Ucuz təyyarə biletləri

Çexlər, italyanlar, yunanlar... bir az da özümüz!

Tarix:  25.11.16 14:11           Yazar:  Amal Abuşov           Oxunub: 919 dəfə

24 saat ərzində hər şey necə də dəyişərmiş. Nəyin baş verdiyini anlamaq, gördüklərimizin reallıq və xəyalət sərhədləri arasındakı gediş-gəlişini müşahidə etmək çox çətindi. Dünən elə bu saatlarda “Qarabağ”ın yeni tarix yazmasının, o tarixin sözlü ifadəsinin layiqli olması üçün nələr edəcəyimizin hesablarını cızırdıq. Biz saydığımızı saymaqdaykən fələk tamam fərqli şeylər saydı.


Amma özümüzü oralarda çox da yubandırmayaq. Üzülməyə, təəssüflənməyə sərf edəcək zamanımız yoxdu. Oyanmaq və “kötü gidişata dur demək” zamanıdı.

 

Niyə belə oldu? 

 

Yunanıstandan qəhrəmanlar kimi qayıdan, Avropa Liqasının 1/16 final mərhələsində gördüyümüz Azərbaycan çempionu mümkün variantlar arasında ən pis ehtimalla hansı səbəbdən üz-üzə qaldı? 

 

Az qala hamını günahkar çıxarmışıq. Zelinkanı xatırlayır, çexlərin klublarını indiyə qədər məğlub edə bilmədiyimizi yada salırıq. Bir az ucuzluq eləsək, “Slovan”a bizi udmaq tapşırığını həmin o üzdəniraq hakimin verdiyini deyəcəyik. Daha sonra da italyanları günahkar çıxarırıq. “Bənövşəyilər” doğma meydanda PAOK-a uduzduğu üçün nifrət hədəfimizə çevrilib. Bir şeyi unuduruq ki, gözəgəlimli keçmişini kənara qoysaq, florensiyalılar indi elə də yaxşı günlərini yaşamırlar. Nə olsun ki, bizim çempionu böyük hesabla məğlub etmişdilər?! A seriyası ilə yaxından maraqlananlar bilirlər: “Fiorentina”nın oyunlarına proqnoz vermək, onların hansısa rəqibə mütləq qalib gələcəyini demək çox çətindi. Təsəvvür edək ki, dünənki oyun da həmin o çətin proqnozlaşdırılan oyunlardan biri idi. Dünən “Fiorentina”nın günü deyilmiş. Yunanıstan çempionatı məlum qalmaqallar səbəbindən dayandırılıb, PAOK da çətin günlər keçirir. “Qarabağ”a məğlubiyyətdən sonra Saloniki təmsilçisinin “papağını qarşısına qoyub”, keçmiş və gələcək haqqında düşünməyə xeyli vaxtı olub. Düşünüblər, səhvlərini incələyiblər və bəhrəsini də dünən gördülər.


Hamını günahkar çıxarırıq... Çexləri, italyanları, yunanları, hətta isveçli hakimləri də. Özümüzün heçmi günahımız yoxdu? Səviyyəsi Azərbaycan futbolunun sərhədlərini aşmayan Arif Daşdəmirova niyə möhtac olmuşuq, dostlar? Rəşad Sadıqov birbalaca “nasazlayan” kimi nə üçün Azərbaycan futbolunda yer yerindən oynayır? Almeydayla Reynaldo “kökdən düşəndən” sonra “Qarabağ” niyə məğlubedilməz simasını itirir? Cavab tapacağımız suallar o qədərdi ki...
Bilirəm ki, çoxunuz hesablama maşınlarını önünə qoyub, “Qarabağ”ı qrupdan hansı nəticələrin çıxaracağını daha tez tapmağa çalışırsız. Dəyməz buna, əziz dostlarım. Vəziyyət təqdim olunan qədər də pis deyil axı. Futbolda belə hallarla tez-tez qarşılaşırıq. Yeganə üstünlüyümüz taleyimizin öz əlimizdə olmasıdı. Daha Fatih Terimin “bitdi demədən heç nəyin bitmədiyi” komandası kimi Qazaxıstanın Latviyanı məğlub etməsini gözləməli deyilik. Bizim taleyimiz öz əlimizdədi. Ən böyük xoşbəxtliyimiz də budu. “Fiorentina”nı Bakıda məğlub edirik və PAOK-la “Slovan”ın öz arasında necə oynaması heç vecimizə də olmur. 


Çexlərin də, italyanların da, yunanların da, lap elə isveçlilərin də... acığına. 


Bacarmalıyıq!

Şərhlər
sevgifaciesiroman
İtalyanlar qumarbaz və xaindilər.Çexlərin baş məşqçisi də oyunöncəsi quşladı ki,ÇALIŞACAĞIQ QARABAĞIN NÖVBƏTİ MƏRHƏLƏYƏ ÇIXMASINI ƏNGƏLLƏYƏK.ÖZÜMÜZ QƏLƏBƏLƏR QAZANIB QDUPDAN ÇIXAQ yoxaa,QARABAĞI ƏNGƏLLƏYƏK.ALLAHIN KÖMƏYİLƏ fiorentinanı burda məğlub edəcəyik!
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
"Göyəzən" dağılır?
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
“Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
"Neftçi" "Zirə"ni məğlub etdi
Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu

Xəbər Lenti
24 İyul 2017
00:30 "Qəbələ" artıq Afinadadı
23 İyul 2017
23:30 "Tottenhem" - PSJ 4:2 - VİDEO
23:00 Boksçularımızdan 3 medal
22:30 "Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
22:15 “Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
22:00 Nazarov "Antalyaspor"a qarşı oynadı
21:35 Tahir Gözəl: "Yeni transferin olacağına inanmıram" - MÜSAHİBƏ
21:30 Lam Almaniyada ilin ən yaxşı futbolçusu seçildi
21:00 "Qəbələ"nin yunanlarla ilk oyunu ispana tapşırıldı
20:38 "Qarabağ"ın fan-şopu açıldı - FOTO
20:30 "Çelsi"də yeni kapitan
20:00 Super Liqa klubunda isveçrəli yarımmüdafiəçi
19:30 "Real"ı "Mançester Siti"yə dəyişdi
19:00 Sabiq "Latsio"lu rəsmən "Roma"da
18:30 Eddi İsrafilov “Kadis”ə qələbə qazandırdı - VİDEO
18:00 Ramil Həsənov: "Sumqayıta daha yaxşı vəziyyətdə qayıdacağıq" - VİDEO
17:30 “Sumqayıt” “Sivasspor”a qarşı
16:30 Belçika Superkubokunun qalibi müəyyənləşdi
15:30 Arnautoviç rəsmən Premyer Liqa klubunda
14:30 "Qarabağ"ın rəqibi xal itirdi
13:30 Millimizin üzvü ehtiyatda qaldı
12:30 Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu
10:30 Ramil Şeydayevli "Jilina" yeni mövsümə məğlubiyyətlə başladı
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.