Ucuz təyyarə biletləri

Sumqayıtda futbolçular bu məkanlarda yetişir - YAZI + FOTOLAR

Tarix:  31.10.16 23:10           Yazar:  Rekord.az           Oxunub: 526 dəfə

Sumqayıtda uşaq futbolunun mövcud durumundan bəhs edən layihəmiz çərçivəsində bu dəfə sizə bu şəhərdə uşaqların futbolla məşğul olduğu idman qurğuları haqda ümumi məlumat verəcəyik. Növbəti yazılarımızda isə hər bir idman qurğusu, uşaqların ordakı məşq şəraiti haqda daha geniş məlumatlara yer veriləcək.

 

Ondan başlayaq ki, hazırda Sumqayıtda fəaliyyət göstərən idman məktəbləri və cəmiyyətlərinin sayı 7-dir. Bunlar 1 saylı Uşaq-Gənclər İdman Məktəbi, 2 saylı Uşaq-Gənclər İdman Məktəbi, 3 saylı Uşaq-Gənclər İdman Şahmat Dama Məktəbi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Filialı, “Zenit” İdman Cəmiyyətinin Sumqayıt Şurası, “Spartak” İdman Cəmiyyəti Sumqayıt Şurasıdır. Bundan başqa, şəhərdə fərdi şəkildə qrup açıb uşaqlara məşq keçən şəxslər də var. Amma biz daha böyük çevrəni əhatə etdiyi üçün idman cəmiyyətlərindən söz açacağıq. Yuxarıda haqqında danışdığımız idman məktəbləri və cəmiyyətlərinin heç də hamısında futbol bölməsi yoxdur. Məsələn, adından da göründüyü kimi, 3 saylı Uşaq-Gənclər İdman Şahmat Dama məktəbindən yalnız şahmat və dama bölmələri var. Eləcə də “Zenit” İdman Cəmiyyətində də futbol bölməsi fəaliyyət göstərmir. Eyni sözləri 2 saylı Uşaq-Gənclər İdman Məktəbi haqda da demək olar. Burda da daha çox sambo, cüdo və otüstü xokkeyə üstünlük verilir. Burada üstünlük Yunan-roma güləşi və boksa verilir. Ancaq digər məktəblərin hamısında futbol bölmələri var.

 


1 saylı Uşaq-Gənclər İdman Məktəbi 1966-cı ildə yaranıb. Şəhərin 5-ci mikrorayon ərazisində yerləşir. Çoxları buranı 15 saylı məktəbin idman bazası saysa da. əslində belə deyil. Çünki 15 saylı məktəb bu məktəbdən çox sonra inşa edilib. Lakin orta məktəb idman məktəbinə bitişik tikildiyindən buranı elə 15 saylı məktəbin bazası hesab edirlər. 1 saylı Uşaq-Gənclər İdman Məktəbinı hazırda tanınmış boksçu, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Fuad Aslanov başçılıq edir. Məktəbin təbii örtüklü stadionu və qapalı zalı var. Stadionun ölçüsü standardlara cavab verməsə də, ot örtüyü göz oxşayır və burada kiçik yaşlı uşaqlar futbolun sirrlərini öyrənir. Stadionu ətrafında 670 yerlik tribuna da quraşdırılıb. Qeyd edək ki, məktəb 2011-ci ildə əsaslı təmir olunaraq yenidən istifadəyə verilmiş, təmirdən sonrakı açılışında ölkə başçısı İlham Əliyev də iştirak etmişdi.

 

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi isə 1997-ci ildə təsis edilib. Bu məktəbin balansnda atletika, sərbəst güləş və cüdo bölmələri ilə bərabər futbol bölməsi də fəaliyyət göstərir. İdman məktəbinə U-17 millimizin sabiq məşqçilərindən olan Baba Əsgərov rəhbərlik edir. Məktəb şəhərin Səməd Vurğun küçəsində yerləşir. AGİN-ə aid olduğu üçün nazirliyin balansında olan bütün idman qurğularından istifadə olunur. Məsələn, bu məktəbin futbolçuları şəhərin baş arenası olan Mehdi Hüseynzadə adına stadionun xidmətindən təmənnasız istifadə edirlər. Eləcə də “İnşaatçı” stadionunun. 

 

Futbol bölməsi olan idman məktəblərindən biri də “Təhsil”di. Bu qurum az öncə haqqında danışdığımız idman məktəbləri ilə müqayisədə çox gəncdir. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Filialı 1997-ci ildə fəaliyyətə başlayıb. Bu məktəbə isə Teymur Qafarov rəhbərlik edir. Şəhərin Koroğlu prospektində yerləşən bu məktəbdə daha çox idman bölməsi fəaliyyət göstərir: voleybol, cüdo, ağır atletika, boks, stolüstü tennis, sərbəst və yunan-roma güləşi, taekvan-do, sambo, idman gimnastikası... Təbii ki, futbol da burada xüsusi yer tutur.

