Ucuz təyyarə biletləri

“Azərbaycan boksuna edilən yatırımlar kimlərinsə cibinə axır”

Tarix:  07.10.16 21:10           Yazar:  Rekord.az           Oxunub: 218 dəfə

Rio olimpiadasında “qızıl”a ən çox ümid bəslədiyimiz növlərdən biri də boks idi. Müstəqillik dövrünün ən samballı heyətiylə olimpiya oyunlarına yola düşən boks yığmasında dünya, Avropa çempionları, titullarının sayı çox olan idmançılar vardı.

Ancaq yekun nəticə elə də ürəkaçan sayılmadı. Sotomayorun “gümüşü” ilə Kamran Şahsuvarlının “bürüncü” gözləntiləri doyurmadı.

Daha sonra boks yığmasında müəyyən dəyişikliklər oldu. Ancaq narazılıqlar səngimir. Əməkdar məşqçi Rafiq İsmayılovun boks yığmasının yanlış idarə olunduğuna aid sərt çıxışları olur. Sosial şəbəkələrdə qeydləriylə diqqət çəkən mütəxəssisə fikirlərini ətraflı çatdırması üçün tribuna verdik.

Rafiq müəllim yığmanın kubalı məşqçilərə həvalə edilməsinin yaratdığı problemlərə toxundu. Boşluqları üzə çıxardı.

- Azərbaycan boksunun bugünü  çox acınacaqlıdı. Yığmanın baş məşqçisi  Məmməd Eyvazov olanda yüksək nəticələr qazanırdıq. Heyətdə legionerlər yox idi, öz idmançılarımız hesabına edirdik bunları. Bilirsiz, boks fərdi idman növüdü. Azərbaycanda güləş, cüdo, boks kimi idman növlərinə legioner cəlb edilməsi günahdı. Öz yetirmələrimizin sayı çoxdu və onlar bu işi əla bacarırlar. Bizim bu növlərdə zəngin ənənəmiz var və bütün qazanclar yerli  idmançıların sayəsində başa gəlib. Yadınıza salım ki, Məmməd Eyvazovdan sonra 9 lisenziya var idi. Sonra müəyyən dəyişikliklər oldu. Gah Dağıstandan Kotov gətirildi,  hansı ki tanınmayan bir məşqçi. Ondan sonra Ukraynadan Zolotaryov gəldi. Ondan sonra da Kubadan bir məşqçi gəldi... Onlar nəticə baxımından Azərbaycan boksuna heç bir şey verə bilmədilər. Daha sonra Zolotaryov getdi, kubalını da apardı, onun yerinə özü kimi bir “moşennik”i gətirildi – Pedro. Bunlar Azərbaycan idmanına yalnız gəlir mənbəyi kimi baxdılar. Hardansa bura məşqçi gələndə öz halal ailələrini orada saxlayıb bura ya sevgililərini gətirirlər, ya da ikinci, üçüncü həyat yoldaşlarını. Burada qazandıqları pullarla əylənirlər.

- Bütün bu məşqçi dəyişikliklərinin yerli mütəxəssislərlə müqayisədə üstün nəticələri olmayıbsa, niyə bundan əl çəkilmir?

- Boks federasiyasının maliyyə cəhətdən korluğu yoxdur. Hörmətli Kəmaləddin Heydərov lazımı qayğını göstərir. Onun bu işdə müavini, Süleyman  müəllim də yaxşı boksçu olub, bu sahənin incəliklərini gözəl bilir. Ancaq bu adamlar dövlət işini idarə edirlər. Boksdakı işlərə nəzarət edənlərdədi günah. Onlar mənfəətlərini düşünürlər, yığmanın uğurunu yox.


- Kubalı məşqçilərdən xüsusən yanıqlısız. Onlara qarşı hələ ilk dönəmlərdən tənqidi çıxışlarınız olurdu sosial şəbəkələrdə...


-  Azərbaycan boksuna yalnız yerli idmançılar, yerli məşqçilər xeyir verib, bu, göz qabağındadı. Qayıdaq bizim olimpiyadadakı hazırlıq və çıxışlarımıza. Pedroyla Lassaro əl-ələ verib, Lorenso Sotomayoru gətirdilər bura. Və bizim güclü 64 kq çəkidə mübarizə aparan idmançılarımızı sıxışdırmağa başladılar. Heybətulla Hacəliyev kimi boksçunu uzaqlaşdırdılar, getdi ABŞ-a. Bu çəkidə ölkə çempionu olanlar təlim-məşq toplanışlarına çağırılmadı. Toplanışlar hələ ayrı dəhşətli mövzudu. Başladılar toplanışları Amerika qitəsinə salmağa. Gah Cənubi Amerika, gah ABŞ. Faydasız  10 günlük toplanışlar. Biri məntiqi mənə izah etsin, 10 günlük toplanış üçün burdan ABŞ-a getməyə nə gərək var. Bunun 3-4 günü yola gedir. Bəs adaptasiya? Bəs ordakı məşqçin idmançıya faydası nə olacaq?

