Ucuz təyyarə biletləri

Bizim futbolçuların televizoru da olmalıdı!

Tarix:  14.11.16 14:11           Yazar:  Amal Abuşov           Oxunub: 589 dəfə

Belfastda 0:4 hesabıyla məğlub olan millimiz bizi xeyli üzdü. Cücərməkdə olan kövrək ümidlərimizi sarsıtdılar, dik tutmağa çalışdığımız başımızı aşağı əydilər. Danışılası, müzakirə ediləsi mətləblər çoxdu, amma zaman-zaman hamısını demişik və yazmışıq. Guppuldatdığımız həyəcan təbili ilə yatmışları yuxudan oyatmağa, kor gözləri açmağa çalışmışıq. İstəmişik ki, özlərini karlığa vuranlarən qulaqları can üstündə olan Azərbaycan futbolunun fəryadını eşitsin. Bacarmamışıq. Çünki dərin və sıldırımlı uçuruma yuvarladılmaqla olan futbolumuzu fəlakətdən xilas etmək bizim qüvvəmizdən, imkanlarımızdan asılı olan iş deyil. Axı onu uçuruma itələyənlərin əlləri daha uzun, maddi imkanları sonsuz, təsir dairəsi xeyli genişdi...


İngiltərəli həmkarlarımızın ortaya atdıqları bir iddia qəfildən gündəmi dəyişib. İndi hamımızın başı Belfastdan gələn təyyarənin yük yerində olan televizorların kimə məxsus olmasını araşdırmağa qarışıb. “Sky Sports”un əməkdaşlarına inansaq 72 düym, yəni 183 sm ekrana malik son model 8 ədəd televizorun ümumi qiyməti 12 min funt sterlinq olub. Həmin televizorlarla bağlı yaranan qəribə vəziyyət məşhur filmdən unudulmaz epizodu xatırladır. Adama elə gəlir ki, Belfastdan gətirilən televizorlar indi “Bizim Cəbiş müəllim” filmindəki alverçi Əbülfəzin hinduşkasının vəziyyətindədi. Sanki ortada qalıblar, onlara heç kim sahiblənmək istəmir, yiyəsinə tərəf istiqamətləndə təpiklə geriyə qovurlar.

 

Olmaz belə, cənablar. Mən səmimi-qəlbdən arzulayardım ki, bu televizorlar bizim futbolçularımıza məxsus olsun. Kimdən, hansı məmurdan, hansı azarkeşdən zəif oğlandılar? Maaşları maaş, mükafatları da mükafat. Sağlıqlarına qismət. İki oyuna 4 xal qazanıb, 100 min manata yaxın mükafat alıblar. İndi həmin pulla evlərinə 183 santimetrlik, 1500 funt qiyməri olan televizor ala bilməzlər?

 

Aylıq maaşı 2250 manat olan, bizneslə məşğul olması qanunla qadağan edilən deputatlarımızın 5-6 mərtəbəli, şah sarayını xatırladan villaları hər rayonda qarşımıza çıxır. Soruşanda da “kişinin evi olar” cavabını verirlər. Kişinin evi də olar, televizoru da. İki 90 dəqiqəlik oyunda 100 min qazanan kişilərin televizoru elə 1500 funt dəyərində olmalıdı. Bunu müzakirə mövzusuna çevirmək, AFFA rəsmilərini sorğu-sual etmək mənasız məşğuliyyətdi. 

 

Şübhə etmirəm ki, millimiz Belfastdan böyükhesablı məğlubiyyətlə qayıtmasaydı, futbolçuları qınayan, televizor söhbətini “şişirdən” də olmayacaqdı. Amma bir məqamı unutmayın. Onlara televizor elə ona görə vacibdi ki, böyük klubların, millilərin oyunlarını izləsinlər, “hava hücumu”ndan necə müdafiə olunmağı, rəqibin qapısına necə qol vurmağın mümkünlüyünü öyrənsinlər. Səhərlər də “AzTV”-də səslənən himnimizə qulaq asarlar, sözlərini bilməyənlər marşımızı əzbərlərləyər. Niyə də yox?!

