Ucuz təyyarə biletləri

Sumqayıt futbolunun qida mənbəyi: “Sumqayıt” Futbol Akademiyası - YAZI

Tarix:  06.11.16 20:11           Yazar:  Rekord.az           Oxunub: 544 dəfə

Sumqayıtdakı uşaq futbolunun mövcud durumundan bəhs edən layihəmiz çərçivəsində növbəti yazımızı təqdim edirik. Bu dəfə sizə hazırda şəhərin futbolunun əsas qida mənbəyi hesab olunan “Sumqayıt” Futbol Akademiyasının fəaliyyəti haqqında danışacağıq. 

 


Tofiq Rzayev və Ağamusa Bağırovun təməl qoyduğu məktəb

 


Məlum məsələdir ki, şəhərin yeganə komandası olduğundan valideynlər də öz övladlarını futbola yazdırmaq istəyərkən ilk olaraq elə bu akademiyaya üz tuturlar. Necə ki, bir vaxtlar rəhmətlik Tofiq Rzayevin rəhbərlik etdiyi futbol məktəbi bu funksiyanı yerinə yetirirdi. Yeri gəlmişkən, həmin dövrlər Tofiq müəllimin köməkçisi işləmiş və Azərbaycan futboluna xeyli istedadlar bəxş etmiş Ağamusa Bağırov da hazırda məhz “Sumqayıt” Futbol Akademiyasında məşqçi kimi çalışır. Futbol adademiyasının yaşı elə klubun yaşı ilə eyni götürülüb. Arada 1 il fərqin olduğunu demək olar. Bildiyiniz kimi, “Sumqayıt”ın yaranma tarixi 2010-cu ildən götürülür. Hansı ki, həmin vaxt komanda I Divizionda oynayırdı. Sonradan  isə elitaya vəsiqə qazanaraq 2011-ci ildən “Sumqayıt Şəhər” adı altında oynamağa başladı. Elə Akademiyanın da əsası 2011-ci ildən qoyuldu. Düzdür, buna tam olaraq akademiya demək də olmaz. Yəni akademiyanın ayrıca binası olmadığı üçün futbolçuların bazada qalması, təhsil alması, burada qidalanması və məskunlaşması mümkün deyil. Lakin gələcəkdə belə bir binann inşaası da planda var. Bununla belə, aradan keçən 5 il ərzində klubun akademiyasından Bəxtiyar Həsənalızadə, Xəyal Nəcəfov, Fərid Kərimzadə kimi futbolçular çıxıb ki, bunlardan da Bəxtiyarla, Xəyal hazırda əsas komandanın heyətində yer alıb. Hər ikisi böyük gələcək vəd edən perspektivli futbolçular sayılır. Bəxtiyar eyni zamanda U-21 millimizin  də şərəfini qoruyub.

 


Komanda sayında rekord


Əminliklə demək olar ki, təşkilatlanma baxımından “Sumqayıt” Futbol Akademiyası öncül sıralarda qərarlaşıb. Hazırda akademiyada 12 komanda faliyyət göstərir. Bunlar U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 və eləcə də iki qız komandasıdır. Qız komandaları U-13 və U-19 yaş qruplarıdır. Yeri gəlmişkən,”Sumqayıt” Futbol Akademiyası yeganə futbol akademiyasıdır ki, burada 2 qız komandası eyni anda fəaliyyət göstərir. Bu komandalarda 20-ə yaxın mütəxəssis və məşqçi fəaliyyət göstərir. Bu məşqçilərin də hər birinin kateqoriyası var. Ümumiyyətlə, ən azı C kateqoriyası olmayan məşqçi “Sumqayıt”da işə götürülmür. Bundan başqa, “Sumqayıt” Futbol Akademiyasının bir üstünlüyü də odur ki, burada çalışan məşqçilərin böyük əksəriyyəti sumqayıtlıdır. Özü də bir çoxu bir vaxtlar ölkənin iddialı komandalarında və eləcə də Azərbaycan milli komandasında forma geyiniblər.


U-19 komandasının baş məşqçisi olan Vaqif Paşayev sumqayıtlı olmasa da, ölkənin tanınan uşaq məşqçilərindən sayılır. O, hazırda millimizin və “Qarabağ”ın kapitan sarğısını daşıyan Rəşad Sadıqovun müəllimi olub. Paşayev eyni zamanda rəhbərlik etdiyi U-19 və eləcə də U-17 komandalarının kordinatorudur.

 

U-17 komandasının baş məşqçisi Sumqayıt futbol məktəbinin yetirməsi olan Zaur Hidayətovdur. Hidayətov karyerası ərzində “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, “Neftçi”, “MKT Araz” kimi klubların formasını geyinib.

