərliyə meylli insanlar kimi tanıyır. Həyat onları belə olmağa məcbur edib. Sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparır, bir-çox məşhur markaların saxta formasını yaradır, yeni-yeni ixtiralarla başlarını dolandırırlar. 
İdmanları da iqtisadiyyatlarından geri qalmır. Olimpiadalarda az qala bütün idman növlərində çinlilərin hegemonluğuna rast gəlmək mümkündü. Medal sıralamasında da öncül olmağı, əksər hallarda ya keyfiyyətə, ya da kəmiyyətə görə 1-ciliyi əldə saxlamağı bacarırlar.

 

İllərdi ki, çinlilərin dünya futbolunda da sözünü demək arzusu çin olmur. Milli komandanın sükanını dünyaca məşhur mütəxəssislərə tapşırdılar. Sonradan anladılar ki, yerli futbolçular güclənmədikcə ünlü çalışdırıcılar Çin futbolunu zirvələrə daşıya bilməyəcəklər. Ölkə çempionatına diqqəti artırdılar, klubları gücləndirməyə başladılar. Son illərdə bir çox dünya səviyyəli “ulduz” futbolçunun sorağı Çin çempionatından gəlir. “Qıyıqgözlər” Avropanın transfer bazarına cəsarətlə müdaxilə edir, məzənnəni yüksəldirlər. Təki Çin çempionatında adlı-sanlı futbolçular çıxış etsin, yerli gənclər də onlarla çiyin-çiyinə oynaya-oynaya “artırsınlar”. Müəyyən mənada öz istəklərinə nail olublar da. Həm tanınmış “ulduzlar”ın Çinə ayaq açması, həm də “top-klublar” hazırlıq dönəmində böyük pullar qarşılığında uzaq məsafə qət etməyə razılaşaraq Asiyaya səfərə yollanması diqqətləri ora yönəldib, futbolun sürətli inkişafına səbəb olub. Amma...

 

Amma qəhrəman suriyalılar çinlilərin göylə getməsinə imkan vermədilər, bütün çətinliklərə və məşəqqətlərə rəğmən futbolu onlardan daha yaxşı oynadıqlarını isbatladılar. 


Evlərin, şəhərlərin dağıldığı Suriyada normal futbol infrastrukturunun qalması, ölkə çempionatının keçirilməsi inandırıcı deyil. Mən hələ yüksək səviyyəli təlim-məşq toplanışlarından, futbolçulara mükafat vəd olunmasından danışmıram. Onlar şablonlaşmış bütün bu standartları dəyişdirdilər, futbolda pulun-şəraitin əsas olmadığını isbatladılar. Bütün dünyaya Suriyanın var olduğunu, suriyalıların yaşadığını sübut etmək, səslərini eşitdirmək üçün ürəklərini meydana qoydular.

 

Bizim futbolçulara dərs olsun!

Şərhlər
sevgifaciesiroman
Sözün düzü,dünən mən də layvskora baxıb bu hesabı görüb təsirləndim.Yadıma 2009 da Asiya çempionu kimi konfederasiya kubokunda oynayan xarabalıqlar sakini qəhrəman İraq futbolu da gəldi.Viranə qalmış İraq da Asiya çempionu olmaqla sübut etmişdi ki,yüksək şəraitdə təlim-məşq,bahalı ,lüks otellər,on mimlərlə dollar məvacib əsas deyil.Əsas şərəfin yüksək olması və şərəfə oynamaqdır.Necə ki,bunu Ağdamsız Ağdamlı Vüqar Nadirov Qarabağda etməlidi.Canın qoymalıdı.Elə də Turan Tovuzda,filan-filanda,Millimizdə.Çox sağ olun ki,bu məsələni işıqlandırdınız.
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
"Zaqatala" baş məşqçisini istefaya göndərdi
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
AFFA-dan AZAL-a "yaşıl işıq": bank zəmanətini gətir, Premyer Liqada qal

Xəbər Lenti
24 Aprel 2017
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
18:00 Paşayev üçün 90 dəqiqə və 3 xal - VİDEO
17:30 Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu" mükafatına layiq görüldü
17:00 Millimizin forvardı üçün biabırçı məğlubiyyət
15:30 "Qəbələ" "Gent"ə qalib gəldi - VİDEO
14:30  Cəfərov yenə ehtiyatda qaldı
14:00 "Dedim "məni qovacaqlar", uşaqlar güldülər..." - VİDEO
13:30 "Göyəzən" - "Mil-Muğan" 3:7 - VİDEO
13:00 Reynaldo "Neftçi"nin hədəfində!
12:30 "Energetik" - "Bakılı" 1:1 - VİDEO
12:00 AFFA "Zaqatala" ilə bağlı qərar verməyə tələsmir
11:30 "Ağsu" - "Zaqatala" 4:0 - VİDEO
11:00 "Qarabağ" - "Sumqayıt" matçına necə canlı baxmaq olar?
01:25 İngiltərə Premyer Liqasında 33-cü tur start götürdü
22 Aprel 2017
23:00 "Qəbələ" Danimarka klubunu məğlub etdi
22:40 Eddi İsrafilov oynamadı, "Kadis" yenə xal itirdi
22:22 Pavel Elyanov ardıcıl ikinci qələbəni qazandı
22:00 Uesli So Maykl Adamsla heç-heçədən danışdı
21:41 Veselin Topalov: "Barışıq barədə düşünmürəm"
21:20 Karyakin: "Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam"
21:00 Nağıyev oynadı, "Dnepr" qalib gəldi
20:36 Elxan Məmmədov Avropa çempionudur! - VİDEO
20:00 Erat oynadı, "Duysburq" qalib gəldi
19:30 “Qəbələ” xal itirdi, lider dəyişdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.