Ucuz təyyarə biletləri

Baba Əsgərov: "Sumqayıt futboluna əvvəlki şöhrətini qaytarmaq üçün 5 il lazımdır" - MÜSAHİBƏ

Tarix:  21.11.16 17:11           Yazar:  Rekord.az           Oxunub: 525 dəfə

“Sumqayıt” Futbol Akademiyasının U-16 komandasının baş məşqçisi Baba Əsgərov Sumqayıtın uşaq futbolunun mövcud durumuna həsr olunan layihə çərçivəsində Rekord.az-a müsahibə verib:

 

 

- Mövsümə yaxşı başladınız, ilk 4 turda 4 qələbə qazandnız. Sonradan nə baş verdi ki, ardıcıl iki oyunda uduzub mövqeyinizi əldən verdiniz?


- Mən komandanı avqustda qəbul etmişdim. Çatışmamazlıqlar var idi və mən bunları görürdüm. Amma uşaqları ilk növbədə başqa yöndə motivasiya elədim. Onlara dedim ki, artıq uşaq futbolu təfəkküründən qurtarmaq lazımdır. 16-17 yaş böyük futbola keçid dövrüdür. Həm də yeni U-16 millisi yaradıldı ki, bu da uşaqlara əlavə stimbul verdi ki, oynayıb ora düşmək lazımdır. Bütün bunların nəticəsində ilk 4 rurda 4 qələbə qazandıq və qapımızdan top da buraxmadıq. 4-5 futbolçumuz millinin seleksiya xarakterli toplanışına cəlb olundu. Sonradan “İnter” və “Qarabağ”la oyunlarda məğlub olduq. Çünki onlar fərdi planda bizdən güclüydülər. Əslində mən həmin problemləri mövsümün əvvəlindən görürdüm. Bununla belə,  marafon davam edir. İlk növbədə uşaqlara nəticə qazanmaq haqda yox, nəticə qazanmaq üçün tələb olunan futbolu aşılamaq lazımdır. Futbol olsa, nəticə özü gələcək. Təəssüf ki, indi bizdə hamı nəticə haqda düşünür. Vur qabağa, amma nəticə qazan.


- Bu gün (dünən) “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdiniz. Yəqin ki, bu qələbə növbəti oyunlar üçün siz böyük stimbul olacaq...


- Bəli, ən azından ilk “üçlük”dən qopmadıq. Bilirsiniz məni ən çox narahat edən nədir? Uşaqlarda qorxu var.


- Uduzmaq qorxusu?


- Tək o deyil. Uşaqlarda qorxu var ki, rəqibin heyətində filankəs var. Mən bunu soyunub-geyinmə otağında gözümlə görmüşəm. Futbolçu rəqibin heyətindəki hansısa futbolçudan qorxur, çəkinir. Bu, çox böyük problmdi. Bunun da məşqi yoxdur axı mən məşq edib o qorxunu futbolçunun canından çıxardım. Futbolçunun özünə xarakter, cəsarət olmalıdır.


- Razılaşaq ki, mövsüm öncəsi sizin komandanızı heç akademiyanın özündə də favorit saymırdılar...


- Razyam. Çünki problemlər var idi. Komandanı qəbul edəndə gördüm ki, problemlər çoxdur. 4-5 il futbolla məşğul olan uşaq o cür olmalı deyildi. Demək ki, nə isə düzgün qurulmayıb.


- Qarşınıza hansısa hədəf qoyulmuşdu?


- Bu məsələdə rəhbərliyin yanaşması xoşuma gəldi. Dedilər ki, bizə ilk növbədə nəticə yox, futbolçu lazımdır. Yəni A komanda üçün futbolçu yetişdirin. Biz də hazırda bunun üçün çalışırıq. Çünki Sumqayıtda bu potensal var.


- Keçən il “Sumqayıt” Futbol Akademiyasının nəticələri çox bərbad oldu. 10 komandanın cəmi biri medal qazandı o da bürünc. Bu isə Sumqayıt futbol məktəbinin adına yaraşmırdı. Amma bu il deyəsən rəhbərlik də bu məsələnin üstünə daha ciddi düşüb...


- Bəli, elədir. Bu il rəhbərlik də akademiyaya daha ciddi yanaşı. Yeni, təcrübəli mütəxəssislər akademiyaya cəlb olundu. Özümü demirəm. Sabir Əliyevin adını çəkərdim. Hamımızın məşqçisi olub, çox böyük təcrübəsi var və onun təcrübəsinə bu gün bu akademiyanın çox böyük ehoyacı var. Vaqif Paşayev də təcrübəli mütəxəssisdir və o da bizim akademiyada çalışır. Mən özüm də 6 ildir milli komandada işləyirəm kifayər qədər beynəlxalq oyunlarda olmuşam və az-çox təcrübəm var. Bu mənada mən də öz təcrübəmi uşaqlarla bölüşürəm. Onunıa da razıyam ki,  Sumqayıt komandaları daha yaxşı nəticə qazanmalıydı. Elə oyunlar var idi ki, həmin oyunları uduzmamalıydı. Sumqayıt komandaları digər komandalardan seçilməlidir.


- Sumqayıt futbol məktəbi əvvəki nüfuzunu nə vaxt bərpa edəcək, bunun üçün neçə il lazımdır?