- Bəs onlardan soruşan olmurdumu bu məntiqsizlikləri?

- Olsaydı, daha etməzdilər. Görünür ki, hesabat tələb edən olmayıb. Onlar yəqin bura o şərtlərlə gəliblər ki, hesabat soruşulmasın. Lap soruşan yoxdur, sən bir mütəxəsissənsə, 10 günlük məşq üçün okeanın o tərəfinə niyə aparırsan komandanı?

- Niyə aparırlar?

- Pul mənimsəməkçün. Bunun başqa adı yoxdur. Bu yaxınlarda Cavid Çələbiyevlə söhbətim oldu. Mənə deyir ki, biz hava limanında öz hesabımıza qidalanırdıq. Ya da gözləyirdik ki, təyyarəyə minək, orada bizə yemək versinlər. Qəbələdə, Mingəçevirdə, Lənkəranda, Astarada təlim-məşq toplanışı keçmək üçün yaxşı şərait var. Heç olmasa, Ukrayna, Rusiya, Qazaxıstan kimi boks ənənələri yüksək olan ölkələrdə keçərdilər toplanışı. Burdan Amerikaya getməyin adı nədi?

- Belə başa düşdüm ki, bizim boksda pul var, ancaq yaxşı idarəçilik yoxdu...

- Sadəcə, orda bəzi insanlar var, dələduz məşqçilərlə əlbirdirlər, onlara sərbəstliyi verən, şəraiti yaradan da özləridi. Çünki sərf edir. Misal üçün mən 1 ilə yaxındır ki, işsizəm, ixtisara salıblar. Amma yenə də çalışıram, işləyirəm. Qoy məni 10 ildə işlətməsinlər, iş verməsinlər, birtəhər dolanacam. Ancaq yerli idmançıları gah ora apardılar, gah bura apardılar. Heyifdilər. Yerli idmançılar Avropa Oyunlarında kifayət qədər yaxşı nəticələr qazandılar. Ancaq bu məşqçilər neylədilər. Deməli, dünya çempionatı, Avropa çempionatından sonra, misal üçün, Pərviz Bağırov Dohadakı dünya çempionatından sonra bir dənə də olsun başqa turnirdə iştirak etmədi. Biz iyul ayında getməliydik Rumıniyada tunirə, Pedro  dedi ki, biz gedirik Amerikaya fitnesə. Velosiped sürməyə getmişdilər. Orda trenajor zalında yalnız  velosiped sürüblər. Məşqlər düzgün keçirilmədi. Yoxsa bizim boksçular bu olimpiadada çox yaxşı nəticələr qazanardılar.

-  Sizcə, onlar niyə belə edirlər?

- Onlara belə sərf edir. Yaxın ölkələrdə toplanış keçməkçün elə çox pula ehtiyac olmur, deməli, o qədər də yeyinti edə bilməzlər. Yenə deyirəm, Pərviz Bağırov dünya çempionatından sonra heç bir döyüşə çıxmadı. Albert Səlimovun şəxsi məşqçisi “bizə mane olur” adı ilə kənarlaşdırıldı yığmanın məşqlərindən.  Azərbaycan komandası favorit tərkibdə idi. Yaxşı nəticələr qazanmaq olardı. Sadəcə, onlar Lorenso Sotomayora görə bütün komandanı, bütün uşaqların hazırlıq səviyyəsini aşağı səviyyədə etdilər ki, ona yol açılsın. Rüfət Hüseynov, Elvin Məmişzadə, Cavid Çələbiyev, Albert Səlimov Teymur Məmmədov kimi boksçular məğlub oldu. Maraqlısı budur ki, Albert Səlimov, Abdulkadir Abdullayev və Pərviz Bağırovun məğlub olduğu döyüşlərdə qələbəni əks tərəfə verənlərin biri kubalı hakim idi. Əgər mən kənar bir ölkədə məşqçilik edirəmsə, mənim ölkəmdən olan hakim idmançım haqlıykən qələbəni məşqçisi olduğum komandanın üzvünə verər. Pedroya, Lassaroya görə bir balaca üstünlüyü bizim idmançımıza verə bilərdilər, ancaq əksi oldu. Kubalı məşqçilər hər şey etdi ki, “qızıl”ı yalnız Sotomayor qazansın. Onlar da bununla öyünsünlər. Yerli boksçuların bacarıqsızlığını qabartsınlar.

- Bizdə yığmanı çalışdıracaq səviyyədə məşqçilər yoxdu?

- Niyə yoxdu? Var! Vaqif Kazımov, Rasim Məmmədov, Əsgər Eyvazov, Məmməd Eyvazov, Türkiyədə çalışan Çingiz Məmmədov və başqaları. Mən heç özümü tərifləmirəm, heç öz adımı çəkmirəm. Mənim ayağımın bildiyini Pedro ilə Lassaronun başı bilmir. Onlar ancaq dələduzluğu bilirlər. Deyirlər “Kuba məktəbi”... Məşqləri Nəriman müəllim keçirdi. Şəxsən o məşqlərdə kubalıların  qeyri-adi hansısa tapşırığını görmürdüm.  Bir dənə də maraqlı kombinasiya yox idi. Alınan pulların qarşılığında rəhbərliyə hesabat vermək lazımdı.