Şərhlər
fanat
Ay Amil qardaw,senin yazilarivi oxuyuram ozude boyuk hevesle,cunki boyuk menaa var yazilarinda,vallah sene halal olsun,hec olmasa oxuyub bir ibret gotursunlerdee,biz azeriler onsuz oyrewmiwikde harasa iw daliycan gedende alverimizide edek,berke robert qaganindi televizorlar,ucuz alib burda azerbaycandaki loxlara baha satsin,cunki bezi loxlarimizdida robertin ve onun adamlarinin cibini qarnini doyudan
sevgifaciesiroman
Bəli.Qazanıb üzdə olmaq məsuliyyəti və danlağı artırır.Günü 10-15 manata işləyən fəhlə və ya işçinin məsuliyyəti 180 dəqiqəyə on minlər alanın məsuliyyətinin 1/20-nə bərabər olmalıdı.Tv yə baxıb da öyrənmək olar futboldakı əyər-əskiyi
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"nın rəhbərliyi və yeni baş məşqçisi məlum oldu!
RƏZALƏT: "Səbail"in baş məşqçisi 11 yaşlı uşağa "rəqibi sındır" tapşırığı verib - ÖZƏL!
Rauf Əliyev də "İnter"dən getməyə qərar verdi
"Sumqayıt" "İnter"in futbolçusuna elçi düşüb
Azərbaycan fubolunda növbəti anormallıq: qonaq komanda oyuna gəldi, ev sahibi yox
"Qarabağ" Portuqaliya çemionatından oyunçu alır?
Prosineçki "Bursaspor"da?
"Qarabağ"dan böyük transfer olmayacaq!
Premyer Liqada komanda sayı artırılmasa bizi hansı təhlükə gözləyir?
Mehdi Hüseynzadə adına stadiona 7 milyon manat ayrılıb!

Xəbər Lenti
27 Aprel 2017
18:44 Avropa çempionatında iştirak edəcək qadın güləşçilərimizin də siyahısı açıqlandı
18:22 UEFA AFFA-nın maliyyə hesabatını analiz edir
17:40 "Şəhriyar Məmmədyarov artıq şəmkirli hesab olunur"
17:22 Millimiz yenə məğlub oldu
17:00 Mirhüseyn Seyidov "Səbail"ə keçir?
16:40 Şahmatçılar Şəmkirdə futbol oynadılar
16:21 Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi
16:00 Bakı "İnter"i federasiya prezidentinə tapşırıldı
15:41 "İnter" mövsümün son matçına hazırlaşır - FOTOLAR
15:22 Dieqo Simeone qərarını verdi
15:00 "Ağsu" yenə Premyer Liqaya buraxılmayacaq
14:44 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
14:40 Millimiz Sloveniyaya yollandı
14:34 Güləş yığmamıza yen baş məşqçi təyin olundu - ÖZƏL
14:21 Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz bilindi
14:00 Dario "Kəpəz"dən daha çox maaş tələb edir
13:41 Kərim Diniyevin zədəsi davam edir
13:22 Qvardioladan Dele Alli açıqlaması: "Poçettino sakit olsun"
13:04 Biz UEFA-nı aldatmışıq
13:00 Premyer Liqada komanda sayı artırılmasa bizi hansı təhlükə gözləyir?
12:44 "Mançester Yunayted" derbiyə itkilərlə çıxacaq
12:22 Rauf Əliyev: "Təklif var, lakin haradan olduğunu deyə bilmərəm" - MÜSAHİBƏ
12:00 M. Hüseynzadə adına stadionda işlərə niyə start verilmir?
11:30 Azərbaycan – Şimali İrlandiya oyununun məkanı dəyişdirildi
11:00 "Qarabağ"dan böyük transfer olmayacaq!
10:30 Namiq Ələsgərov mövsümün son matçında oynamayacaq
10:00 "Zirə"dən Rauf Əliyevə təklif
26 Aprel 2017
23:00 "Şaxtyor" Dmitri Nağıyevin klubunu finala buraxmadı - VİDEO
21:00 "Bursaspor" Prosineçki ilə bağlı bəyanat yaydı
20:30 "Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"
19:28 "Qarabağ"ın hücumçusu ölkəsində ən yaxşı seçildi
19:00 Gimnastlarımız İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
18:00 Divizionda da son turun hakim təyinatları açıqlandı
17:22 Premyer Liqada son turun hakimləri bilindi
17:00 Son turun hakim təyinatları bəllidi
16:45 Hakimlərimiz IV İslam Həmrəyliyi Oyunlarında
16:22 “Kəpəz”in istirahəti başa çatdı
16:00 "Sumqayıt" "İnter"in futbolçusuna elçi düşüb
15:42 Pro kateqoriyalı məşqçi kursu başladı - FOTOLAR
15:22 Ramosun cəzası açıqlandı
15:00 Rauf Əliyev də "İnter"dən getməyə qərar verdi
14:44 "Boavişta"nın qapıçı problemi
14:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
14:00 Şimali İrlandiya ilə oyun Respublika stadionunda!
13:44 "Real"da Beyl şoku
13:21 Teymur Rəcəbov: "Şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm"
13:00 "Turan Tovuz" kubokunu dolu tribunalar önündə alacaq
12:44 İsko "Real"la yeni müqavilə imzalayacaq
12:22 İnyesta və Messi yeni müqavilə imzalayır
12:00 RƏZALƏT: "Səbail"in baş məşqçisi 11 yaşlı uşağa "rəqibi sındır" tapşırığı verib - ÖZƏL!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.