Ucuz təyyarə biletləri

Sumqayıt futbol məktəbi: yığma komandaların əsas bazası - YAZI

Tarix:  28.10.16 15:10           Yazar:  Rekord.az           Oxunub: 371 dəfə

 

Sumqayıt futbol məktəbi Azərbaycanda hər zaman öz dəst-xətti ilə seçilib. Hələ SSRİ dönəmindən bu şəhərdən çox güclü oyunçular çıxıb, yetərincə yaxşı klubların heyətində yer alıblar. 

 

Böyük futbol sevgisi
Şəhərdə də futbolu çox sevirlər. Təkcə bir faktı deyək ki, Sumqayıt 1949-cu ildə yeni salınandan və şəhər statusu alandan 5 il sonra artıq “İnşaatçı” stadionu inşa olunub. Bunun özü artıq sumqayıtlıların futbola sevgisindən xəbər verir. Yəni 5 yaşlı şəhərdə bu idman növünə həvəs, maraq o qədər böyük idi ki, şəhər rəhbərliyi təcili stadion inşa etməyi qarşısına məqsəd qoymuşdu. O vaxt bu arenada keçirilən oyunları 10 minə yaxın azarkeş izləyirdi və çox vaxt da oturmağa yer olmadığından insanlar tamaşadan ayaq üstə dayanaraq zövq almağa məcbur olurdu. Elə bunun nəticəsidir ki, 60-cı illərdə daha böyük tutumlu stadiona zərurət yarandı və 15 minlik Mehdi Hüseynzadə adına arena istifadəyə verildi. Düzdür, hazırda bu stadion istismar müddətini başa vurduğundan tam istifadə olunmur və yenidən qurulması üçün layihə hazırlanıb. Lakin maliyyə ayrılmadığı üçün həmin layihə 3 ildir ki, SOCAR-da “toz basmış” vəziyyətdə “yatır”. Şəhərin Premyer Liqadakı təmsilçisi “Sumqayıt”ın ev oyunlarını keçirdiy 1300 yerlik kiçik “Kapital Bank Arena” isə tələbləri ödəmir. Çünki bir çox hallarda insanlar yer olmadığı üçün oyunları hasar arxasından izləyirlər.

Sumqayıtda futbola bu cür böyük marağın olmasının nəticəsidir ki, bu şəhərdən Tofiq Abbasov, Tofiq Rzayev, Telman Salahov, Sabir Əliyev kimi futbol adamları, Nazim Süleymanov, Arif Əsədov, Mehman Yunusov, Kamal Quliyev, İsmayıl Məmmədov, Aqil Məmmədov, Seymur Rəhimov, Samir Abasov, Mahir Şükürov və bir çox bu cür milli səviyyəsinə yüksəlmiş futbolçular çıxıb. Hazırda da istər Premyer Liqada, istərsə də bir çox milli komandalarda Sumqayt futbol məktəbinin nümayəndələri oynayır.

 

Uşaq futbolunda maddi problem 
Ötən əsrin 90-cı illərində ilk dəfə yaranan milli komandalarımızın hamısında sumqayıtlı futbolçular yer alırdı. Təsadüfi deyil ki, 1994-cü ildə ilk dəfə Azərbaycandan iki gənc futbolçu seçilərək 1 illik “Trabzonspor”a göndərilmişdi ki, onların da hər ikisi sumqayıtlılar idi: Ramin Hüseynov və Ramil Abışov. Bundan başqa, Sumqayıtın aşağı yaş qruplarından ibarət komandaları da bir qayda olaraq ölkə çempionatlarında yüksək yerlər tuturdular. 4-cü yer Sumqayıt üçün heç vaxt uğur sayılmayıb. 
Təəssüf ki, sonradan maliyyə cəhətdən şəhərin bir neçə il futbolsuz qalması uşaq futbol məktəbinin də fəaliyyətinə öz təsirini göstərdi. Təbii ki, böyük futbol olmayan yerdə uşaq futboluna da maraq və həvəs yüksək səviyyədə olmur. Məhz bu boşluğun acısını Sumqayıt futbolu bir müddət çəkməli oldu. Yalnız son illər “Sumqayıt” Futbol Klubunun Akademiyasının fəaliyyəti nəticəsində yeni futbolçuları üzə çıxartmağa başlayıb. Bununla belə, problem hələ də tam həllini tapmayıb və “Sumqayıt” yenə də kənardan dəvət olunan futbolçuların xidmətindən istifadə edir. Amma futbolsuz qaldığı dönəmdə belə, şəhərdən Emin Mustafayev, Emin Mehtiyev, Tərzin Cahangirov, Bəxtiyar Həsənalızadə, Nicat Muxtarov, Ayaz Mehdiyev kimi gənc futbolçular çıxdı.

 

Akademiya və...
Ümumilikdə “Sumqayıt” Futbol Akademiyasında 14 yaş qrupundan ibarət komanda fəaliyyət göstərir. Buraya iki yaş qrupundan ibarət qızlardan ibarət komandanı da əlavə etmək yerinə düşər. Yencə start götürmüş və sırf Sumqayıtın uşaq futboluna həsr olunmuş layihəmiz çərçivəsində akademiyanın fəaliyyətinə geniş şəkildə toxunacağıq. 

