Ucuz təyyarə biletləri

AFFA Maşallah Əhmədovdan qorxur?!

Tarix:  26.10.16 15:10           Yazar:  Amal Abuşov           Oxunub: 544 dəfə

2015-ci il dünya futbolu üçün xeyli keşməkeşli və qalmaqallarla zəngin keçdi. Uzun müddətdi UEFA və FİFA prezidentinə qarşı səslənən rüşvət iddiaları məhz ötən il ciddiləşdi. Nəticədə Yozef Blatterin dünya futbolu üzərində 17 illik hökmranlığı sona çatdı. 2007-ci il yanvarın 26-da UEFA-nın prezidenti seçilmiş Mişel Platinin nüfuzu heçə endi. Halbuki Platini bu yola qədəm qoyarkən böyük planlar qurmuş, Blatteri kürsüdən düşürməyi hədəfləmişdi.

 

Amma qanun qarşısında hər kəsin bərabər olduğu Avropada kiməsə güzəşt olunmur. İşində nöqsana yol vermisinsə, məsuliyyətdən yaxanı kənara çəkməyin mümkünsüzdü. Bu ali dəyərlərin Platini və Blatterin başına gələnlərdən sonra bir daha şahidi olduq. Daha maraqlısı o idi ki, hüquq-mühafizə orqanları araşdırmalara başladığını rəsmən açıqladıqdan sonra FIFA-nın Etika Komitəsinin Arbitraj Palatası çox əhəmiyyətli bir qərar verdi. Həmin qərarda bildirilirdi ki, araşdırmalar bitənə qədər FİFA prezidenti Jozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini öz vəzifələrinin icra edə bilməzlər. Yəni, onların səlahiyyətləri araşdırmaların nəticəsi məlum olana qədər “dondurulurdu”. İlkin müddət olaraq 3 ay göstərilmişdi. Etika Komitəsinin bu çevik müdaxiləsi səbəbsiz deyildi. Baxmayaraq ki, həmin vaxt Blatterlə Platini vəzifədə idilər. Etika Komitəsinin üzvləri keçmiş münasibətlərini, prezidentlərin “sudan quru çıxmaq” ehtimalını nəzərə alaraq, özlərini “sığortalaya” bilərdilər. Onlar belə davranmaq istəsəydilər, yaxalarını kənara çəkib, məsələnin həllini istintaqı aparan orqanların ixtiyarına buraxardılar. Amma etmədilər. Dünya futbolunun, ən əsası, fəaliyyətindən məsul olduqları FİFA və UEFA-nın nüfuzunu xilas etmək, fəaliyyətində nöqsana yol verən, adı rüşvətxorluqda hallanan prezidentlərlə işbirliyində olmadıqlarını isbatlamaq üçün hərəkətə keçdilər. Sonrası isə hamımıza məlumdu.

 

Şübhə yoxdu ki, həmin bəylər və xanımlar azərbaycanlı olsaydılar, həyata bizim məmurlar kimi baxsaydılar, belə qərara imza atmağa cürət etməzdilər. Öz şəxsi karyeralarını düşünməyi üstün tutardılar. Necə ki, AFFA-nın boz binasında oturanlar belə davranır. Onlar üçün nə Azərbaycan futbolunun, nə də ki, AFFA-nın ictimai nüfuzu bir qara qəpiklik dəyərə sahib deyil. Belə olmasaydı, haqqında uzun illərdi fırıldaqçılıqla bağlı söz-söhbət gəzən, 2015-ci ilin dekabr ayının 14-dən isə şübhəli şəxs kimi istintaqa cəlb olunan Maşallah Əhmədov barəsində tədbir görərdilər. Ona qarşı bir ilə yaxındı ki, cinayət işi qaldırılıb, məhkəmə prosesi gedir. Məhkəmədə şahidlər, zərərçəkənlər 350 min manatlıq fırıldaqdan bəhs edir, Əhmədov tərəfindən aldadıqlarından şikayətlənirlər. AFFA isə bütün olanlara laqeydlik göstərir, sanki AFFA nümayəndəsi kimi oyunlara göndərdikləri, Regional Futbol Federasiyasının vitse-prezidenti postuna əyləşdirdikləri adamın fırıldaqçı kimi məhkəmə qarşısına çıxdığından xəbərsizdilər. Türklər demişkən, bu qədər “vurdum duymazlıq” ola bilərmi? Adamın günasızlığına inanmaq istəyirsiz, məhkəmənin qərarını gözləyirsizsə, heç olmasa onun səlahiyyətlərini müvəqqəti dondurduğunu açıqlayın. Belə çıxır ki, AFFA Əhmədovun timsalında özünüzə rəqib qazanmaqdan qorxur. Başqa cür izahat verməyə çətinlik çəkirəm!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Şehiçin "kitabı" bağlandı
Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
“Binə”nin varlı sponsoru
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
Bir vaxtlar millinin bazası olan stadion məhv olub gedir - FOTOLAR
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
“Fakel” erməni ilə müqavilə bağladı, Samirlə yox
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
"Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
Eddi İsrafilov Prosineçkiyə lazım deyil?