 

U-16 komandasının baş məşqçisi isə Baba Əsgərovdu. Əsgərov da bir vaxtlar Sumqayıtın “Dinamo” komandasında böyük futbol oynayıb. Sonradan isə karyerasını futzala bağlayıb və iddialı futzal komandalarında çıxış edib. Sonradan yenidən böyük futbola qayıdıb və 2010-cu ildə yaranan “Sumqayıt”ın ilk baş məşqçisi olub. Eyni zamanda U-17 millisində baş məşqçi Mirbağır İsayevin də köməkçisi vəzifəsində çalışıb. Hazırda Əsgərov tək U-16 komandasının baş məşqçi postunu tutmur. O, paralel olaraq, akademiyanın U-15, U-14 və U-13 komandalarının da kordinatorudur. Bundan başqa, Əsgərov Sumqayıt UGİM-ə də rəhbərlik edir.

 


U-15 komandasının baş məşqçisi olan Vüqar Quliyev də yetərincə tanınmış simadır. O da Sumqayıt futbol məktəbinin yetirməsidir. Karyerası ərzində “Xəzər” (Sumqayıt), “Qarabağ”, “Bakı”, “Olimpik” kimi klubların formasını geyinib. 

 


U-13 komandasının baş məşqçisi olan Ağamusa Bağırovun isə xüsusi təqdimata ehtiyacı yoxdur. Belə ki, Musayev bir vaxtlar rəhmətlik Tofiq Rzayevlə birlikdə tək Sumqayıt futboluna yox, Azərbaycan futboluna qulluq eliyib. Sumqayıtdan çıxmış bir çix tanınmış futbolçular məhz Rzayev-Bağırov cütlüyündən futbolun sirrlərini öyrəniblər.

 


U-12, U-11 və U-10 komandalarına kordinator kimi həm rəhbərlik, həm də nəzarət edən Sabir Əliyevin də xüsusi təqdimata ehtiyacı yoxdur. Ölkənin ən güclü və ən təcrübəli mütəxəssislərindən olan Əliyev uzun müddətdir Sumqayıt futboluna xidmət edib. Hətta deyərdik ki, Sumqayıt futbolunun əsas uğurları onun adı ilə bağlıdır. Sumqayıt “Xəzər”i məhz onun rəhbərliyi dövründə iki dəfə ölkə çempionatının gümüş medallarını qazanıb. Bundan başqa, Əliyev müxtəlif vaxtlarda “Xəzər”i və “Gənclərbirliyi”ni ilk ildəcə çempion kimi I Diviziondan yüksək liqaya çıxarıb. Gec də olsa, “Sumqayıt” rəhbərliyi Sabir müəllimi akademiyaya dəvət edərək onun xidmətinə ehtiyac duydu.

 


U-12 komandasına Tərlan Məmmədov rəhbərlik edir. Bir vaxtlar peşəkar futbol oynayan və “Neftqaz”da forma geyinən Məmmədov FİFA referisi Orxan Məmmədovun qardaşıdır. “Sumqayıt”dan öncə o, “Qəbələ” Futbol Akademiyasında da çalışıb.

 


U-11 komandasının baş məşqçisi Kənan Kərimov isə akademiyada yeni çalışır. Bundan qabaq “Sumqayıtspor” uşaq komandasında Sabir Əliyevə kömək edib. Əliyev akademiyaya gələndən sonra gənc köməkçisini də yanına gətirib.

 


U-10 komandasının baş məşqçisi Zahir Əsgərov da tanınmış simadır. Sumqayıt futbol məktəbinin yetirməsi olan “Ziko” bir vaxtlar “Xəzər” (Sumqayıt), “Sumqayıt”, “Dinamo”. “Viləş”, “Xəzər Universiteti”, “Gənclərbrliyi”, “Göyəzən” və “Şahdağ” kimi komandaların formasın geyinib.
Akademiyanın U-13 və U-19 qızlar komandasının baş məşqçisi isə Sabir Mütəllimovdu. Onu da maraq üçün deyək ki, Mütəllimov sabiq hakim Azad Mütəllimovun qardaşıdır.

 

Akademiyada qapıçılarla işləyən məşqçi vəzifəsini də keçmiş futbolçu Rəşad Mustafayev tutur.

