Ucuz təyyarə biletləri

Vaqif Paşayev: "Kamran Quliyev deyir ki, "Sumqayıt"da iki legioner var, biri mən, biri də sən" - MÜSAHİBƏ

Tarix:  09.11.16 17:11           Yazar:  Rekord.az           Oxunub: 541 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-19 komandasının baş məşqçisi Vaqif Paşayev Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 

 

-  Vaqif müəllim, neçə ildi “Sumqayıt” Futbol Akademiyasında çalışırsınız və bu müddətdəki fəaliyyətinizi necə şərh edərdiniz?


- “Sumqayıt”a 2011-ci ildə gəldim. O vaxt mənə əvəzedici komandanı tapşırdılar. İlk gündən də tələbim bu oldu ki, komandada ancaq sumqayıtlı uşaqlar oynamalıdı. İlk vaxtlar bunu həyata keçirmək çətin idi. Çünki müəyyən müddət şəhərdə komanda olmamışdı. Bununla belə, hədəfimiz yerli futbolçulara üstünlük vermək idi. Kamran Quliyevlə də söhbətimiz belə olmuşdu ki, məndən nəticə tələb olunmurdu. Əsas tələb futbolçu yetişdirmək idi. Kamran müəllim də deyirdi ki, hər il əsas komandaya heç olmasa 1-2 futbolçu vermək lazımdı. Mən də ilk ildəcə əsas komandaya Bəxtiyar Həsənalızadə və Fərid Kərimzadə verdim. Sonradan məni U-19 komandasına baş məşqçi təyin etdilə. Çünki bu komanda çox pis vəziyyətdə idi. Çalışırdıq ki, bu komandanı da düzəldək. İlk ildə 9-cu yeri tutduq, keçən mövsüm 6-cı yeri. Bu il inanıram ki, daha yüksək yer tuta biləcəyik.


- Komandanızda neçə futbolçu sumqayıtlıdı?


- Deyərdim ki, 99 faiz sumqayıtlılardı. Qışda 3-4 nəfərini əvəzedici komandaya göndərəcəyik. Ümumiyyətlə sizə deyim ki, potensial çox böyükdü. Sumqayıt futbol məktəbi hər zaman güclü olub. Mən o vaxt uşaq futbolunda işləyəndə bu məktəbə qarşı çox oynamışam. O zaman burda rəhmətlik Tofiq Rzayev və Ağamusa Bağırov çalışırdı. Mən həmişə hamını udurdum, amma onlara uduzurdum (gülür). Ona görə indi də əsas üstünlüyü yerli futbolçulara veririk. Məşqçilərimiz də demək olar hamısı sumqayıtlılardı. Kamran Quliyev bəzən deyir ki, bu komandada iki legioner var, mən və Vaqif Paşayev. 


- Demək ki, gələcəyə ümidlə baxmaq olar…


- Əlbəttə. Potensial varsa gələcək də olacaq. Dediyim kimi, Sumqayıt futbol məktəbi çox güclüdür. Bu gün ölkənin digər klublarında nə qədər sumqayıtlı oynayır. Premyer Liqada, əvəzedicilərdə, I Divizionu da heç demirəm ordakı sumqayıtlıların sayı-hesabı yoxdu. Artıq şəhərdə yeni məşqçilər məktəbi də yetişir. Məsələn Mehman Yunusovla birlikdə işləmişik, indi Azərbaycanın ən güclü uşaq məşqçilərindən sayılır. Aqil Məmmədovla işləmişik hazırda o da ölkənin perspektivli məşqçilərindən sayılır. Mübariz Orucovla da işləmişik, o da hazırda “Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisidir. Hazırda mənimlə birgə çalışan Vüqar Quliyev də çox perspektivli, tələbkar məşqçidir. İnanıram ki, bu məşqçilər gələcəkdə Azərbaycan futboluna güclü futbolçular bəxş edəcək.


- Ötən mövsüm 6-cı yeti tutduğunuzu dediniz. Daha yüksək yer tutmağınıza nə mane oldu?


- Bilirsiniz, biz kənardan futbolçu gətirib oynatmırıq. Halbuki gəlib oynamaq istəyən çox idi. Bilirsiniz ki, U-19 akadenmiyay məxsus olduğu üçün burda futbolçular maaş almır. Ona görə kənardan futbolçu gətirsək gərək onun xərclərini qarşılayaq. Mən özüm neçə illər avtobusla, marşurutla Bakıdan Sumqayıta gəlib getmişəm və bilirəm ki, tək yola minimum 80-100 manat xərcin çıxır. Belə götürəndə kənardan futbolçu gətirib nəticə qazanmaq olar. Amma biz istəyirik ki, ilk növbədə yerli futbolçularla oynayıb həm futbolçu yetişdirək, həm də onlarla nəticə verək. Bir də nəzərə alaq ki, “Sumqayıt” da yeni yaranmış komandadı. Bu gün nəticəni kimlər verir? “Neftçi”di 80 ilin klubudur. “Qəbələ”di onlar da ölkədə harda istedadlı, güclü futbolçu var hamısını yığıblar ora. Mən o vaxt nəticəyə oynasaydım nə Rəşad Sadıqovu yetişdirərdim, nə Saşa Yunisoğlunu, nə Ceyhun Soltanovu nə də Vaqif Cavadovu. Nəticə dalınca qaçmaq olmaz. Təəssüf ki, indi klub rəhbərləri ilk növbədə nəticə tələb edir. Belə olanda məşqçilər də məcbur olub uşaq yetişdirməyi bir kənara qoyub nəticə dalınca qaçırlar ki, postlarını qoruya bilsinlər. Axırda da 30 manatlıq bir kuboku gətirib qoyurlar klub prezidentinin qabağına ki, nəticə qazanmışıq. Deyən yoxdu ki, futbola 30 manatlıq kubok yox, futbolçu lazımdır. Bundan başqa, uşaqları yetişdirən məşqçilərə də xüsusi diqqət ayrılmalıdır. Hər adama kateqoriya vermək olmaz. Məşqçi kateqoriyanı işi ilə sübut edib almalıdı.


