Ucuz təyyarə biletləri

"Sumqayıt" "Qəbələ"yə niyə uduzdu? - FOTOLAR

Tarix:  14.11.16 14:11           Yazar:  Rekord.az           Oxunub: 511 dəfə

Dünən Sumqayıtdakı “Kapital Bank Arena”da AFFA-nın bayrağı altında keçirilən U-15 liqası çərçivəsində “Sumqayıt” “Qəbələ”ni qəbul edirdi. Oyuna getməyi 2-3 gün öncədən planımızda tutmuşduq. Çünki Sumqayıtın uşaq futbolu ilə bağlı layihə işləyirik. İkincisi də Rekord.az olaraq tək-tük saytlardanıq ki, imkan daxilində tək Premyer Liqa yox, I Divizion, əvəzedici və uşaq komandalarının da oyunlarına getməyə çalışırıq. Dünən ilk olaraq Mehdi Hüseynzadə adına stadiona üz tutduq. Burada U-13 liqasının bir neçə oyununu izlədik. Ardınca isə “Kapital Bank Arena”ya keçərək günün əsas oyunu olan U-15 liqasının  “Sumqayıt” – “Qəbələ” matçını izləməyə yollandıq. Oyunun maraqlı keçəcəyi gözlənilirdi. Ötən mövsüm çox bərbad çıxış edən “Sumqayıt” Futbol Akademiyasının komandaları bu mövsüm qarşılarına daha uğurlu çıxış hədəfi qoyublar. Həm də Vüqar Quliyevin rəhbərlik etdiyi U-15 komandası bu mövsüm pis çıxış eləmir və bu oyuna qədər turnir cədvəlində 3-cü pillədə gedirdi. Quliyev özü də oyundan öncə bizimlə söhbətində qələbəyə çox inandığını bildirmişdi. Lakin məlum idi ki, bu, çox çətin olacaq. Çünki “Qəbələ” vahid lider idi və beş turun hamısında qələbə qazanmışdı. 

 


Böyük maraq

Öncə ondan başlayaq ki, oyuna böyük maraq var idi. Baxmayaraq ki, U-15 liqasının oyunu idi, amma “Kaptal Bank Arena”nın tribunalarında oyunu 100-dən artıq azarkeş izləyirdi. Etiraf edək ki, yeniyetmələrin oyunu üçün bu, heç də pis göstərici deyil.  Bu faktın özü Sumqayıtın futbol şəhəri olduğunu, bu şəhərdə futbolun necə sevildiyini göstərən fakt kimi qəbul edilə bilər. O da maraqlıdır ki, azarkeşlərin arasında müxtəlif yaş qrupundan olan insanlar da var idi. Onlardan bəziləri hətta müəyyən oyun epizodlarına çox çılğın şəkildə etiraz etmələri ilə də diqqət çəkirdilər. Bəziləri isə futbolçuları daha sərt, aqressiv və cəsarətli oynamağa səsləyir, səhv edəndə belə, tribunadan onlara dəstək olurdu.

 

Səviyyə fərqi özünü göstərdi

Oyunun ilk hissəsi bərabər mübarizə şəraitində keçdi. Hər iki komandanın heyətində bacarıqlı, istedadlı futbolçuların olduğu sezilirdi. Meydança sahiblərinin heyətində Cavidan adlı 9 nömrəli futbolçu sürəti və driblinqi ilə seçilirdi. Eləcə də 10 nömrəli və 7 nömrəli futbolçular da öz oyunları ilə seçilirdi. 10 nömrəli futbolçuda oyun quruculuq bacarığı hiss olunurdu. 7 nömrəli futbolçu da topla yaxşı davranır, tez-tez cinahdan sürətlə mərkəzə doğru irəliləyirdi. “Qəbələ”nin heyətində isə 7 və 10 nömrəli futbolçular daha çox seçilirdi. İkinci hissədə meydançaya çıxan Zeynəddin adlı 8 nömrəıi futbolçu öncə gülüş doğurdu. Çünki çox kiçik, çox cansız idi. Loru dildəd esək, top ondan ağır idi. Amma həmin cansız uşaq meydançada bir mübarizə apardı ki... Bəli, ilk hissədə bərabər mübarizə getsə də fasilədən sonra “Qəbələ” səviyyə fərqini ortaya qoymağa başladı. İkinci hissənin lap əvvəllərindən rəqibini sıxan qonaqlar hesabı açdılar. Amma insaf naminə deyək ki, bu qolu sumqayıtlıar özləri qəbələlilərə hədiyyə elədi. Ümumiyyətlə, müşahidələrimizə əsasən deməliyik ki, “Sumqayıt”da çatışmamazlıqlar çoxdu. Yən Vüqar Quliyevin bu mövsüm işi çox olacaq. İlk növbədə futbolçular arasında anlaşma çox aşağı səviyyədir. Futbolçular bəzəna di epizodlarda bir-birini başa düşmürdü, ötürmələrdə hədsiz səhvlərə yol verirdilər. Komanda dəfələrlə hücuma çıxsa da mərkəzdə oyun qurucusunun olmaması hücumların kəsərini azaldırdı. Müdafiə xəttində səhvlər hədsiz çox idi.  Elə qol epizodunda da bunu gördük. Məsələn, top “Sumqayıt”ın futbolçusundan çölə gedir və qapıçı topu tutmaqdan rəqib futbolçuya “korpus” qoyur ki, top çıxsın. Bir nəfər komada yoldaşı da ona demir ki, top bizdən çıxır qoyma çıxsın. Nəticədə qapıçı “korpus” qoyur, top çıxır və məlum olur ki, qapıdan zərbə yox, küncdən zərbədi. Məhz həmin künc zərbəsindən sonra da “Qəbələ” hesabı açır. Yəni bu cür səhvlər, anlaşılmamazlıqlar çox idi. Bir daha deyirik, “Sumqayıt”ın heyətində bacarıqlı, istedadlı futbolçular var. Sadəcə, onlara düzgün oynamağı başa salmaq, izah etmək lazımdır ki, növbəti oyunlarda bu səhvləri etməsinlər. Yəqin ki, Vüsqar Quliyev özü də bu səhvləri görüb və bunların aradan qalxması üçün səhvlər üzərində işləyəcək. Əgər bu səhvlər növbəti oyunlara kimi aradan qalxsa “Sumqayıt” komandası mövsümün sonunda mütləq medal qazanacaq. 