 


Sumqayıtın adına yaraşmayan nəticələr


Futbol akademiyasının yaranma tarixi, fəaliyyəti, məşqçi heyəti haqda məlumat verdik. Lakin bir məqamı da xüsusi təəssüflə qeyd etməliyik ki, “Sumqayıt” Futbol Akademiyasının nəticələri heç də ürəkaçan deyil. Sumqayıt futbolunun adına isə heç yaraşmır. Çünki bu şəhərin uşaq komandaları bir qayda olaraq həm ölkədaxili, həm də ittifaq miqyaslı yarışlarda yüksək yerlər tutublar. Təəssüf ki, 6 ilə yaxındır fəaliyyət göstərən “Sumqayıt” Futbol Akademiyasının bu müddət ərzində ciddi bir uğuru olmayıb. Yalnız keçən mövsüm U-17 komandası ölkə çempionatında 3-cü yeri tutub. Düşünürük ki, bu məsələ ilə bağlı klub rəhbərliyi və akademiya rəhbərliyi ciddi düşünməli, ölçü götürməlidir. Sumqayıt futbolu hər zaman Azərbaycan futbolunun öncüllərindən, liderlərindən olub. Bu gün isə bu şəhəri təmsil edən komandanın futbol akademiyasının uşaqları heç bir nəticə qazana bilmir, əksər hallarda autsayder mövqeyində qərarlaşırlar. Məsələn, klubun əvəzedici komandası hazırda ölkə çempionatında 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.

 


İnfrastruktur problemi


Birmənalı şəkildə demək olar ki, “Sumqayıt” Futbol Akademiyasının baza və infrastrukturla bağlı ciddi problemləri var. Əslində bu, var. Amma hansı vəziyyətdədi və şərait necədi? Bax, məsələ budur. Yuxarıda qeyd etdiyimiz kimi, akademiyanın özünün ayrıca binası, yataqxanası, baza və stadionları yoxdur. Bütün yaş qrupları əsas komandanın bazası sayılan “Kapital Bank Arena”ya sığınıb. Burada isə cəmi bir meydança olduğundan bəzən uşaqlar gec saatlarında məşqə çıxmalı olur. Bütün yaş qruplarının burada məskunlaşması məşqin də keyfiyyətinə də təsirini göstərir. Bundan başqa, qazonun süni örtük olması və get-gedə keyfiyyətini itirməsi futbolçuların sağlamlığına da birbaşa zərbə vurur.

 

Çox yaxşı olar ki, Sumqayıtda təbii örtüklü meydançalar da salınsın ki, uşaqların sağlam inkişafına da böyük perspektiv yaransın. İndiki halda bu hələ ki, mümkün görünmür. Mehdi Hüseynzadə adına mərkəzi stadion isə günü-gündən dağılıb gedir. Amma futbolun düzgün inkişafını istəyiriksə, tək “Sumqayıt” yox, bütün klublarımız təbii örtüyə üstünlük verməlidir.

 


Anar XANLAROV
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Şərhlər
fanat
taninmiw futbolcularin coxu ssumqayitan cixib ve bu davam etmekdedi cox yaxwi olarki sumqayit rehberliyi yeni icra bawcisi stadionun temirine nezer salib komek etse yaxwi olar
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Kamran Ağayev Çexiyada nə qədər maaş alacaq?
Klublarımızın yay transferləri - YENİLƏNİR
Araz Abdullayev "Zirə"yə keçir?
“İnter” də Avropadan qovuldu
Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Kamran Ağayev "Mlada Boleslav"da!
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
“Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsində

Xəbər Lenti
23 İyul 2017
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
12:41 Millimizin oyunçusu ilə komanda yoldaşı oldu
12:20 Pinilya İtaliya klubundan ayrıldı, vətəninə döndü
12:00 "İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
11:41 Azərbaycanda işləmiş məşqçi istefaya göndərildi
11:30 Əsgərov Latviyada darmadağına üzüldü
11:22 "Liverpul" 10 milyona yeni futbolçu aldı
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 Super Liqa klubunda braziliyalı hücumçu
21 İyul 2017
23:30 Morata rəsmən "Çelsi"də
23:00 "Qarabağ"ın oyununa ilk gündə 5 min bilet satıldı
22:00 "Neftçi" "Zirə"ni məğlub etdi
21:30 Rail Məlikovla Fərhad Vəliyev Türkiyə toplanışını dəyərləndirdi - VİDEO
21:00 “Premyer Liqada Türkiyə hazırlığının bəhrəsini görəcəyik”
20:41 "Kəpəz"in daha iki rəqibi müəyyənləşdi
20:20 Qurbanovdan "Şerif" açıqlaması
20:00 Əliyar Ağayev “Styaua” - “Viktoriya” oyununda
19:30 Tudor: "İstefa versəm, sizin də xoşunuza gələr"
19:00 "Panatinaikos"un futbolçusu "Qəbələ"ni tanımadı
18:22 “Yagelloniya”nın futbolçusu: "Qəbələ”nin ilk qolu onları növbəti mərhələyə xeyli yaxınlaşdırdı"
18:00 Erməni məşqçisini "sındırdılar": "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
17:30 Araz Abdullayev "Zirə"yə keçir?
17:00 "Qarabağ" - "Şerif" matçının biletləri satışda!
16:48 Afrika Millətlər Kubokunun keçirilmə vaxtı bilindi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.