- Rafiq müəllim, siz bir əməkdar məşqçi kimi bu çatışmazlıqlar haqda federasiyaya məlumat vermisizmi, müraciət etmisizmi?

- Müraciət etməmişəm və belə fikirdə də deyiləm. Müraciəti elə yerə edərlər ki, orda sənin səsini eşidələr. Bunu hamı görür də. Boksdakı hər kəs bilir ki, bu çatışmazlıqlar var.  Mən burda təzə bir şey demədim. Sadəcə, boks mətbəximizin içində olanları açıq dedim. Yığmada bizim məşqçilərimiz işləməlidi.

Bir çəkidə bir neçə idmançı sınanmalıdı. Olimpiyadaya gedən idmançılarımızın Sparinq partnoyoru yoxdu. Sparinq rəqib olmayanda nəticə də yaxşı olmur. Bir çəkidə iki idmançı olmalıdır ki, yaxşı nəticələr əldə etmək olsun.

Bu yaxınlarda Vüqar Ələkbərovun və mənim məşqlərdən kənarlaşdırılmağımıza səbəb nə oldu, deyim. Komanda 25 günlük istirahətə buraxılıır və bundan sonra toplanış bərpa olunur. İstirahətdən gələndən sonra döyüşçülərə sparrinq verilir. Yəni birinci döyüş... Pedro və Lassaro  yalnız Sotomayora yaxşı məşq keçirdilər. Buna etirazımızı bildirmişdik.  Bu cür anormal hallar həddən artıq çoxdur. Biz prosesə müdaxilə edilməsini gözləyirik. Azərbaycan boksuna edilən yatırımlar kimlərinsə cibinə axır. İş doğru aparılmır. Biz buna göz yuma bilmərik.

 

mənbə: futbolpress.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Qəbələdə hakimlərin qabağını kəsdilər - FOTO
Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
Rusiyada yaşayan iş adamı "Şəmkir"i himayəsinə götürür?
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!

Xəbər Lenti
22 Avqust 2017
16:40 Azərbaycan idmançısı dünya reytinqində 14-cü pillədə
16:23 Nəriman Abdullayev: “Komandamız yaxşı formadadı”
15:40 "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi
15:21 Rusiya klubunu Bundesliqa təmsilçisinə dəyişdi
15:00 Lənkəran stadionunun sabiq direktoru dondurma satır?
14:40 Norveç yığması Bakıya bu heyətlə gələcək
14:22 "Qarabağ" "Kopenhagen"lə oyuna hazırlığı bu gün tamamlayacaq
14:00 "Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
13:56 "Marca" üzr istədi və mətni dəyişdi - FOTO
13:40 Ayxan Tağızadə erməni üzərində qələbə ilə finalda!
13:21 Türkiyə yığmasının sabiq qapıçısı həbs edildi
13:00 "Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
12:41 Premyer Liqa klubunda yeni hücumçu
12:21 "Arsenal"ın futbolçusu İtaliya klubunda
12:13 İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
12:00 "Sumqayıt"ın sabiq futbolçusu MOİK-lə müqavilə bağladı
11:40 "Roma"nın forvardı Meksika klubunda
11:21 "İnter"in futbolçusu rəsmən "Valensiya"da
11:00 Rusiyada yaşayan iş adamı "Şəmkir"i himayəsinə götürür?
10:52 Prosineçkinin gələn cismi, qalan ruhu
10:30 Emin üçün 90 dəqiqə və 3 xal
10:04 "Qarabağ" Danimarkadadı
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
00:00 DÇ-də Azərbaycanı təmsil edəcək cüdoçularla görüş keçirildi
21 Avqust 2017
23:50 DÇ: İslam Abbasov da medal qazana bilmədi
22:30 “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?
22:00 "Qəbələ" "Dinamo"ya qalib gəldi
21:30 Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü
21:00 "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu
20:30 Nəsri rəsmən Türkiyə klubunda
20:00 "Qəbələ"dən 600-cü qol
19:40 MOİK-dən 5 qollu qələbə
19:21 “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi
19:00 Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı
18:41 2012 gün öncə: 2012-ci ildə
18:21 “Neftçi” tarixinin ən uğursuz startı
18:00 AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
17:40 "Neftçi" Əhmədova tapşırıldı
17:21 Taypeydə daha bir cüdoçumuz medal qazandı
17:00 "Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
16:40 "Arsenal" iki futbolçusunu icarəyə göndərdi
16:25 Premyer Liqa klubundan rekord transfer
16:00 Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO
15:22 Tahir Süleymanovdan növbəti açıqlama: "İctimaiyyəti aldadırlar"
15:20 Hümbətovun komandası "Vardar"la bacarmadı
15:00 "Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
14:41 Kaliniç "Milan"da
14:22 Kiçik rayonun futbol dərdi - YAZI
14:00 Aqil Məmmədov "Mil Muğan"dan ayrıldı
13:45 “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.