 

 

 

 

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 39 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Muarrem "Qarabağ"dan niyə getdi?
I Diviziona yeni komanda gəlir!
"Neftçi"yə yox, "Qəbələ"yə keçir?
Zakir Fərəcov "Kapital Bank Arena"nı da SOCAR-dan alır? - ÖZƏL!
"Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
"Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
"Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!

Xəbər Lenti
22 May 2017
22:29 Hücumçumuz Türkiyə çempionatında?
20:21 Vüqar Bayramov: "İranla oyunumuz alınmadı, çünki onlar sürətli oyun sərgiləyir"
20:00 AFFA İslamiadanı qazanan futbolçuları mükafatlandırdı: adama 20 min!
19:00 MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
18:22 Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
18:00 Cavid Hüseynov "Qəbələ" ilə yeni müqavilə bağladı
17:45 Azərbaycan milli komandasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
17:22 IV İslam Həmrəyliyi Oyunları başa çatdı
17:00 "Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
16:44 Pro kateqoriyalı məşqçi kursunun ikinci modulu - FOTOLAR
16:21 Millimiz "Zəfər günləri"ndə - FOTOLAR
16:00 "Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
15:41 "Yaşar Vahabzadə böyük cəsarət nümayiş etdirib"- SORĞU
15:20 Rəşad Eyyubov “Qəbələ”ni “Sumqayıt”a dəyişdi
15:00 Niyə heç kim "Neftçi"yə getmək istəmir?
14:45 Kiçik yaşlı yeniyetmələrin Avropa çempionatından 1 qızıl və 4 bürünc medal
14:22 Azərbaycan - Oman 2:1 - VİDEO
14:00 "Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
13:41 "İnter"də seleksiya prosesi başa çatdı
13:22 U-13 qızlar Liqasının qalibləri mükafatlandırıldı
13:00 Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
12:42 PFL klublara transferlər üçün vaxt ayırdı
12:22 Əsgərovun komandası yenə xal itirdi
12:00 Petrov da "Neftçi"dən gedir?
11:45 Budaq oynamadı, komadası heç-heçə etdi
11:22 Simeone “Atletiko”da qaldı
11:00 "Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
10:30 Avropa kubokunda daha iki medal
09:32 İslamiadanın çempionu olan millimiz Bolqarıstanda
01:50 Qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal!
01:30 Millimiz mükafatlandırıldı - FOTOLAR
01:20 Azərbaycan - Oman 2:1 - FOTOLAR
21 May 2017
23:58 "Real" çempion!
23:49 U-23 futbol millimiz İslam Oyunlarının qalibi oldu
23:00 İngiltərə Premyer Liqası: "Arsenal" Çempionlar Liqasından kənar qaldı
21:07 Bakı-2017: Azərbaycan finalda İrana uduzdu
20:40 Nazarovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
20:12 "Yuventus" çempion!
17:00 Tarixi oyuna səyahət: “Bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar” - YAZI + VİDEO
15:30 Mövsümün son matçında oynamadı
15:00 I Diviziona yeni komanda gəlir!
14:30 Cəfərovun yoxluğunda komandası uduzdu
14:00 Muarrem "Qarabağ"dan niyə getdi?
13:38 Ayşən Abduləzimova: "Onlar da qızıl medal qazanmaq istəyirdilər, biz də"
13:30 Dəniz Yılmazın klubu "Antalyaspor"a da uduzdu
13:26 Finalın adı Azərbaycan - İran
13:00 "Neftçi"yə yox, "Qəbələ"yə keçir?
12:30 Mahmudov mövsümün son matçında oynamadı
12:00 Eddi İsrafilov oynadı, "Kadis" xal itirdi
11:30 Ukraynada Azərbaycan derbisi - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.