 

...başqaları
Sumqayıtda “Sumqayıt” FK-dan başqa “Təhsil”, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi və UGİM futbol məktəbləri də fəaliyyət göstərir. Akademiyanın yetirmələri “Kapital Bank Arena” və Mehdi Hüseynzadə adına stadionun xidmətlərindən istifadə edirsə, digər məktəblər daha çox AGİN və Təhsil nazirliklərinin balansında olan meydançalardan yararlanırlar. Bundan başqa, şəhərdə müxtəlif kateqoriyalə məşqçilərin öz şəxsi istəklərinə uyğun olaraq yaratdığı bir sıra uşaq futbol bölmələri də fəaliyyət göstərir. Layihə çərçivəsində bütün bu komandalar haqqında da geniş məlumatlar verəcəyik.

 

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“Şahdağ”ın I Diviziona buraxılmamasının əsl səbəbi məlum oldu - ÖZƏL!
"Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
"Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
Regional Liqa necə olmalıdı: “Rekord.az”dan AFFA-ya təklif!
AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
"Göyəzən" fəaliyyətini dayandırdı!
RƏZALƏT: "İnter" xanımları zorla stadiona gətirir

Xəbər Lenti
20 Sentyabr 2017
13:15 AFFA paytaxt klublarını cəzalandırdı
13:00 "Kəpəz"in sabiq futbolçusu 5 ilədək həbs oluna bilər!
12:40 İvan Rakitiç: “Robert Prosineçki olmaq istəyirdim”
12:21 Super Liqa klubunda yeni baş məşqçi
12:00 Avropada ən yaxşı gənc futbolçu adına namizədlər - SİYAHI
11:30 60 illik yubileydə 6:6 hesablı heç-heçə
11:00 Aqil Nəbiyev: "AFFA neçə kluba baxa bilər?" - MÜSAHİBƏ
10:00 "Bakı"ya yeni sponsor tapıldı?
00:10 Eratlı “Duysburq” səfərdən 1 xalla döndü
19 Sentyabr 2017
23:26 Nazarovun komandası “Kayzerslautern”ə qalib gəldi
22:23 “Qarabağ” “Kəpəz”ə də uduzdu
22:04 AVRO-2017: Millimizin rəqibi heyətini açıqlayıb
21:41 Ziya oynadı, komandası Hollandiya Kubokunda mərhələ adladı
20:05 “Şüvəlan” “Xəzər”ə qalib gəldi
19:23 Millimiz yenə italyanlarla bacarmadı
18:48 Yığmamız Avropa birinciliyində iştirak edəcək
18:00 "Energetik" Regional Liqada oynamaq istəyir
17:45 Premyer Liqada 6-cı turun oyun cədvəli
17:30 6-cı turun oyun cədvəli bəlli oldu
17:15 PFL “Kəpəz” – “Səbail” matçının yerini dəyişdi
17:00 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
16:48 “Sumqayıt” – "Qarabağ" matçının vaxtı açıqlandı
16:22 Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
16:00 Çempionlar Liqasının finalı Bakıda olacaq?
15:54 Elxan Məmmədov: “Qərar sabah məlum olacaq”
15:48 “Kəpəz”in baş məşqçisi yeni məqsədini açıqladı
15:31 Millimizin 7 velosipedçisi dünya çempionatında
15:00 Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
14:12 Rauf Əliyev oynadı, “Kukesi” xal itirdi
14:05 “Qarabağ” - “Roma”: 45 000 bilet satılıb!
14:00 Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
13:45 Sloveniyada tarix yazan cüdoçularımız Bakıya döndülər VİDEO
13:22 “Qəbələ”dən ardıcıl 5-ci qələbə
13:00 "Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
12:34 Araz Abdullayev APOEL üzərində qələbəyə sevindi
12:22 “Binə”dən daha 2 transfer
12:12 “Qazprom”dan “Rekord.az”a təşəkkür məktubu gəldi!
12:00 Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
11:00 "Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
10:00 "Neftçi"nin prezidentini SOCAR-a çağırıb danladılar və dekabra kimi vaxt verdilər
18 Sentyabr 2017
23:30 "Sumqayıt"ın və "Xəzər Lənkəran"ın sabiq üzvü qəzaya düşdü
22:50 Ümudünya Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək
21:33 Azərbaycan millisi Nalçikə yollandı
20:23 “Roma” ilə matçı stadiondan izləməyə hazırlaşanların nəzərinə
20:00 Dibala Messi ilə müqayisə olunmaq istəmir: "O, bir əfsanədir"
19:30 Yığmamız Avropa birinciliyində mübarizəyə başlayır
19:25 Runi 2 il maşın sürə bilməyəcək
18:43 "Anderlext"in baş məşqçisi qovuldu
18:22 Azərbaycan - Çexiya matçı 50 manata
18:13 “Beşiktaş”ın futbolçuları milli komandamıza çağırıldı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.