- (fikrə gedir). Bir az fikirləşmək lazımdır. Məncə 5 il vaxt bəs eliyər. Amma biz çalışacağıq ki, 3 ilə buna nail olaq. İstəyirik ki, A komandamızın əksr üzvləri sumqayıtlılar olsun və legioner olmadan öz uşaqlarımızla Avropaya çıxaq.


- Hazırda rəhbərlik etdiyiniz komandada milli üzvüləri var?


- Ad çəkməyəcəm adlarını məxvi saxlayacam. Amma 4-5 bu cür uşaq var. 5 futbolçumuz U-16-nın seleksiya xarakterli məşqlərini çağırılmışdı. Düzdür indi onların sayı ikidir. Amma digər 3 futbolçu da nəzarətdədir. Onlara başa salmışam ki, belə şeylərə görə həvəsdən düşməsinlər. Mən özüm də millidə köməkçi məşqçiyəm və onların oyununda artım olan kimi yenidən milliyə çağırılacaqlar.Sadəcə, futbolçularda xarakter lazımdır. 


- Fikir verdim sizdən əvvəl müsahibə verən akademiya məşqçiləri kimi, siz də ad çəkmədiniz. Başa düşürəm, ad çəksəni futbolçularda ulduz xəstəliyi yaranacaq. Təəssüf ki, bizim futbolun ən yaralı yeridir ki, kimin adını çəkdin, tərifllədin özünü ulduz sayır, eyforiyaya qapılır. Bunun kökükünü necə kəsmə olar?


- Bu, tək bir məsələdən asılı deyil. Burada bir neçə problem zəngir kimi bir-birinə bağlıdır. Biz sovet dövrünün uşaqları olmuşuq. O dövrün həyat tərzi tamam başqa idi. Hansısa bir uğura çatmaq üçün çox əziyyətdən keçməliydin. İndi amma uğur qazanmaq daha asandır. Ona görə də uşaqlar tez eyforiyaya qapılır. Çünki bərkə-boşa düşmürlər. Bundan başqa, bizim dövrümüzdə valideynlərin uşaqlara nəzarəti də güclü idi. Sovet dövrünün konkret uş qrafiki var idi. Məsələn, mən bilirdim ki, valideynim saat 6-dan sonra evdə olacaq və mən qorxumdan gedib heç harda avaralanmırdım. Amma indi valideynlərin iş qrafiki yoxdur bazar günü də işləyirlər. Belə olunca, uşağa da yetərincə vaxt ayıra bilmir. Başqa bir məsələ də var. Sovet vaxtı futbolçuların ali təhsil və əsgərlik məsələləri yüksək səviyyədə həll olunurdu. Yaxşı futbolçusansa universitetə qəbul olunmağına köməklik olunurdu, əsgərliyini hərbi komandalarda futbolçu kimi çəkirdin, futboldan kənarda qalmırdın. İndi bunlar da yoxdur. İmkanı olan ailə hardasa bunu həll eliyə bilir. Amma imkanı olmayan və uşağı daha istedadlı olan ailə isə edə bilmir və uşaq itib-batır.


- Sonda. Sizin komandanızda sumqayıtlıların faiz nisbəti necədi?


- 99 faiz sumqayıtlılardı. Bir uşaq Masazırdan gəlir, bir uşaq da Füzulidədir burda internat məktəbində yer veriblər orad qalır bizdə məşq eliyir.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
Qriqorçuk onu göndərməyə hazırlaşır?
Türkiyəli jurnalist “Qarabağ” fanatlarını ələ saldı
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
"Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək
"Qarabağ" "Qəbələ"yə uduzdu

Xəbər Lenti
22 Oktyabr 2017
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
14:00 Futzal üzrə Azərbaycan çempionatında dava düşdü
13:30 Samir oynadı, “Fakel” yenə uduzdu
12:31 Əsgərov Latviyada yenə dubla imza atdı
12:00 Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
11:41 Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi
11:23 Millimizin üzvü oynadı, komandası xal itirdi
11:00 "Kəpəz"də adam döyən işçinin yerinə yeni təyinat
10:30 “Qarabağ”dan möhtəşəm qələbə və liderlik
09:00 Debütantlardan inamlı qələbə
00:27 Həsənova Çempionlar Liqasında mübarizəni dayandırdı
21 Oktyabr 2017
23:56 Kamran Quliyev: "Kim özünü azarkeşsiz meydanda şəhid edər?"
22:47 Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO
22:30 AÇ-dəki son təmsilçimiz 7-ci oldu
22:00 Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə
21:29 Millimizin üzvü 31 xal qazansa da komandası uduzdu
20:55 Cüdoçumuz erməni üzərində qələbə ilə dünya çempionu oldu
20:20 Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”
20:11 Kapitanımız Türkiyədə yenə sevindi
20:10 "Sumqayıt" - "Zirə" 2:1 - FOTOLAR
19:55 "Sumqayıt" - "Zirə" 2:1 - VİDEO
19:20 Turun son matçında heç-heçə - VİDEO
19:10 “İnter” “Səbail”ə məğlub oldu
19:05 Hücumçumuz "Fənər"də növbəti qələbəsinə sevinib
19:00 “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO
18:55 “Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.