“Spartak” İdman Cəmiyyəti isə 1980-ci ildə yaradılıb. Digər futbol məktəblərindən fərqli olaraq, “Spartak” sırf futbol üzrə ixtisaslaşıb. Vaqif Zeynalovun rəhbərlik etdiyi “Spartak” cəmiyyəti şəhərin Səməd Vurğun küçəsində yerləşir. Maraq üçün deyək ki, dəniz kənarında yerləşən və “Spartak” adlanan torpaq meydança uzun illər futbola xidmət edib. Hətta Arif Əsədovun ilk məşqçisi olmuş Telman Salahov da uzun illər bu məktəbdə çalışıb və futbolçu yetişdirib.

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Göyçə" millimizin sabiq üzvüləri ilə müqavilə bağladı
Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
"Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
"İnter"in Raufa nə qədər borcu var?
Şüvəlanda 5 qolluq sınaq matçı
Rəşad Danimarkada oynaya biləcək?
"Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
"Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
"Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq

Xəbər Lenti
19 Avqust 2017
16:41 "Tottenhem" "Ayaks"dan futbolçu transfer etdi
16:22 Güləşçilərimiz hərbçilərin dünya çempionatına bu heyətlə yollanır
15:41 Atletlərimizin çıxış cədvəli məlumdu
15:20 "İnter"dən "Valensiya"ya
15:00 Ağabala Danimarkada da meydançaya çıxa bilməyəcək
14:40 “Qəbələ” - “Sumqayıt”: 21-ci duel
14:21 90 dəqiqə oynadı, qələbəyə sevindi
14:00 “Göyəzən” bank təminatını verə bilmir
13:40 Əzizovun komandası yeni mövsümə məğlubiyyətlə başladı
13:21 Şüvəlanda 5 qolluq sınaq matçı
12:41 Yunan-Roma güləşçilərimiz Parisə yola düşdü
12:20 Federasiyanın kollektivi etiraz yığıncağı keçirdi - VİDEO
12:00 "Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
11:30 "Neftçi"nin "Səbail"lə oyun öncəsi son məşqi - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
18 Avqust 2017
21:00 "Yuve" onun transferini rəsmən açıqladı
20:30 Boks Federasiyasında DÇ-yə yollanacaq yığma ilə görüş keçirildi
19:30 Boatenq Dadaşov ilə bir komandada
19:00 "Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
18:30 "Binə"dən daha 5 transfer
18:00 Premyer Liqada 2-ci turun hakimləri
17:45 2-ci turun hakim təyinatları açıqlandı
17:21 "Kopenhagen"li futbolçu: "Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm"
17:00 Azərbaycan - San Mariono matçının stadionu dəyişdirildi
16:40 "Qarabağ"ın sabiq forvardı Kipr klubunda
16:21 "Qarabağ" "İnter"ə qarşı - VİDEOANONS
15:46 Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə
15:31 Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
15:22 Təmsilçilərimiz Slovakiyadan qalib qayıdır
15:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək
14:29 Bakıda küveytli hakimlərin toplanışı olacaq
14:00 "Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
13:22 Madrid "Real"ının qapıçısı futbolçumuzla komanda yoldaşı oldu
13:00 Rəşad Danimarkada oynaya biləcək?
12:40 "Borussiya" sabiq forvardını geri qaytardı
12:21 Palasionun yeni klubu bəlli oldu
12:00 Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
11:40 "Traktorsazi"dən yeni mövsümdə ilk qələbə
11:23 Dünya reytinqi açıqlandı, Azərbaycan millisi 24-cüdür
11:00 "Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
10:30 Viktor Valdes karyerasını başa vurdu
09:10 Millimiz bu dəfə Sloveniya ilə bacarmadı
01:43 Avroliqa: "Fənərbaxça" ilk oyunda məğlub oldu
00:30 Pavel Paşayev oynamadı, komandası səfərdən heç-heçə ilə döndü
00:01 Divizionun debütantı daha bir transfer etdi
17 Avqust 2017
23:30 FİFA ən yaxşı futbolçu adına 24 namizədi açıqladı
22:30 Azərbaycan Qılıncoynatma Federasiyasına yeni prezident seçildi
21:30 Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu
20:30 2017-ci ilin ən yaxşı baş məşqçisi adına 12 namizəd
20:00 Millimizin üzvü növbəti turu buraxmalı olacaq
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.