Ucuz təyyarə biletləri

Vüqar Quliyev: "Əvvəl biz seçirdik, indi bizi seçirlər" - MÜSAHİBƏ

Tarix:  11.11.16 14:11           Yazar:  Rekord.az           Oxunub: 536 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-15 komandasının baş məşqçisi Vüqar Quliyev Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 

 

- Öncə rəhbərlik etdiyiniz komanda və bu komandaya gəlişiniz haqda...

 

- Hazırda “Sumqayıt”ın U-15 komandasına rəhbərlik edirəm. Artıq iki ildir ki, bu uşaqlarla çalışıram. Çünki keçən il bu futbolçular U-14 komandasında da mənim rəhbərliyim altında çıxış edib. Ümumiyyətlə isə 3 ildir ki, “Sumqayıt” Futbol Akademiyasında fəaliyyət göstərirəm.


- Nəticələr necədi, baş məşqçi kimi sizi qane edir?


- Ötən il pis çıxış etmədik. Düzdür, son anda “Qəbələ”yə məğlub olub  “altılıq”dan kənar qaldıq. Həmin oyunda da məğlubiyyətə layiq deyildik, çox yaxşı oynamışdıq. Lakin sonda 0:1 hesablı məğlubiyyət bizi medallar uğurunda mübarizədən kənar qoydu. Görünür qismət beləymiş. Bu mövsüm isə eyni komanda ilə U-15 liqasında çıxış edirik və nəticələrimiz daha yaxşıdır. Hazırda 3-cü pillədə qərarlaşmışıq və həftəsonu əsas rəqiblərimizdən bizi olan “Qəbələ”ni qəbul edəcəyik.


- Hədəf yəqin ki, 3 xaldı...


- Şübhəsiz. Biz bütün  oyunlarda meydançaya yalnız 3 xal üçün çıxırıq.


- Çempionluq yolunda əsas rəqibləriniz qismində kimləri görürsünüz?

 

- Elə “Qəbələ” özü. Ondan başqa, “İnter”, “Neftçi” və “Vətən” də güclü komandalardı.


- Ümumiyyətlə, qarşınıza konkret hədəf qoyulub ki, filan yeri tutmalısınız?


- Belə bir tələb yoxdur. Yəni rəhbərlik demir ki, mütləq çempion olmalısan yaxud 2-ci, 3-cü yeri tutmalısan. Lakin mən özüm həm özüm qarşısında, həm də komanda qarşısında bu tələbi qoymuşam ki, yaxşı nəticə qazanmalıyıq. Çünki gücüüz var, potensialımız var. Bundan istifadə etməliyik. 


- Etiraf edək ki, ötən ilki komanda ilə işləməyiniz də sizin üçün faydalı olacaq...


- Əlbəttə. Ümumiyyətlə, bizdə sistem belədir ki, hər il komandalar dəyişir. Yən sən bu il bir komanda ilə işləyirsən, gələn il uşaqlar bir yaş böyüdüyü üçün onu yuxarı ötürürsən və yeni komanda qəbul edirsən. Bunun isə mənfi tərəfləri var. Çünki hər məşqçinin öz sistemi, futbola öz baxışı var. Futbolçu məndə olanda mənim sistemimlə, oyun fəlsəfəmlə oynayır. Gələn il keçir başqa məşqçinin əlinə və ola bilər ki, o məşqçinin futbola baxışı fərqli olsun. Bu isə həm futbolçuya, həm də nəticəyə təsir edir. Bu baxımdan mənim üçün çox yaxşı oldu ki, keçən il çalışdığım U-14 komandası ilə bu il U-15 liqasında da oynayram və həmin futbolçuları yaxşı tanıyıram. Bu isə oyunumuza da təsir edir.


- Keçən mövsüm “Sumqayıt” Futbol Akademiyası üçün çox bərbad oldu. 14 komandadan yalnız U-17 medal götürə bildi. Bu isə Sumqayıt futbolu üçün fiasko sayıla bilər. Bir sumqayıtl kimi, ötən ilki uğursuzluğun səbəbini nədə görürsünüz?


- Bilirsiniz, burada səbəblər çoxdu. Uzun müddət Sumqayıtda futbol olmadı. Bu isə şübhəsiz ki, nəticələrə təsir edir. Akademiya da yenidir, yavaş-yavaş təkminləşir. Məsələn,  əvvəllər heç kimi bura gətirə bilmirdik. Belə deyək, bizi ciddi qəbul etmirdilər. Lakin akademiyamız günü-gündən daha da peşəkarlaşır, formalaşır və bu gün artıq biz heç kimin dalınca düşmürük əksinə, bizim akademiyada oynamaq üçün o qədər can atanlar var. Yəni indi artıq seçimi biz edirik. Necə deyərlər, indi biz seçmirik, bizi seçirlər. İnanıram ki,  bu mövsüm nəticələrimiz daha yaxşı olacaq.


-  Komandanızda milliyə namizəd futbolçular var?


- İstedadlı futbolçularımız var. Milliyə layiq olanları milli məşqçilərinə də məsləhət görürəm ki, oyunlarına baxsınlar, izləsinlər. Yəqin ki, layiqli futbolçu olsa kənarda qalmayacaq.


- Maraqlıdır, Vüqar Quliyevin bir məşqçi kimi, futbola baxışı, iş qrafiki, futbolçulara yanaşması necədir?


- İlk növbədə nizam-intizam. Nizam-intizam olmayan yerdə heç vaxt nəticə olmayacaq. Mən özüm də bunu daim futbolçularıma deyirəm. İntizamlı olmalısan, yalnız futbolu düşünməlisən və başını aşağı salıb futbolunu oynamalısan.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Nizami Hacıyev "Neftçi"də
Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
"Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur

Xəbər Lenti
24 Aprel 2017
19:00 Rəşad Sadiqov: "Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq" - MÜSAHİBƏ
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.