Ucuz təyyarə biletləri

Zaur Hidayətov: "Zəif komandalarla oyunlarda itirdiyimiz xallar çempionluğumuza mane oldu" - MÜSAHİBƏ

Tarix:  14.11.16 13:11           Yazar:  Rekord.az           Oxunub: 460 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-17 komandasının baş məşqçisi Zaur Hidayətov Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 

 

- Öncə ötən mövsümdən başlayaq. Sizin rəhbərlik etdiyiniz U-17 komandası “Sumqayıt” Futbol Akademiyasının medal qazanan yeganə komandası oldu...


- Keçən mövsümkü komandamız çox güclü idi. Orda yaxşı, istedadlı futbolçular var idi. Həmin komandanı iki il öncədən götürmüşdüm. İlk ildə hələ o vaxt akademiyanın kordinatoru olan alman Frenkə demişdim ki, mənə imkan versinlər eyni komanda ilə iki mövsüm işləyim. Çünki komandanı komplektləşdirmək üçün zaman lazım idi. O da mənim təklfimi qəbul etdi. Sağ olsun rəhbərlik də lazımı şəraiti yaratdı. Nəticədə həmin komanda ilə ikinci mövsümdə 3-cü yeri tutduq və bürünc meda qazandıq.


- Daha yüksək yer tuta bilərdiniz? Bilərdinizsə buna nə mane oldu?


- Hətta çempion da ola bilərdik. Bunun üçün şansımız da var idi. Üstəlik, iddialı komandaların hamısından xal almışdıq. Ən böyük problemimiz zəif komandalarla ilk dövrədəki oyunlarda itirdiyimiz xallar oldu. Hansı ki, həmin xallar mövsümün sonunda çempionluğumuza əngəl oldu.


- Sizin komandada sumqayıtlıların sayı nə qədərdi?


- Böyük əksəriyyət sumqayıtlılardı. Bir neçə kənardan gətirdiklərimiz də var. Məsələn, Gəncədən bir futbolçu gətirmişik, istedadlı futbolçudu. Ancaq qeyd etdiyim kimi, böyük əksəriyyət sumqayıtlılardı. 


- Milliyə layiq gördüyünüz futbolçular var?


- Var. 3-cü yeri tutan komandadan 4-5 futbolçu var ki, milli komandada da oynamaq potensialları var. Bu arada, həmin futbolçular növbəti ildən əvəzedici komandaya cəlb olunacaq. Hətta bir futbolçumuz var ki, Samir Abasov onu əsas komandanın da hazırlıqlarına cəlb edir.


- Bu mövsüm qarşınıza hansı hədəf qoymusunuz? Yüksək yer tuta biləcəksiniz?


- Bu mövsüm çox çətin olacaq. Keçən ilki komandanı yuxarı yaş qrupuna ötürdüm və yeni komanda götürdüm.  Hazırkı komandada problemlər çoxdu. Keçən ilki heyətlə arada böyük fərq var. Bəzən məşq vaxtı görürsən ki, futbolçular adi hərəkəti düzgün qavraya, yerinə yetirə bilmir. Çox işləmək lazımdır çox. Ona görə də bu mövsüm yüksək yerlərə iddia etdiyimizi deyə bilmərəm. Ən yaxşı halda “altılığ”a düşmək üçün mübarizə apara bilərik. Ortada başqa problem də var. İndi U-17-də 2000-ci il təvəllüdlü futbolçular oynamalıdı. Amma bu yaşda futbolçu tapmağın özü problemə çevirilib. Yəni futbolçu qıtlığı var. Bunu tək biz yox, bütün komandalar hiss eliyir. Məhz buna görə, U-17 çempionatının səviyyəsi də çox yuxarı deyil.


- Bir məşqçi olaraq Zaur Hidayətovun iş prinsipi, futbol fəsəfəsi, futbola baxışı necədir?


- Mən xoşlayıram ki, komandam rəqibin cərimə meydançasına yaxın ərazidə daim pressinq tətbiq eləsin, rəqibi təzyiqdə saxlayaraq, onların rahat şəkildə hücuma çıxmasına imkan verməsin. Bu gün dünya futboluna baxsaq görərik ki, dünya səviyyəli klublarda da bu sistemdən istifadə edirlər. Qvardiola da bundan istifadə edir, Ançelotti də, digərləri də. Mən də futbolçularıma bunu tapşırıram ki, rəqibi onun meydançasında sıxıb topu almalı, sonra elə ordaca hücum təşkil edib qol vurmalıyıq. 


- Baş məşqçi kimi bir qədər aqressiv olmağınız nə ilə bağlıdır?


- Bilirsiniz, məşqçi lazım olanda aqressiv, lazım olanda mehriban olmalıdır. Mən deməzdim ki,  bütün məşqlərdə aqressiv oluram. Bəzən elə məşq olur ki, heç orda səsim çıxmır. Bəzən isə dediyim kimi, vəziyyətə uyğun olaraq futbolçuya səsini qaldırmalı, onun səhvini deməlisən.

 

- Təəssüf ki, bu gün uşaq futbolunda elə məşqçilərimiz var ki, futbolçuları söyür...


- Yox, yox, söyüş qəti olmaz. Mən buna qarşıyam. Bu günə qədər də heç bir futbolçu deyə bilməz ki, Zaur müəllim məni söyüb.


- Hazırda hansı kateqoriyaya sahibsiniz?


- A kateqoriyasına.


- Kateqoriyanızı artırmaq fikriniz var?


- Təbii ki, hər bir məşqçi daim öz üzərində işləməli, öz savadını artırmalıdı. Mən indi PRO kateqoriyasını oxumaq istəyirəm. Amma gizlətmək lazım deyil ki, bunun üçün də müəyyən vəsait lazımdır. Klubumuzun prezidenti Kamran Quliyevlə söhbətimiz olub və deyib ki, imkan olan anda bunun üçün kömək edəcək.

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
De Souza, Rəşad və “Qarabağ” haqqında
"CBC Sport"a üz çevirən ikinci məşqçi
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
"Kəpəz"dədaha bir məşqçi istefası
AFFA "Rəvan"a necə möhtac olub?
Vilian penalti epizodu haqda nə dedi?
Şenol Güneş Bakıya niyə gəlib?
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı

Xəbər Lenti
24 Noyabr 2017
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
16:45 Radio aparıcısından gündəmi zəbt edən salamlama - "Hakimgildən gəlmisinizsə..." - VİDEO
16:22 Cüdo üzrə Bakı çempionatına start verildi
16:00 Daha bir milli komandada baş məşqçi istefası
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.