Xəbər Lenti
27 İyun 2017
17:41 Bundesliqa klubunda yeni hücumçu
17:21 Cavid İmamverdiyev: "Sumqayıt"da olduğum üçün şadam" - VİDEO
17:00 "Neftçi" Həvəskarlar Liqasında yarışan komanda ilə yoxlama görüşü keçirəcək
16:40 "Neftçi" hazırlığa start verdi - VİDEO
16:21 Məşhur İtaliya klubu satışa çıxarıldı
15:45 PSJ dəli olub?
15:22 "Mladost" "İnter" üçün heyətini açıqladı
15:00 "Sumqayıt" Türkiyənin Super Liqa klubu ilə qarşılaşacaq
14:41 "Fənərbaxça"nın sabiq üzvü yenidən Türkiyə klubuna qayıtdı
14:38 Millimizin iki üzvü Avropa Liqasında ən yaxşılar sırasında
14:21 "Real"dan "Real Sosyedad"a
14:00 "Səbail" Gürcüstanın I Divizionundan futbolçu transfer edir?
13:40 Norveç millisinin əfsanəsi karyerasını başa vurdu
13:21 "Çelsi" forvardını Fransa klubuna satdı
13:00 Ehtiyatlı olun, "Qəbələ"nin yeni transferi elə yerdən yapışır ki... - VİDEO
12:42 Burak Yılmaz qovuldu
12:20 Altıntop Almaniya klubu ilə yollarını ayırdı
12:00 "Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
11:40 "İnter" Belqrada çatdı
11:20 "Qarabağ" onuncu günü iki məşqlə başa vurdu
11:00 Samir Məsimov erməni ilə bir komandada oynayacaq?
10:30 "Barsa"nın təmiz qolunu saymayan hakim ən yaxşı oldu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
26 İyun 2017
21:00 "Qəbələ"dən Polşa klubuna
20:00 Daha 2 taekvondoçumuz DÇ-də fiasko ilə üzləşdi
19:30 Millimizin üzvü üçün erməni baş məşqçi
19:00 Sinan Öztürk: "İşlərimiz plan üzrə davam edir"
18:15 "Differdanj"ın Bakıya gələcək heyəti açıqlandı
18:00 Bir vaxtlar millinin bazası olan stadion məhv olub gedir - FOTOLAR
17:30 "Neftçi" də başladı - FOTOLAR
17:00 “Binə”nin varlı sponsoru
16:30 Premyer Liqa klubunda yeni baş məşqçi
16:00 "Zirə" və "İnter"in ev matçları canlı yayımlanacaq!
15:30 Nazarovun komandası 24:0 hesablı qələbəyə sevindi
15:00 Eddi İsrafilov Prosineçkiyə lazım deyil?
14:30 "Qarabağ"ın ÇL hazırlığı davam edir - VİDEO
14:00 “İnter”in baş məşqçisi “Qarabağ”la bağlı məlumatları “Samtrediya”ya ötürür?
13:21 Kasilyas "Milan"a keçir?
13:00 “Fakel” erməni ilə müqavilə bağladı, Samirlə yox
12:40 Mario Balotelli "Nitsa" ilə müqavilə imzaladı
12:21 Bundesliqa klubunda yeni qapıçı
12:00 Şehiçin "kitabı" bağlandı
11:40 Çili - Avstraliya - 1:1 - VİDEO
11:20 Almaniya - Kamerun - 3:1 - VİDEO
11:00 Həvəskarlar Liqasının oyununu 5 min azarkeş izlədi - FOTOLAR
10:30 Komandasını elitaya çıxardı, karyerasını başa vurdu
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.