- Hazırda rəhbərlik etdiyiniz U-19 komandasında elə futbolçular var ki, gələcəyinə böyük ümidlə baxırsınız?


- Var, amma ad çəkməyəcəm. Çünki ad çəksəm sabah onları meydançada görməyəcəm. Ancaq dediyim kimi, elə futbolçular var. 


- Bəs U-19 millisinə dəvət alanlar necə?


- Milliyə dəvət alan futbolçumuz yoxdur. Bu elə məsələdir ki, milli məşqçilərinə məcbur demək olmaz ki, mənim futbolçumu miliyə çağır. Çünki sabah həmin futboçu  gedib millidə oynaya bilməsə sən biabır olacaqsan. Kim layiqdirsə gec-tez miliyə dəvət alacaq. Həm mənim üçün əsas olan U-19, U-21 yox, əsas millidi. Rəşad Sadıqov, Vaqif Cavadov, Saşa Yunisoğlu və Ceyhun Soltanov aşağı yaş qruplarından ibarət milliərdə oynamayıblar. Amma birbaşa əsas milliyə dəvət aldılar. Ona görə futbolçularıma da deyirəm ki, U-19 millisində oynamayın, amma əsas mllidə oynayın.


- Akademiyadakı iş qrafikiniz necədi? Məşqlə, stadionla bağlı probleminiz olmur ki?


- Stadionla bağlı problemimiz yoxdur. Aşağı yaş qrupundan olan komandalarımız Mehdi Hüseynzadə adına stadionda məşq edir. Biz isə “Kapital Bank Arena”da. Əsas problemimiz odur ki, idman akademiyasında oxuyan uşaqlarınız məşqlərə və oyunlara çətinliklə gəlirlər. Çünki məşqlər, xüsusilə də oyunlar günorta saatlarına düşəndə onlar universitetdən icazə ala bilmirlər. Onlara deyilir ki, dərsə gəlməsəniz universitetdən qovulacaqsınız. Onlar da universitetdən qovulmamaq üçün məcbur olub məşqi buraxıb dərsə gedir. Çünki universitetdən qovulsa, əsgər gedəcək. Əsas problemimiz budur. 

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

Şərhlər
fanat
Vaqif muellim cox yaxwi insan ve mewwcidi,Ovaxti Bextiyarla Ferid Hewimzade yox Ferid Kerimzade esas kamandaya verilib
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
Qriqorçuk onu göndərməyə hazırlaşır?
Türkiyəli jurnalist “Qarabağ” fanatlarını ələ saldı
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
"Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək
"Qarabağ" "Qəbələ"yə uduzdu

Xəbər Lenti
22 Oktyabr 2017
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
14:00 Futzal üzrə Azərbaycan çempionatında dava düşdü
13:30 Samir oynadı, “Fakel” yenə uduzdu
12:31 Əsgərov Latviyada yenə dubla imza atdı
12:00 Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
11:41 Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi
11:23 Millimizin üzvü oynadı, komandası xal itirdi
11:00 "Kəpəz"də adam döyən işçinin yerinə yeni təyinat
10:30 “Qarabağ”dan möhtəşəm qələbə və liderlik
09:00 Debütantlardan inamlı qələbə
00:27 Həsənova Çempionlar Liqasında mübarizəni dayandırdı
21 Oktyabr 2017
23:56 Kamran Quliyev: "Kim özünü azarkeşsiz meydanda şəhid edər?"
22:47 Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO
22:30 AÇ-dəki son təmsilçimiz 7-ci oldu
22:00 Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə
21:29 Millimizin üzvü 31 xal qazansa da komandası uduzdu
20:55 Cüdoçumuz erməni üzərində qələbə ilə dünya çempionu oldu
20:20 Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”
20:11 Kapitanımız Türkiyədə yenə sevindi
20:10 "Sumqayıt" - "Zirə" 2:1 - FOTOLAR
19:55 "Sumqayıt" - "Zirə" 2:1 - VİDEO
19:20 Turun son matçında heç-heçə - VİDEO
19:10 “İnter” “Səbail”ə məğlub oldu
19:05 Hücumçumuz "Fənər"də növbəti qələbəsinə sevinib
19:00 “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO
18:55 “Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.